Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə57/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   53   54   55   56   57   58   59   60   ...   144

 

280 


 

Dutmış əza əldə qəra şiələr, 

Şur ilə eyləllə səda şiələr, 

Söyləyür hər sübhü məsa şiələr, 

Vay, Şəhi‐məzlum, Hüseyn vay, vay, 

Bikəsü məğmum, Hüseyn vay, vay. 

  

Əldə qələm Nadimün eylər nəva, 



Növhə edər, ey Şəhi‐gülgunqəba, 

Qasimi‐nakami yaxan qan həna, 

Vay, Şəhi‐məzlum, Hüseyn vay, vay, 

Bikəsü məğmum, Hüseyn vay, vay. 

 

Əfrad 

 

Qoyma bu çöldə Zeynəbi avarə, ya Hüseyn, 



Bir çarə et bu bikəsü biyarə, ya Hüseyn. 

 

Getmə bu çöldə rəzmgahə, əl‐əman, əxa, 



Bir baxgilən şəqavəti‐küffarə, ya Hüseyn. 

 

Olma riza ki, qollarımı bağlaya ədu, 



Rəhm eylə sən bu didəsi xunbarə, ya Hüseyn. 

 

Bu çöldə bircə sənsən həvadarı Zeynəbün, 



Getmə, bu cismüvə yetüşər yarə, ya Hüseyn. 

 

Getmə bu rəzmgahə Əbülfəzl gəlmədi, 



Oldı şəhid o sərvəri‐məhparə, ya Hüseyn. 

 

Hicri o sərvərün eyləyüb qəddimi kəman, 



Çeşmim qalub həsrət o sərdarə, ya Hüseyn. 


 

281 


 

Rəngi uşaqlarun saralub kəhrəba kimi, 

Bir baxgilən Səkineyi‐naçarə, ya Hüseyn. 

 

Şimrün nə həddi var ki, məni eyləsün əsir, 



Eşqün çəkər sənün məni bazarə, ya Hüseyn. 

 

Zənciri‐kin vurarla zəmanə İmaminə, 



Çox zülm edərlər Abidi‐bimarə, ya Hüseyn. 

 

Nadim həmişə növhə edüb ağlayar səni, 



Saxlar əza o qolsuz Ələmdarə, ya Hüseyn. 

 

Əfrad 

 

Rəhm etgilən bu hali‐pərişanə, ey baba, 



Gəl, getmə həqq rizasinə meydanə, ey baba. 

 

Vallahi, bircə gün çəkə bülməm fəraquvi, 



Salma bu tifli möhnəti‐hicranə, ey baba. 

 

Getsən, səni şəhid eləyər Şimri‐bihəya, 



Rəhm eyləməzlə Şahi‐şəhidanə, ey baba. 

 

Getdi mənə su gətirməgə namdar əmüm, 



Batdı su üstə cismi qızıl qanə, ey baba. 

 

Əhli‐cəfa uzun qolunı  etdilər qələm, 



Döndi bu qəmdə göz yaşım ümmanə, ey baba. 

 

Vallah, ölüncə istəmərəm su, yanam əgər, 



Sənsiz gərək degil su bu ətşanə, ey baba. 


 

282 


 

Allah rizasinə bizi qaytar Mədinəyə, 

Mən dəstgir olmayım üdvanə, ey baba. 

 

Ləbtəşnə batdı qanə bu gün nazlı Əkbərim, 



Su vermədilər Əkbəri‐ətşanə, ey baba. 

 

Öldürsələr səni, bizi eylərlə dəstgir, 



Qolbağlı gəzdirəllə zəlilanə, ey baba. 

 

Səndən sora bu xeymələri yandırar ədu, 



Bu əhli‐kinə atəşi‐suzanə, ey baba. 

 

Ahu kimi bu Ali‐Əli Şamə yüz qoyar,  



Qaçmağlıq ilə kuhü biyabanə, ey baba. 

 

Eylər əsir bu ləşkəri‐üdvan əyaluvı, 



Qolbağlı gəzdirəllə zəlilanə, ey baba. 

 

Axır çəkəllə bizləri Şamə cəfa ilən, 



Məskən olar əyaluva viranə, ey baba. 

 

Məhşər güni şəfaət edən vəqtə ümmətə, 



İmdad elə o Nadimi‐nalanə, ey baba. 

 

 



 


 

283 


 

İmam Hüseyn (ə)‐la Həzrət Zeynəbün  

xudahafizləşməsi 

 

Şəhadət mövsümi yetdi,  



Əlündən izzətün getdi, 

Bacı, Zeynəb, xudahafiz, 

Bacı, Zeynəb, xudahafiz. 

 

Mənə rəhm et, əman, qardaş, 



Tökər çeşmim yüzə qan‐yaş, 

Nedim axır məni‐külbaş, 

Hüseyn, qardaş, xudahafiz. 

 

Bu çöldə cuş edər qəmlər, 



Yolum gözlər Əli Əkbər, 

De, gəlsün Ali‐Peyğəmbər, 

Bacı, Zeynəb, xudahafiz. 

 

Əxa, getsən yəqin ölləm, 



Dalunca ağlayub gəlləm, 

Əsiri‐əşqiya ollam, 

Hüseyn, qardaş, xudahafiz. 

 

Mübariz istəyir ləşkər, 



Alublar əllərə xəncər, 

Mənə həm madərü xahər, 

Bacı, Zeynəb, xudahafiz. 

 

Səkinə eyləyür nalə, 



Düşüb qəmdən yəman halə, 

Əxa, rəhm eylə ətfalə, 

Hüseyn, qardaş, xudahafiz. 



 

284 


 

Qəmü möhnətlərün artdı, 

Qərayə masiva batdı, 

Xanımlıq günlərün getdi, 

Bacı, Zeynəb, xudahafiz. 

 

Əgər getsən, səni ətşan 



Şəhid eylər yəqin üdvan, 

Bacun ol haluva qurban, 

Hüseyn, qardaş, xudahafiz. 

 

Çəməndə güllərün soldı, 



Bəla ətrafuvı aldı, 

Əsirligün yəqin oldı, 

Bacı, Zeynəb, xudahafiz. 

 

Səni gər öldürə ləşkər, 



Əsir eylər bizi yeksər, 

Nə etsün Ali‐Peyğəmbər? 

Hüseyn, qardaş, xudahafiz. 

 

Xəbər ver Fatimə gəlsün, 



Əlinə bir qəra alsun, 

Qərami başına salsun, 

Bacı, Zeynəb, xudahafiz. 

 

Qəravı başimə sallam, 



Əlimə saçlarım allam, 

Cənazən üstə gəlləm, 

Hüseyn, qardaş, xudahafiz. 

 

 



 


 

285 


 

Az ağla, ey bacım Külsum, 

Hələ ölmüb Şəhi‐məzlum, 

Dolubdur qan ilə könlüm, 

Bacı, Zeynəb, xudahafiz. 

  

Bacun Külsum sənə qurban, 



Əxa, səbr etgilən bir an, 

Ölüncə eylərəm əfğan, 

Hüseyn, qardaş, xudahafiz. 

  

Səkinəm binəva oldı, 



Bəlayə mübtəla oldı, 

Əsiri‐əşqiya oldı, 

Bacı, Zeynəb, xudahafiz. 

  

Bu şərhi Nadimi‐naçar, 



Qələm əldə yazub ağlar, 

Ona rəhm et, Şəhi‐əbrar, 

Hüseyn, qardaş, xudahafiz. 

 

Həzrət Zeynəbün dilindən 

 

Sərvəri‐dövran vay, Şəhi‐ətşan, vay, Hüseyn vay, 



Şahi‐məzluman, ümmətə qurban, vay, Hüseyn vay. 

 

Kim səni, qardaş, zülm ilə şəhid eyləyüb dəşti‐Kərbəladə? 



Yaralı cismün xakü xunalud, çün düşüb bisər Neynəvadə, 

Zibh olub yetmiş iki qurbanun, ey Xəlili‐Həqq, bu Minadə, 

Kim səni edüb zülm ilə bu gün qanuva əlvan, vay, Hüseyn 

vay. 


 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə