Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə78/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   74   75   76   77   78   79   80   81   ...   144

 

386 


 

Özün agahsən, nə ərz edim, zülm ilə talandım, 

Yanan çadırda Səccadın qalanda mən də odlandım, 

Sözüm düzdür deyim, qardaş, oda‐oddan keçüb yandım, 

Olubdur indi bir naqə mənə mehman, gedim, getmim? 

 

İşıqlı gündüzüm Əbbas öləndən şam oldı, 



O vaxtı ki, Əkbərin şəhla gözü al qan ilən doldı, 

Əlavə sənsiz aləmdə mənə şadlıq həram oldı, 

Başun ardınca bir baş Kufəyə əl`an gedim, getmim? 

 

Səkinə dərdini çəkmək demə aləmdə asandur, 



Deyim, dur ki, bu can o can ilə, vallahi, bir candur, 

Mənim başımda mə`cər yox, sənün də nə`şün üryandur, 

Kəfəndür xaki‐səhra, qüslün oldı qan, gedim, getmim? 

 

Sənün tacü başun növki‐cidalərdə edər me`rac, 



Yaralı peykərün yerdə xədəngü nizəyə amac, 

Mənim də qollarım bağlı, başım bir mə`cərə möhtac, 

Şəmatət eylər ol zadeyi‐Mərcan, gedim, getmim? 

 

Xəyal etmə ola hərgiz, Hüseyn, səndən cüda Zeynəb, 



Gəlürsən Kufəyə, getsün sənünlə binəva Zeynəb, 

Dodağundan dəgəndə çub, söylər, va əxa, Zeynəb, 

Səri‐mətbəxsəradə etdigi əfğan, gedim, getmim? 

 

Əsirü dəstgirəm mən, görürsən, qövmi‐ə`dayə, 



Kəsik başun sənün mehman gedər deyrü kəlisayə, 

Mənim də qanlı göz yaşım əlimdə vardı sərmayə, 

Olar Şam içrə cüm`ə məscidi viran, gedim, getmim? 

 

 



 


 

387 


 

Bu möhnət qeyri möhnətdür, çətindür əhli‐İslamə, 

Hüseynün bacısı Zeynəb qolı bağlı gedir Şamə, 

Əli övladı bimə`cər çəkilsün məclisi‐amə, 

Təmaşayə durar ali‐Əbu Süfyan, gedim, getmim? 

 

Bu il şövt etmədim, ya Rəb, Nəcəfdə Mürtəza qəbrin, 



Könül bitabdür, istər qəribi‐Kərbəla qəbrin, 

Dübarə ruzi et, ya Rəb, öpüm bir də şəfa qəbrin, 

Əlim boş, Nadimi‐məhzun, könül viran, gedim, getmim? 

 

Bacuvı Şamə, Hüseyn, Simri‐sitəmkar aparur 

 

Bacuvı Şamə, Hüseyn, Simri‐sitəmkar aparur, 



Şamə gözyaşlı, dili‐xun, necə naçar aparur. 

 

Çün əsüb badi‐sitəm, gülşəndə soldı gülim, 



Gözümün yaşı dönüb qanə, gedüb əldən elim, 

Yox güman, qardaş, Hüseyn, bir də bu Minayə gəlim, 

Qolı bağlı, başaçux ləşkəri‐xunxar aparur. 

 

Səni öldürdülə, qardaş, cigərim dağladılar, 



Bacın ölsün, bacıvun qollarını bağladılar, 

Başaçux, mə`cərə möhtac, özümüz naqəsəvar, 

Necə, gör, ahusifət zarü giriftar aparur. 

 

Sənə agahdı, qardaş, od alub xeymələrün, 



Dağılub çöllərə bu itrəti‐xundidələrün, 

Soydular rəxtimizi, yoxsa yoxundur xəbərün, 

Dur ayağə, necə gör, didəsi xunbar aparur. 

 

 



 


 

388 


 

Qalmayub, qardaş, Hüseyn, bircə həvadar bizə, 

Sən olardun bilüsən, qəm günü qəmxar bizə, 

Gözün aç, Şaha, sərün oldu cüda, vay bizə, 

Bizə düşmənlər olub imdi nigahdar, aparur. 

 

Pişvaz eylə qabağımda Əli Əkbərimi, 



Qoş nigahban bizə ol Qasimi‐məhpeykərimi, 

Göndər imdadə sən Əbbasi‐vəfapərvərimi, 

Bizi düşməndən edə hifz ki, azar aparur. 

 

Nə ələm var, nə Ələmdar, Ələmdarım ölüb, 



Nə oğul var, nə bəradər, hamı ənsarım ölüb, 

Necə mən ağlamayım, sən kimi qəmxarım ölüb, 

Mən ki, xatun idim, indi necə, gör, xar aparur. 

 

Kufəvü Şamə, bəradər, axı sənsiz gedirəm, 



Qoyuban gül bədənün yerdə kəfənsiz, gedirəm, 

Gedəcək mənlə başun Şamə bədənsiz, gedirəm,  

Sənün eşqün məni hər məclisə naçar aparur. 

 

Bu biyabanda qalub bir neçə qurban sən ilən, 



Qasimü Əkbərü Əbbas verüb can sən ilən, 

Şühədalar yatacaq, Şahi‐şəhidan, sən ilən, 

Qalgilən burda, bizi Abidi‐bimar aparur. 

 

Tapşur bacıva bu itrəti, qalma nigaran, 



Bu Səkinə bala viranədə gər etsə fəğan, 

Versə can, gözlərini bağlayaram naləkünan, 

Məni yanınca balan Şamə əzadar aparur. 

 

 



 


 

389 


 

Gözümün yaşını mən sərf edərəm zər yerinə, 

Bu mürəkkəb, bu qələm sərf olu gövhər yerinə, 

Tifli‐xunxarnişin qəlbimə xəncər yerinə, 

Nadimi‐qəmzədənin didəsi xunxar aparur. 

  

Rəhm et mənə, əmandur, ey mehriban bəradər 

 

Rəhm et mənə, əmandur, ey mehriban bəradər, 



Əzm etmə rəzmgahə, səbr et, dayan, bəradər. 

 

Axır, Hüseyn, görürsən yoxdur əyal, qəbiləm, 



Çeşmim tökər üzarə göz yaşı, çün zəliləm, 

Gəl üzmə damənindən əl, payüvə dəxiləm, 

Oldı üzarə əşki‐çeşmim rəvan, bəradər. 

 

Göz yaşını edəllər rüxsarə cari sənsiz, 



Ağlar bacun sən ölsən leylü nəhari sənsiz, 

Şamə olar rəvanə Zeynəb qətari sənsiz, 

Bağlar qolumı sənsiz Şimrü Sinan, bəradər. 

 

Getsən, səni ədulər eyləllə parə‐parə, 



Söylə, nə çarə etsün, qardaş, bu bəxti qarə, 

Ədu yaralı nə`şün qoymaz alım kənarə, 

Həşrə qalar əyalun biaşiyan, bəradər. 

 

Olma riza bu Zeynəb gözyaşlı dəsti bəstə, 



Olsun əsiri‐düşmən, bu zarü dilşikəstə, 

Kəsik başun tənurə ədu qoyar kül üstə, 

Gözyaşlı Ali‐Taha etsün fəğan, bəradər. 

 

 



 


 

390 


 

Olma riza, əmandur, Zeynəb bacun talansun, 

Bu xeymələr şərirə keçsün, sitəmlə yansun, 

Axsun sirişki‐didəm, ahım göyə dayansun, 

Rəhm eylə Əhli‐Beyti‐zarə, əman, bəradər. 

 

Yox bircə qəmküsarım, Əbbas ölübdi, qardaş, 



Badi‐sitəm əsibdür, gülşən solubdı, qardaş, 

Ali‐Əba təmamən giryan olubdı, qardaş, 

Sən ölməmiş olubdur karım fəğan, bəradər. 

 

Əfrad 

 

Əmandur, salma özündən, Hüseyn, kənarə məni, 



Çəkər ədu başaçux sənsiz hər diyarə məni. 

 

Nə bircə dadrəsim var, Hüseyn, ölüb Əbbas, 



Gəlüblə naləyə Ali‐Əli, dutublar yas. 

 

Ölüncə naləkünan ağlaram ürəg dağlı, 



Nə növ`i Şamə gedim başaçux, qolı bağlı. 

 

Əgər sən ölsən, Hüseyn, xanimanmız odlanacaq, 



Qolum tənab ilə, gəh zəncir ilə bağlanacaq. 

 

Şəhid edüblər ədu cümlə yarü yavərimi, 



İtirmişəm, görürsən, Qasim ilə Əkbərimi. 

 

Tərəhhüm et mənə, ey yarü yavərim, qardaş, 



Müsibət həddin ötüb, gözlərim tökər qan‐yaş. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə