Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə81/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   77   78   79   80   81   82   83   84   ...   144

 

401 


 

Sağımı kəsüb yerə saldılar, sol ilə cidal edərəm hənuz, 

Solumı da etdilə napədid, qəmi‐dil dəmadəm edər büruz, 

De Səkinəyə, su tədarüki eyləmədim, qalacaq susuz, 

Zəbun oldı qollarım əl‐əman, yet özün hərayimə, ya Hüseyn. 

 

De Səkinədən ki, xəcalətəm, dəxi xeyməgahə gəlmərəm, 



Bədənim olub qanə qutəvər, qan içində qan ilə əhmərəm, 

Su gətürməgə hanı əllərim, ləb hanı, bəyanə gəlmərəm, 

Qan ilə ləbaləb olub dəhan, yet özün hərayimə, ya Hüseyn. 

  

Bilürəm, əxa, qırulub elün, 



Bu səda ilən sınacaq belün, 

Ölürəm, yetir əlimə əlün, 

Yet özün hərayimə, ya Hüseyn. 

 

Gəlü



 cuşə möhnətü qəmlərim, 

Boyanubdı qan ilə peykərim, 

Kəsilüb, əxa, iki əllərim,  

Yet özün hərayimə, ya Hüseyn. 

 

Ey əxa, bu ləşkəri‐bihəya, kəsüb imdi səbrü qərarımı, 



Bu sədayi‐qülqülə qoymırı biləsən bu ah ilə zarımı, 

Bu ədu mübəddəl edibdülər sitəmü xəzanə bəharımı, 

Bədənimdə qalmadı taqətim, yet özün hərayimə, ya Hüseyn. 

  

Əfrad 

 

Yetiş hərayimə, ey Şahi‐Kərbəla, qardaş, 



Gəlüncə sən, tökərəm ruyimə gözümdən yaş. 

                                                 

 Gəlir 



 

402 


 

İşim təmamdı, tez gəl, qucaqlaşaq, bari, 

Ölən zəmandə doyunca bir ağlaşaq, bari. 

 

Fələk arayə əcəb çəngi‐təfriqə saldı, 



Biri‐birimizi görmək qiyamətə qaldı. 

 

Özin yetir mənə, ey dərdimin şəriki, əxa, 



Öləndə, olma riza, həsrətim gözümdə qala. 

 

Baqiyi‐növhə 

 

Budur arizum ki, ölən zəman o cəmaluvı görüm, ey əxi, 



Eyləyim vəsiyyətimi sənə, qəmü dərdimi deyim, ey əxi, 

Necə razisən ki, ölən zəman səni görməmiş ölüm, ey əxi, 

Gözüm intizar səni gözlərəm, yet özün hərayimə, ya Hüseyn. 

  

Sölə Zeynəbə onu dəstgir eyləyəndə ləşkəri‐kufəyan, 



Üsəra qətarıni qətlgahdən əşqiya gətürən zəman, 

De, cənazəm üstə gəlüb bacım analar kimi eyləsün fəğan, 

Gəlüb axır ömrdə et vida, yet özün hərayimə, ya Hüseyn. 

  

Bu əzadə, Nadiməm, ağlaram bu vəfalı sərvərün halinə, 



Bataram məlalü müsibətə, olaram şərik məlalinə, 

Budur arizum ki, ölən zəman yetişəm xüsus vüsalinə, 

Yazaram bu beyti fəğan ilən, yet özün hərayimə, ya Hüseyn. 

 

Əfrad 

 

Qardaş, Hüseyn, yıxılmışam atdan, hərayə gəl, 



Dad etməgə bu sərvəri‐biəqrəbayə, gəl. 

 



 

403 


 

Çoxdur cərahətim, yetiş imdadə, ya Hüseyn, 

Görməkligə bu bikəsi rəzmi‐bəlayə gəl. 

 

Qolsuz salubla toprağə, fəryadimə yetiş, 



Qurban verən Xudayə, dayanma, Minayə gəl. 

 

Qurbanuvı qəbul eylədi Xaliqi‐əzim, 



Qur`an tilavət etməgə bəzmi‐əzayə gəl. 

 

Su və`də etmiş idim əgərçi Səkinəyə, 



Hasil edəmmədim su mən ol binəvayə, gəl. 

 

Çoxdur yaram, əlimdən alub ixtiyarımı, 



Qanım töküblə ərseyi‐Kərbübəlayə, gəl. 

 

Zibh etməmiş başımı ədu, gəl hərayimə, 



Şahım, əmandı, durma, bu matəmsərayə gəl. 

 

Əbbasə ağla, göz yaşuvı tök üzarüvə, 



Nadim, bu qəmdə şur ilə ahü nəvayə gəl. 

  

Ölürəm, yaralıyam mən 

 

Yet özün hərayə, qardaş, ölürəm, yaralıyam mən, 



Gəl hərayə, qan içində necə, gör, bəlalıyam mən. 

 

Çəkərəm çox intizarun, edərəm çox arizulər, 



Ki, görüm yüzün dübarə, ey əzizi‐cani‐Heydər, 

Məni, gəl, vida edüb sal yola, varisi‐Peyəmbər, 

Yet özün hərayə, qardaş, ölürəm, yaralıyam mən. 

 



 

404 


 

Dolı qan piyaləsitək, dolub imdi qanə didəm, 

Ədu halətək arayə məni aldı, mən vəhidəm, 

At ilən ayaxladılar bədənimi, xürd‐xürdəm, 

Yet özün hərayə, qardaş, ölürəm, yaralıyam mən. 

  

Məni öldürüb ədulər, fəxr eləllə bir‐birinə, 



Birisi alubdı şəmşir, biri xəncər əllərinə, 

Yox əlim, nedim, bəradər ki, verəm qılıc dəminə, 

Yet özün hərayə, qardaş, ölürəm, yaralıyam mən. 

  

Eylədi kəmin düşmən, iki qollarımı saldı, 



Dolı kasətək dəhanım, başımun qanilə doldı, 

Yüzümün ətini, qardaş, sürüdilə topraq aldı, 

Yet özün hərayə, qardaş, ölürəm, yaralıyam mən. 

  

Sitəm ilə sındırubdur belimi əmudi‐düşmən, 



Odı səslərəm hərayə səni, ey əzizi‐can‐mən, 

Bu bəla çölündə olmaz, başım heç bəladən eymən, 

Yet özün hərayə, qardaş, ölürəm, yaralıyam mən. 

 

Bu çəməndə çün üzüldi əli bülbülün gülindən, 



Səni dərk edəmmərəm mən, yaralanmışam belimdən, 

Sitəm ilə əhli‐kinə əlim üzdülər əlindən, 

Yet özün hərayə, qardaş, ölürəm, yaralıyam mən. 

 

Məni öldürüb, tapallar sənə əl bu əhli‐kinə, 



Bilürəm sənün də qanun tökəcəklə bu zəminə, 

Dolanar çöli ölüncə, baba vay, deyər Səkinə, 

Yet özün hərayə, qardaş, ölürəm, yaralıyam mən. 

  

 



 


 

405 


 

Ver icazə, Nadim etsün gözinün yaşını cari, 

Bu gələn ili mühərrəm qələm əldə növhəkari, 

Deyim ol qərib Hüseynə ki, sənün dalunca bari, 

Yet özün hərayə, qardaş, ölürəm, yaralıyam mən. 

 

    Qardaş, Hüseyn, yetiş hərayə 

 

Yalquzladı, ləşkər məni aldı arayə, 



Yalquz qalan, qardaş, Hüseyn, yetiş hərayə. 

 

Yüzüm al qan ilə, qardaş, müzəyyən oldı, 



Başım qanı axub gözüm qan ilə doldı, 

Qardaş, ə`da əldən tabü təvanım aldı, 

Yalquzladı, ləşkər məni aldı arayə, 

Yalquz qalan, qardaş, Hüseyn, yetiş hərayə. 

  

Lütf eyləsən əgər məni‐naşadə, qardaş, 



Seyd olmuşam min qan tökən səyyadə, qardaş, 

Can verməmiş özin yetiş imdadə, qardaş, 

Yalquzladı, ləşkər məni aldı arayə, 

Yalquz qalan, qardaş, Hüseyn, yetiş hərayə. 

  

Oldı xəzan, soldı gülün səhni‐çəməndə, 



Vırublar bir əmud, əxa, atdan düşəndə, 

Alublar tabımı, yoxdur rəməq bədəndə, 

Yalquzladı, ləşkər məni aldı arayə, 

Yalquz qalan, qardaş, Hüseyn, yetiş hərayə. 

  

Yetiş imdadə, ya əxa, sərdarun öldi, 



Boyandı qanına, susuz qəmxarun öldi, 

 

 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə