Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə77/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   73   74   75   76   77   78   79   80   ...   144

 

381 


 

Xüşk edər yaralaruvi göz yaşilə bacılarun, 

Mən deyəndə va Hüseyna sən də söylə, bari, Zeynəb. 

 

Dözdi bəxti qarə Zeynəb hər bəlayə bu səfərdə, 



Tab qoymayub Səkinə, bu qəribi‐dərbədərdə, 

Qolda ip, boyunda zəncir, verdi can xərabələrdə, 

Saldı asimanə suziş ahi‐pürşərari‐Zeynəb. 

 

Qəbri‐Əkbər üstə Leyla yoldı zülfün, etdi şivən, 



Dəstgir edüb anavı çəkdi Şami‐şumə düşmən, 

Şamdə, xərabələrdə nalə eyləyən zəman mən, 

Eyləyüb mən ilə şivən, oldı qəmküsari‐Zeynəb. 

 

Şühəda məzarı üstə Qasimə dutubla matəm, 



Oldı Əsğərün qəmində Əhli‐Beytün halı bərhəm, 

Oldı cümlə Ali‐Taha azimi‐kənari‐Əlqəm, 

Oldı zairi‐Əbülfəzl, çeşmi əşkibari‐Zeynəb. 

 

Yetdilər məzari‐Əbbas üstə Əhli‐Beyti‐məğmum, 



Anası yerinə başun qəbr üstə açdı Külsum, 

Gördülər şəhid olubdur, qolsuz eyləyüblə məzlum, 

Göz yaşın töküb üzarə, əbr çün bəhari‐Zeynəb. 

 

Göz yaşım olar üzarə cari böylə xar əlindən, 



Eylərəm fəğanü nalə qövmi‐xunfikar əlindən, 

Nadimün doyubdı canə ömrü ruzigar əlindən, 

Qəlbimi gətürdi dərdə çeşmi‐əşkibari‐Zeynəb. 

 

 



 


 

382 


 

Yet imdadə, qardaş, ya Hüseyn 

 

Xeymələr odlandı, yet imdadə, qardaş, ya Hüseyn, 



Bir nəfər yoxdur gələ fəryadə, qardaş, ya Hüseyn. 

 

Aç gözün, ətfaluvi, gör, cümlə sərgərdan qalub, 



Bacun ölsün, gör kənari‐xeyməni üdvan alub, 

Övnü Cə`fər doğranublar, bəs Ələmdarun nolub? 

Dadrəs yox Zeynəbi‐naşadə, qardaş, ya Hüseyn. 

 

Sə`din oğlu etdigi cövrü cəfadən doymadı, 



Başuvı Şimri‐dəğa kəsdi qəfadən, doymadı, 

Qasimi eylüb müzəyyən qan hənadən doymadı, 

Nə`şüvi üryan qoyub səhradə, qardaş, ya Hüseyn. 

 

Xeyməmi yandırdılar, əldən əsasım aldılar, 



Sən özün agahsən, yeksər libasım aldılar, 

Xeymələr yandı, uşaxlar nar içində qaldılar, 

Sər verəndən sora sən cəlladə, qardaş, ya Hüseyn. 

 

Batdı qanə, Əkbərü Əbbasü Qasim qalmadı, 



Xeymələr yandı təmamən, bir əsasım qalmadı, 

Soydular ə`da, bəradər, can libasım qalmadı, 

Xarü məhzun olmuşam dünyadə, qardaş, ya Hüseyn. 

 

Hərmələ peykan ilə su verdi ətşan Əsğərə, 



Laməhalə, imdi rəhm etməzlə Ali‐Heydərə, 

 

Yüz qoyub ahusifət Ali‐Peyəmbər çöllərə, 



Ahutək seyd olmuşam səyyadə, qardaş, ya Hüseyn. 

 



 

383 


 

Nami‐qəm çün səbt olub ruzi‐əzəldən adimə, 

Qan olur könlüm keçən günlər düşəndə yadimə, 

Abidün qaldı yanan çadırda, yet fəryadimə, 

Zeynəbi bir kəs salan yox yadə, qardaş, ya Hüseyn. 

 

Dəstgir oldum, qolum bağlandı, sərdarım, həray, 



Tacdarım, qəmküsarım, qəm günü yarım, həray, 

Ya Hüseyn, yox səndən özgə bircə qəmxarım, həray, 

Şamə oldum getməgə amadə, qardaş, ya Hüseyn. 

 

Nadimi‐biçarə bu qəmdə cigər dağlar müdam, 



Ruzü şəb hər vəqfdə, qardaş, əza saxlar müdam, 

Kim edər zikri‐müsibət, şur ilə ağlar müdam, 

Şəbi‐vəhşətdə onı sal yadə, qardaş, ya Hüseyn. 

 

Həzrət Zeynəb dilindən 

 

Səbr eylə, bu qədər ağlama, qızım, var güman səbah Əkbərim 



gələ, 

Didüvə sənün bu xərabəyə, var ümid mələkmənzərim gələ. 

 

Ağlama bu qəd,



 tökmə göz yaşun, eyləmə fəğan, mehriban 

bala, 

Tapşurub səni Zeynəbə baban, pasibanunam hər zəman bala, 



Eylədün zibəs naləvü fəğan, göz yaşun sənün oldı qan, bala, 

Qoy, hərayimə səsləyim, qızım, bu xərabəyə Heydərim gələ. 

 

 

 



                                                 

 Qədər 




 

384 


 

Tökmə göz yaşun rəngi‐zərdüvə, qəmli haluva Zeynəbün 

fəda, 

Kəhrəbasifət gül yüzün solub, gül cəmaluva Zeynəbün fəda, 



Ağlamaq səni nitqdən salub, qəm məlaluva Zeynəbün fəda, 

Sənlə eylərəm ahü nalə mən, cuşə bəhrtək qəmlərim gələ. 

 

Səbr elə, bala, məndə çarə yox, badi‐zülm əsüb, güllərim 



solub, 

Yəsribə əlim çatmaz, ey qızım, xanimanımız çox uzaq qalub, 

Mən də qarəpuş olmuşam, görürsən, budı səbəb qardaşım 

ölüb, 


Zində bir nəfər xişü əqrəba, qalmayub hanı yavərim gələ. 

 

Mən də sən kimin sinədağlıyam, gah müsibəti‐Əkbər ağladur, 



Qanlı qundağı yadıma düşür, tifli‐bizəban Əsğər ağladur, 

Gah vırur bizə tə`neyi‐zəban, Şamdə bu düşmənlər ağladur, 

Bu gecə güman var iyadətə, bu xərabəyə yavərim gələ. 

 

Dərdü möhnətün gər olub məzid, ağlama bu qəd əldə çarə 



yox, 

Dadə səsləyim dadrəs kimi, dadrəs məni‐biqərarə yox, 

Bu xərabəyə var kimim gələ, dadxah bu biixtiyarə yox, 

Mürği‐könlümə balü pər verən, qanə qərq olan şəhpərim gələ. 

 

Ey qızım, sənün qan olan dilün, eyləyür əgər Əkbər arizu, 



Hasil olmaz heç vəsli Əkbərün, eylər Əhli‐Beyt yeksər arizu, 

Qardaşım Hüseyn intizarıyam, mən də eylərəm illər arizu, 

Mən də, qoy, edəm sənlə şurü şeyn, ol Hüseyni‐gülpeykərim 

gələ. 


 

 

 




 

385 


 

Ya Hüseyn, düşüb Nadimin genə, tozlı qəbrivün iştiyaqinə, 

Mürği‐növbəhar arizu edər, bir də əl qoya gül budağinə, 

Asi zakirəm, xəlq nə`şimi nəql edən zəman qəbr əyağinə, 

İstiğasə et, mərhəmət üçün, dadə Şafiyi‐məhşərim gələ. 

 

  Xanım Zeynəbün dilindən 

 

Hüseyn, qardaş, məni Şamə çəkir üdvan, gedim, getmim? 



Qolum bağlı, cigər dağlı, Şahi‐dövran, gedim, getmim? 

 

Gözüm yaşı dönüb qanə, düzülüb şişə mərcantək, 



Könül bəhri‐bəla olmuş, dönüb al qanə ümmantək, 

Yazubdur cismüvi şəmşir, nə xətdür sətri‐Qur`antək,  

Buyur, əmrin nədür axır, məni‐nalan gedim, getmim? 

 

Sənün bu cismi‐məcruhün təmamən nizəvü oxdur, 



Əgər sənsiz gedim Şamə, bilürsən məndə can yoxdur, 

Ölübdür Əkbərü Əbbas, bizə bir pasiban yoxdur, 

Mənə səndən sora viran olub zindan, gedim, getmim? 

 

Sən öldün, xeymələr yandı, soyuldum, xarü zar oldum, 



Talandı xeymələr hamı, əsiri‐ruzigar oldum, 

Əzəl xatun idim, qardaş, sən öldün, imdi xar oldum, 

Olub sənsiz gözüm giryan, işim əfğan, gedim, getmim? 

 

Dutub bihədd bəla indi, müsibət həddini ötdi, 



Cəfa üstdən cəfa gəlmiş, firavan günlərim bitdi, 

Hərasan ahutək xırda uşaxlar çöllərə qaçdı, 

Qoyub başsız yaralı cismüvi üryan, gedim, getmim? 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə