Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə80/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   76   77   78   79   80   81   82   83   ...   144

 

396 


 

Minayi‐Kərbübəla içrə badi‐zülm əsdi, 

Hüseynimün başını Şimr təşnələb kəsdi. 

 

Susuz, su üstə şəhid oldı həzrəti‐Əbbas, 



Xərabələrdə dutub Əhli‐Beyt o sərvərə yas. 

 

Təmamiyi‐növhə 

 

Sual etsən, Əbülfəzlin qolı təndən zəbun oldı, 



Su üstündə batub qanə, ələmtək sərnigun oldı, 

Hüseyn qardaşımun qüsli Mina dəştində xun oldı, 

Kəsüblər əllərin axır sitəmlə sariban, Hində. 

 

Xiyamım odlanub yandı cəfayi‐kufəyan ilə, 



Əliyyü Əkbərün dəstin xizab eylüblə qan ilə, 

Batub öz qanına Əsğər balam tiri‐kəman ilə, 

Qalublar itrəti‐əthar bu gün biaşiyan, Hində.  

 

Məni‐biyavərə ağlar həmişə növhəxan Nadim, 



Geyər qarə mühərrəmdə, edər ahü fəğan Nadim, 

Görəndə Hindəni Zeynəb olub göz yaşı qan, Nadim, 

Dedi, bil ki, mənəm Zeynəb, olub qəddim kəman, Hində.  

 

Əldə, ey dil, daməni‐Əbbasi möhkəm dutgilən 

 

Əldə, ey dil, daməni‐Əbbasi möhkəm dutgilən, 



Ağlayub hər vəqtə ol sərdarə matəm dutgilən. 

 

Aqil ol, göz yaşuvi rüxsaruva eylə səbil, 



Et dəmadəm növhəvü əfğanü şivən müttəsil, 

 

 




 

397 


 

Hər il ol mahi‐mühərrəmdə bu Əbbasə dəxil, 

Ömri‐dünyadən bu övzani müqəddəm dutgilən. 

 

Növhə eylüb hər əzayi‐qəmfəzadə qıl səda, 



Ağlayar çün bu əzadə mərdü zən, şahü gəda, 

İstəsən səndən riza olsun Şəhi‐Kərbübəla, 

Matəmi‐Əbbasi sən hər vəqtə ə`zəm dutgilən. 

 

Kərbəladə bu müsibət qıldı nalan Zeynəbi, 



Qətli‐Əbbas eylədi çaki‐giriban Zeynəbi, 

Sən də razi et özündən xanəviran Zeynəbi, 

Zəxminə ol sərvərin göz yaşı mərhəm dutgilən. 

 

Düşgilən payi‐Əbülfəzlə çü sayə icz ilə, 



Dərdüvi izhar elə müşkilgüşayə icz ilə, 

Mültəci ol sən Şəhi‐Kərbübəlayə icz ilə, 

Bu Əbülfəzlə əza hər il mühərrəm dutgilən. 

 

Kərbəladə, şiələr, zülm ilə bir sərdar ölüb, 



Gülşənə xar əl tapub, gülzardə güllər solub, 

Bu müsibətdə təmamən şiələr giryan olub, 

Çünki bu kani‐vəfadur, qəlbin ə`ləm dutgilən. 

 

Kərbəla bülbülləri suzi‐ətəşdən soldular, 



Növcəvanlar qan içüb qan ilə sirab oldular, 

Xeymələrdə itrəti‐Peyğəmbər ətşan qaldular, 

Göz yaşında şişə‐şişə barişi‐qəm dutgilən. 

 

Bu əzayi‐qəmfəzadə cari qıl göz yaşuvi, 



Ey könül, bu qüssədə ar eyləmə, yol başuvi, 

 

 




 

398 


 

Ağla, tök rüxsaruva hər vəqtdə göz yaşuvi, 

Bu ələmdarun əzasın sən dəmadəm dutgilən. 

 

Nadim, ağla, tök üzarə əşki‐çeşmün sübhü şam, 



Dut əza mahi‐mühərrəmdə bu Əbbasə müdam, 

Şiələr, şadlux olub Əbbasdən sonra həram, 

Nadima, hər ruzü şəb, gəl, şurü matəm dutgilən. 

 

   Əbülfəzlim, oyan, qardaş 

 

Gözün aç, xabi‐naz etmə, 



Əbülfəzlim, oyan, qardaş. 

Məni yalquz qoyub getmə, 

Məni yalquz qoyan, qardaş. 

 

Sərasər peykərim qandı, 



Məgər hicranun asandı? 

Görüb qəlbim alovlandı, 

Əbülfəzlim, oyan, qardaş. 

Məni yalquz qoyan, qardaş. 

 

Mənə çox bir yəman gündi, 



Səni qolsuz görüm imdi, 

Belə görcək belim sındı, 

Əbülfəzlim, oyan, qardaş. 

Məni yalquz qoyan, qardaş. 

 

Oğul yox dərdimi bilsün, 



Kömək yox dadimə gəlsün, 

Oğulsuz qardaşun ölsün, 

 

 



 

399 


 

Əbülfəzlim, oyan, qardaş. 

Məni yalquz qoyan, qardaş. 

  

Deyim, dutmaz dilim, Əbbas, 



Dur, ey arxam, elim, Əbbas, 

Sınub sənsiz belim Əbbas, 

Əbülfəzlim, oyan, qardaş. 

Məni yalquz qoyan, qardaş. 

  

Başın Zeynəb yolar, qardaş, 



Mənə düşmən gülər, qardaş, 

Hüseyn sənsiz ölər, qardaş, 

Əbülfəzlim, oyan, qardaş. 

Məni yalquz qoyan, qardaş. 

  

Hərəmlər təşnədür hamı, 



Səkinə əldə su camı, 

Yolun gözləllər itmamı, 

Əbülfəzlim, oyan, qardaş. 

Məni yalquz qoyan, qardaş. 

  

Oyan, mahi‐Bəni Haşim, 



Mənim istəkli qardaşım, 

Dönübdür qanə göz yaşım, 

Əbülfəzlim, oyan, qardaş. 

Məni yalquz qoyan, qardaş. 

 

 

 




 

400 


 

Əcəb möhnətlərim atdı,

 

Müsibət həddidən ötdi, 



Belim sındı, ələm yatdı, 

Əbülfəzlim, oyan, qardaş. 

Məni yalquz qoyan, qardaş. 

  

Qapım bağlandı dağlandım, 



Şərari‐hicr ilə yandım, 

Səsimə səs ver, odlandım, 

Əbülfəzlim, oyan, qardaş. 

Məni yalquz qoyan, qardaş. 

  

Gəlibdür Nadim əfğanə, 



Müsibətdən doyub canə, 

Yazar, ağlar zəlilanə, 

Əbülfəzlim, oyan, qardaş. 

Məni yalquz qoyan, qardaş. 

  

Yet özün hərayimə, ya Hüseyn 

 

Məni saldılar yerə kufəyan, 



Yet özün hərayimə, ya Hüseyn. 

Ələm oldı sərnigun, əl‐əman, 

Yet özün hərayimə, ya Hüseyn. 

 

Olu mə`yus, olmasa əl‐bədən, 



Xəcil oldum imdi Səkinədən, 

Yox əlim, vırar bu gəlüb‐gedən, 

Yet özün hərayimə, ya Hüseyn. 

                                                 

 Artdı 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə