Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə82/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   78   79   80   81   82   83   84   85   ...   144

 

406 


 

Axub qanım, şəhla gözüm qan ilə doldı, 

Yalquzladı, ləşkər məni aldı arayə, 

Yalquz qalan, qardaş, Hüseyn, yetiş hərayə. 

  

Gərək pişvaz edəydim, qardaş, sən gələndə, 



Bağışla, yox çarəm, durmaz başım bədəndə, 

Vırublar bir əmud, atdan yerə düşəndə, 

Yalquzladı, ləşkər məni aldı arayə, 

Yalquz qalan, qardaş, Hüseyn, yetiş hərayə. 

  

Düşmən kəmin edüb axır saldı qolumı, 



Mə`yus edüb əldən, ə`da sağü solumı, 

Səkinə su camı əldə gözlər yolumı, 

Yalquzladı, ləşkər məni aldı arayə, 

Yalquz qalan, qardaş, Hüseyn, yetiş hərayə. 

  

Nadimün müşkilin həll et, müşkilgüşasən, 



Lütf ilə mərhəmət eylə, kani‐vəfasən, 

Qələm əldə, gözi yaşlı zikr eylərəm mən, 

Yalquzladı, ləşkər məni aldı arayə, 

Yalquz qalan, qardaş, Hüseyn, yetiş hərayə. 

  

   Qəsideyi‐Həzrət Əbbas 

 

Gəlibdür tutiyi‐təb`im nitqə, sölər bavəfa Əbbas, 



Qəməryüz, şirsurət, səfşikən, bərqi‐bəla Əbbas. 

 

Qalanda yekkəvü tənha Hüseyni‐təşnə biyavər, 



Hüzuri‐Şahi‐valayə gəlüb Əbbasi‐qəmpərvər, 

Töküb göz yaşı rüxsarə, dedi, ey varisi‐Heydər, 

Doyubdur canə, ya Mövla, qəribi‐Kərbəla Əbbas. 



 

407 


 

Yetüşdi, çün hüzuri‐Şahi‐dinə, eylədi izhar, 

Bu gün tə`nü şəmatətdən həyat oldı mənə zinhar, 

Mənə ver rüxsəti‐də`va bəhəqqi‐Heydəri‐Kərrar, 

Hüseyn, qardaş, saralmış rəngüvə olsun fəda Əbbas. 

 

Bu yanda əl‐ətəş söylər təmamən Ali‐Peyğəmbər, 



Deyər Leyla, alan yox qanuvı nakam Əli Əkbər, 

Vıralla təbli‐şadlıq bir tərəfdə ləşkəri‐kafər, 

Olub qəmdən, Hüseyn, qardaş, səhi qəddi düta Əbbas. 

 

Mənə ver rüxsəti‐də`va, çıxım bircə Üqab üstə, 



Görüm, qardaş, qalırmı bu qoşundan sınmamış dəstə, 

Gətirrəm payüvə ibni‐Ziyadi mən yüzi üstə, 

Əli fərzəndidür, səflərşikən, müşkülgüşa Əbbas. 

 

Çəküb ahi‐cigərsuz ol Hüseyni‐şahi‐məzluman,  



Görərsən səfbəsəf durmuş təmamən ləşkəri‐üdvan, 

Mənim arami‐qəlbüimsən, sənə aləm ola qurban, 

Çəküblər qətlüvə xəncər güruhi‐əşqiya, Əbbas. 

 

Bilürsən yox mənə səndən əlavə yavərü qəmxar, 



Mənə sənsən ələmdarü həmi sərdarü həm salar, 

Əgər getsən, gözi yaşlı qalalla itrəti‐əthar, 

Gərək səndən sora olsun işim ahü nəva, Əbbas. 

 

Riza olma qəyur Əbbasuvı, qardaş, bata nami, 



Bəradər, görmüsən,

 xırda uşaxlar ağlayur hamı, 



Deyəllə, əl‐ətəş xırda uşaxlar əldə su camı, 

Olanmaz xeymədə bundan sora, qardaş, rəha Əbbas. 

                                                 

 Görmürsən 




 

408 


 

Xülasə, verdi rüxsət Şahi‐din ol şiri‐qürranə, 

Qədəm qoydı rikab üstə, Üqabı gətdi cövlanə, 

Əlində nizeyi‐cansuz, yetişdi səddi‐meydanə, 

Zəban açdı fəsih nitq ilə ol miri‐hüda Əbbas. 

 

Rəcəz eylüb bəyan ol, özini xəlqə nişan verdi, 



Əl atdı qəbzeyi‐ şəmşirə, Heydərtək təkan verdi, 

Sinan ilə cəhimin rahın ol, xəlqə nişan verdi, 

Dağıtdı fövci‐ə`dani çün ol bərqi‐bəla Əbbas. 

 

Ələm yatdı, qoşun qaçdı, dağıldı dəstələr sındı, 



Minayi‐Kərbəla əhmər olub qan rudinə döndi, 

Ömər Sə`di‐ləin odlandı, nari‐qüssədən yandı, 

Dedi, ey qövm, tənhadur, qalub biəqrəba Əbbas. 

 

Güruhi‐əşqiya, qaçmun, durun, şərmü həya eylün, 



Təmamən izdiham ilə dönün, səf‐səf, vəfa eylün, 

Salun atdan bu sərdarı, qoşun xəlqün rəha eylün, 

Gəlüb qəhrə ac əslantək əzizi‐Mürtəza Əbbas. 

 

O vəqtə Maridi‐bidin edibdür hərzəvü hədyan, 



Sizə aya nolub yeksər qaçursuz, boş qalub meydan, 

Əli oğlun bu saət eylərəm öz qaninə əlvan, 

Əlimdə ta görün məğlub olur gülgunqəba Əbbas. 

 

Olub çün qərqi‐fulad, ol sitəmkər yetdi meydanə, 



Özin tə`rif edəndən sora gətdi atı cövlanə, 

Edüb rast, nizəsin atdı əzizi‐Şahi‐mərdanə, 

Dutub üz ərsəyə şəmşir alub miri‐şüca Əbbas. 

 

 



 


 

409 


 

Çəküb bir nə`reyi‐“Əllahu Əkbər” varisi‐Heydər, 

Əzəl əsbin nişan eylüb piyadə qaldı bədəxtər, 

Dübarə Maridin hülqün nişanə etdi ol sərvər, 

Cəhimə Maridi etdi rəvan kani‐həya Əbbas. 

 

Olubdur Nadimin, Əbbas, həqiri‐ruzigar, ağlar, 



Sirişkim barişi‐neysan, gözüm əbri‐bəhar, ağlar, 

Qələm əldə yazar zikri‐müsibət, biqərar ağlar, 

Məni qurtar bu müşkil əmrdən, müşkilgüşa Əbbas. 

 

İmam Hüseyn (ə) dilindən Həzrət Əbülfəzlə xitabən 

 

Aç bircə qanlı çeşmün, ey bavəfa Əbülfəzl, 



Yaxşı evimi yıxdı əhli‐cəfa, Əbülfəzl. 

 

Bülbültək ayrı düşdüm bu səhndə gülimdən, 



Bir dadrəs tapılmaz ənsardən, elimdən, 

İcma edüb ədulər, aldı səni əlimdən, 

Bir qəmküsarım olmaz səndən sora, Əbülfəzl. 

 

Aldı əlimdən ə`da qəbiləmi, elimi, 



Təll üstə Ali‐Taha gözlər hamı yolumı, 

Qardaş müsibətində sındırdılar belimi, 

Aç gözlərün doyunca eylüm vida, Əbülfəzl. 

 

Səndən sonra kimim var, Əbbas, hərayə gəlsün, 



Dərdimə çarə etsün, dərdi‐dilimi bölsün, 

Bel bağlamaz cəhanə sənsiz, Hüseynün ölsün, 

Verməz Hüseynə möhlət Şimri‐dəğa, Əbülfəzl. 

 

 



 


 

410 


 

Yetdi xəzan bəharə, gül qaldı xar əlində, 

Çün seydvəş dutuldun axırda sar əlində, 

Bikəs Hüseynün imdi yox ixtiyar əlində, 

Bu zəxmi‐peykərüvə etsün dəva, Əbülfəzl. 

 

İmdi yəqinim oldı Zeynəb bacım talandı, 



Odlandı xeyməgahım, nari‐cəfayə yandı, 

Qardaş, səsimə səs ver, batdı səsim, əmandı, 

Qoydun məni bu çöldə biəqrəba, Əbülfəzl. 

 

Nadim həmişə ağlar bu qəmfəzadə, qardaş, 



Yaxşı evim yıxıldı Kərbübəladə, qardaş, 

Düşmüş yaralı cismün məcruh aradə, qardaş, 

Karım olubdur əfğan səndən sora, Əbülfəzl.  

 

Əbülfəzlim, oyan 

 

Oyan, ey qan ilə gülnarım, Əbülfəzlim, oyan, 



Gözün aç, qolsuz ələmdarım, Əbülfəzlim, oyan. 

 

Qırılub Kərbübəladə hamı ənsari‐Hüseyn, 



Qalmayub bircə nəfər yavərü həm yari‐Hüseyn, 

Yüz qoyub qarətə ləşkər, dur, ələmdari‐Hüseyn, 

Ağlayur düxtəri‐naçarım, Əbülfəzlim, oyan. 

 

Yoxdı fəryadə gələn, cümlə köməklər qırılub, 



Bu gün əshablərim cümləsi yeksər qırılub, 

Gedüb əldən köməgim, Ali‐Peyəmbər qırılub, 

Yoxdı bir kəs ola qəmxarım, Əbülfəzlim, oyan. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə