Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə87/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   83   84   85   86   87   88   89   90   ...   144

 

431 


 

Gər yaralarım kari caridür, 

Cismim zəxmdən biqərardur, 

Rahidə gözüm əşkbardur, 

Cuş edüb, əxa, qəmlərim, həray. 

 

İstərəm olam zairi‐sərün, 



İyləyüb öpüm parə ləblərün, 

Zair eylə gözyaşlı nokərün, 

Nadimi, Şəhi‐Kərbəla, həray. 

 

Yetiş imdadimə, qardaş, Hüseyn 

 

Bir yetiş imdadimə, qardaş, Hüseyn, 



Çoxdı yaram, gəl, aparur qan məni. 

Gəl yüzüvi bir də görüm, nuri‐eyn,  

Zibh eləsün qatilim ətşan məni. 

 

Parələnüb tiri‐cəfadən sərim, 



Zülm ilə qanə boyanub peykərim, 

Qalmamış həsrət yüzüvə gözlərim, 

Gəl, elə bir şadü xuraman məni. 

 

Əfv elə, su olmadı mümkin, əxa, 



Dutdı Fəratun yolını əşqiya, 

Gəl, sərimi təndən edəllər cüda, 

Saldılar atdan yerə üdvan məni. 

 

Dildə olub ismi‐şərifün umud, 



Aldı əlindən məni qövmi‐yəhud, 

Xakə salan vəqtə vırublar əmud, 

Eylədilər halı pərişan məni. 



 

432 


 

Çoxdı yaram, ruhimi basmış məlal, 

Gəl, məni bu haldə bir yadə sal, 

Mövsümi‐hicrandı məni, et həlal, 

Gəl, özün et azimi‐rizvan məni. 

 

Aldı qərarımı əlimdən səsün, 



Səslə, gəlür daduva dadirəsün, 

Yox dəxi imdadı məni‐bikəsün, 

Qoydun əcəb xanəsi viran məni. 

 

Nadimi‐biçarəvü xunrizdil, 



Vəqf eləyüb canı əzadə hər il, 

Əldə qələm növhə edər müttəsil, 

Əfv eləsün Xaliqi‐Sübhan məni. 

 

Səlam olsun sənə, ətşan Əbülfəzl 

 

Səlam olsun sənə, ətşan Əbülfəzl, 



Olan ümmətlərə qurban, Əbülfəzl. 

 

Bəzl eylədün rahi‐fənadə canun, 



Axıb mərcan kimi rüxsarə qanun, 

Ola kül başına sənsiz cəhanun, 

Olubdur karımız əfğan, Əbülfəzl. 

 

Əgər sə`y eylədün su olsun hasil, 



Məramə yetmədün heç, oldı müşkil, 

Kəmin eylüb səni bir həmlə qatil, 

Səni mə`yus edüb üdvan, Əbülfəzl. 

 

 



 


 

433 


 

Necə ərz eyləyim, saldı qoluvı, 

Kəsiblər səfbəsəf dəstə yoluvı, 

Zəbun etdi ədu sağü soluvı, 

Xizab edüb səni al qan, Əbülfəzl. 

 

Yıxıldun gülsifət al qan içində, 



Düşüb sərvqədün meydan içində, 

Görüb yalquz ədu üdvan içində, 

Sənə əl tapdılar üdvan, Əbülfəzl. 

 

Yıxub atdan ədu ətrafun aldı, 



O şəhla gözlərün qan ilə doldı, 

Təmam Ali‐Əba gözyaşlı qaldı, 

Edibdür cümləsi əfğan, Əbülfəzl. 

 

Yetişdi kamə cümlə əhli‐kinə, 



Təmamən fəxr edirdi bir‐birinə, 

Su camilə susuz qaldı Səkinə, 

Edüb göz yaşını əfşan, Əbülfəzl. 

 

Sitəmlə gül yüzün qanə boyandı, 



Sən öldün, xeymələr odlandı, yandı, 

Soyuldı Zeynəbün müztər, talandı, 

Olubdur didəsi giryan, Əbülfəzl. 

 

Həmişə Nadimi‐biçarə ağlar, 



Tökər göz yaşını rüxsarə, ağlar, 

Mənə yox səndən özgə yarü qəmxar, 

Yetiş imdadimə, ətşan Əbülfəzl. 

 

 



 


 

434 


 

Oyan, ey sərvəri‐dövran, Əbülfəzl 

 

Oyan, ey sərvəri‐dövran, Əbülfəzl, 



Şəhidi‐ləşkəri‐üdvan, Əbülfəzl. 

 

Necə səbr eyləsün hicranə Zeynəb? 



Alışdı möhnəti‐suzanə Zeynəb, 

Oyan, oldı əsir üdvanə Zeynəb, 

Olubdur xahərün giryan, Əbülfəzl. 

 

Bu çöldə xeyməgahım çün talandı, 



Təmamən xeymələr suzanə yandı, 

Əli Əkbər bu gün qanə boyandı, 

Olubdur göz yaşım ümman, Əbülfəzl. 

 

Qəribəm, yox mənim tabü təvanım, 



Dəxi heç kimsəyə gəlməz gümanım, 

Gedüb əldən Əli, növrəs cəvanım, 

Olublar xak ilə yeksan, Əbülfəzl. 

 

Bu qəmdə Zeynəbi‐dilparə ağlar, 



Tökər əşki‐bəsər rüxsarə, ağlar, 

Əbəlfəzli deyüb, sərdarə ağlar, 

Edibdür qəmlərim tüğyan, Əbülfəzl. 

 

Gəlüb Nadim fəğanə, bax bu halə, 



Gözüm əşkin tökər çün misli‐lalə, 

Bu dəmdə düşmüşəm dərdü məlalə, 

Həmişə eylərəm fəğan, Əbülfəzl. 

 

 



 


 

435 


 

      Oyan, sərdar Əbülfəzl 

 

Mənə rəhm et, oyan, sərdar Əbülfəzl, 



Olan öz qanına gülnar, Əbülfəzl. 

 

Ölüb qardaşlarım, zarü qəribəm, 



Dolub qan ilə könlüm, dəstgirəm, 

Qolı bağlı, gözi yaşlı əsirəm, 

Olubdur gözlərim xunbar, Əbülfəzl. 

 

Qəribəm, bikəsəm, yox bir pənahım, 



Müsibətdən çıxar əflakə ahım, 

Cəfavü zülm ilə doğrandı şahım, 

Əzizi‐Heydəri‐Kərrar, Əbülfəzl. 

 

Əsir eylər bizi bu əhli‐kinə, 



Tökər göz yaşını, ağlar Səkinə, 

Ölübdür zülm ilə mahi‐Mədinə, 

Şəbihi‐Əhmədi‐Muxtar, Əbülfəzl. 

 

Sənə bircə gəlür, qardaş, gümanım, 



Çıxıbdur göglərə ahü fəğanım, 

Müqəvvayəm, uçub ruhi‐rəvanım, 

Şəhid oldı Şahi‐əbrar, Əbülfəzl. 

 

Solubdı gülşəni‐Ali‐Peyəmbər, 



Xəzan yetdi, saraldı, soldı güllər, 

Qalub bibağban səhni‐çəmənlər, 

Solubdı zülm ilə gülzar, Əbülfəzl. 

 

 



 


 

436 


 

Salublar bikəfən Şahi‐Hicazı, 

Alub bu çöldə qanla dəstəmazı, 

Xaşü xaşak olub cayi‐nəmazı, 

Qalıbdur cismi‐paki xar, Əbülfəzl. 

 

Gözüm ağlar, ölübdür padşahım, 



Dəxi yox bir pənahım, dadgahım, 

Yanub nari‐cəfayə xeyməgahım, 

Qalub nar içrə ol bimar, Əbülfəzl. 

 

Yoxumdur bir kəsim gəlsün hərayə, 



Verüb Ali‐Əba səda‐sədayə, 

Yetər əfğanımız övci‐səmayə, 

Bizə yox bir nəfər qəmxar, Əbülfəzl. 

 

Gözün aç, bir oyan, qolsuz dilavər, 



Gözi yaşlı qalub əhli‐hərəmlər, 

Əsir eylüb bizi qövmi‐bədəxtər, 

Qolumı bağlayub küffar, Əbülfəzl. 

 

Vırub qiladə düşmənlər İmamə, 



Qolı bağlı çəkəllə səmti‐Şamə, 

Gözündə əşki‐tər, əldə əmamə, 

Tökər göz yaşını bimar, Əbülfəzl. 

 

Gözün aç, ya əxa, bax Kərbəlayə, 



Batublar növcəvanlar qan hənayə, 

Vırublar başları növki‐cidayə, 

Bu qövmi‐kafərü xunxar, Əbülfəzl. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə