Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə3/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   2   3   4   5   6   7   8   9   ...   144

 

10 


 

məktəbi bitirməsə də, təhsilini şəxsi mütaliə yolu ilə artırmış, 

ərəb və fars dillərinə yiyələnmiş, bu dillərin sayəsində İslam 

tarixini,  həmçinin  Şərq  ədəbiyyatını,  xüsusilə  klassik 

Azərbaycan  poeziyasını  mənimsəmişdir.  Nadimin  oğlu 

mərhum 


Məhəmməd 

Abdullayev 

atası 

haqqında 



aşağıdakıları 

xatırlayır: 

“Atam 

Nehrəm 


kəndinin 

mollaxanasından  və  şəxsi  mütaliəsi  ilə  ərəb  və  fars  dillərini 

mükəmməl  öyrənmişdi.  Nizamini,  Füzulini,  Sədini,  Hafizi, 

Xəyyamı,  Nəvaini  çox  oxuyardı.  Nizaminin  farsca  əsərləri, 

Qumrunun,  Racinin  kitabları  atamın  kitabxanasında 

saxlanılırdı.  Lakin  atamın  vəfatından  sonra  1930‐cu  illərdə 

ərəb  əlifbası  ilə  yazılan  kitabları  evlərdə  saxlamaq  qadağan 

edildiyi  üçün  qorxudan  o  kitabların  hamısını  başqaları  kimi 

biz  də  yandırdıq.  Çox  güman  ki,  atamın  əsərləri  də  elə  o 

zamanlar  itib‐batdı.  Sonralar  dini  şeirlərini  və  qəzəllərinin 

bir qismini tapıb Əlyazmalar fonduna verə bildim...” 

Hüseyn Nadim Naxçıvani həddindən artıq vətənpərvər 

bir  şəxs  olmuşdur.  Şairin  oğlu  Məhəmməd  Abdullayevin 

arxivində  olan  və  yazılı  şəkildə  mühafizə  olunan  sənədlər 

sübut edir ki, Nadim 1918‐1920‐ci illərdə daşnak Andronikin 

“Böyük  Ermənistan”  yaratmaq  xülyası  ilə  Naxçıvana,  şairin 

doğma kəndi Nehrəmə və Ordubad ərazilərinə basqınını öz 

gözləri ilə görmüş və daşnakların hücumunu dəf etmək üçün 

yaradılan  partizan  dəstəsinin  tərkibində  vuruşmuşdur.  O 

zaman  türklər  bu  xəbəri  eşidir  və  öz  ərazilərindən 

ermənilərə  top  atəşi  atırlar.  Andronik  türk  topunun  səsini 

eşidən  kimi  türklərin  bizə  köməyə  gəldiyini  başa  düşür  və 

qoşunlarını  Naxçıvandan  çıxarır.  Bu  hadisədən  sonra 

erməni‐daşnaklar  fürsət  tapan  kimi  Naxçıvana  hücum 

edərmişlər.  Nəhayət,  1920‐ci  ildə  ermənilər  Naxçıvanın 

Ordubad  və  Tivi  ərazilərinə  hücum  edirlər.  Hüseyn  Nadim 




 

11 


 

Ordubadın  Ələngəz  dağı  ətrafında  gedən  döyüşlərdə 

yaralanır. Vətənpərvər şair elə bu yaranın nəticəsində 1927‐ci 

ildə  vəfat  etmiş  və  böyük  izdihamla  Nehrəm  məzalığında 

torpağa tapşırılmışdır. 

 

* * * 



 

Qeyd  etdiyimiz  kimi,  Hüseyn  Nadim  o  qədər  də  xoş 

güzəran  keçirməmişdir.  Atasının  vəfatından  sonra  Nadim 

Nehrəm  kəndində  kiçik  bir  çayxana  açmış  və  həmin 

çayxananın  cüzi  gəliri  ilə  dolanmışdır.  Deyilənlərə  görə, 

Nadimin  çayxanası  şeir‐sənət  adamları  ilə  dolu  olarmış. 

Culfa  və  Ordubaddan  bir  sıra  şeir  həvəskarları  və  şairlər 

gəlib  Nadimlə  şeirləşər,  Nadim  də  tez‐tez  Ordubada  gedib 

ədəbi məclislərdə iştirak edərmiş... 

...”Əncümənüş‐şüəra”  ədəbi  məclisinə  Hacağa  Fəqir, 

Məhəmməd  Tağı  Sidqi,  Molla  Hüseyn  Bikəs,  Usta  Zeynal 

Nəqqaş,  Məşədi  Həsən  Dəbbağ,  Məhəmmədqulu  Salik,  Mir 

Əbdürrəhim  Qüdsi  Vənəndi,  Mirzə  Mehdi  Naxçıvani  kimi 

ustad  sənətkarlar  toplaşardılar.  Təbii  ki,  ədəbi  mühit 

olmadan  ədəbiyyatın  inkişafından  söhbət  gedə  bilməz. 

“Əncümənüş‐şüəra”  ədəbi  məclisinin  və  bu  məclisə  yığışan 

ustad  sənətkarların  da  Nadimin  yaradıcılığına  təsiri 

danılmazdır.  Yeri  gəlmişkən,  Nadimin  yaradıcılığında  Bakı 

və Qarabağ ədəbi mühitinin də təsiri duyulmaqdadır. Bu da 

onu  göstərir  ki,  XIX‐XX  əsrlərdə  Azərbaycanda  fəaliyyət 

göstərən ədəbi məclislərin bir‐biri ilə sıx əlaqələri olmuşdur.  

Mərhum  tədqiqatçı  alim  Nəsrəddin  Qarayev  “XIX  əsr 

Azərbaycan  ədəbi  məclisləri”  adlı  kitabında  yazır  ki: 

“ömrünün  son  illərində  Hacağa  Fəqirin  gözləri  tutulur.  Bu 

zaman  onun  dediyi  şeirləri  dostu  Sidqi  yazıb  toplayırdı. 

Məclis  üzvlərindən  Bikəs  və  Nadim  də  bu  işdə  ona  kömək 




 

12 


 

edirdilər.  Çox  güman  ki,  Fəqirin  əldə  olan  əsərlərini  də 

vaxtilə onlar toplamışlar”.

1

 



Hüseyn  Nadimin  qəzəllərindən  danışarkən,  şairin 

klassik  üslubda  yazılmış  aşiqanə‐lirik  qəzəlləri  ilə  yanaşı, 

dini‐ictimai  motivli  qəzəllərini  də  xüsusi  qeyd  etməliyik. 

Vətən və millətin taleyi, din və əqidə təəssübkeşliyi, insaf və 

ədalət axtarışları Nadim qəzəllərinin əsas leytmotivini təşkil 

edir: 


 

Yox bircə kəs xilas edə bu nardən bizi, 

İmdad edən yoxdı bu biçarə millətə. 

 

İslamdən kənar eləsün bu bəlaləri, 



Olsun müin zəmanədə dilparə millətə... 

 

... Mən Nadiməm, zəmanədə millət cünuniyəm, 



Ağlar gözüm həmişə bu biçarə millətə! 

 

Nadim Əhli‐Beyt (ə) aşiqi olduğundan dəfələrlə Kərbəla 



və  Məşhəd  ziyarətinə  getmiş,  İmamların  qəbrini  ziyarət 

etmişdi.  Lakin  o  həm  də  bir  Füzuli  aşiqi  idi.  Kərbəla 

ziyarətində  olarkən  dahi  Füzulinin  məqbərəsi  önündə 

yazdığı qəzəl buna bariz nümunədir:  

 

Füzuli, dur əyağə, qəmə giriftarəm, ağlaram, 



Dəstgirəm sənüntək ruzgardə, xarəm, ağlaram. 

 

 



 

                                                 

1

 Nəsrəddin Qarayev. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, Nurlan, 



2010 

  



 

13 


 

Qəbrün üstə baş əydim, qüssədən qanla dolub könlüm, 

Solub gülistandə güllərim, səntək zarəm, ağlaram. 

 

Cismi‐pakun xak olubdur türbəti‐Kərbübəladə, 



Lal oldı dilim, yox bir sözüm, əzadarəm, ağlaram. 

 

Eşq eyləyübdi dərbədər bimunisü yar Nadimi, 



Kəhrəba kimi soldı gül yüzüm, biyarəm, ağlaram. 

 

Qəzəlləri  ilə  yanaşı,  Nadimin  qəsidələri,  növhə  və 



sinəzənləri,  dini‐ictimai  məzmunlu  şeirləri,  satiraları  da 

mövcuddur.  Lakin  qeyd  edildiyi  kimi,  şairin  ədəbi  irsinin 

çox  hissəsi  itib‐batdığından  əldə  olan  şeirləri  içərisində 

növhə və sinəzənlər çoxluq təşkil edir. 

Hüseyn  Nadim  Naxçıvani  son  dərəcə  İslam  dininə 

bağlı,  imanlı,  etiqadlı  bir  şəxs  olmuşdur.  Oğlunun 

söylədikləri  də  bunu  təsdiq  edir:  “Atam  həddindən  artıq 

dindar  idi.  Kərbəla  müsibətlərini  nəzmə  çəkərdi”.  “Əfv  elə” 

adlı şeirində yazır: 

 

Şahid ol iqrarimə, mən ol Xəlilə millətəm, 



Ənbiya xətmi Rəsuli‐rəhnümayə ümmətəm, 

 

Şiəyəm, çünki Əmirəlmö`mininə rəyyətəm,



 

Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə! 



  

Cə`fəriməzhəb, Xuda, Qur`an kitabimdür mənim, 

Yox səadət min günah yazsa, əzabimdür mənim... 

 

                                                 



 Rəiyyətəm 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə