654
Sinəzəni‐mövsümi‐ərbəin
Gətdim
∗
hüzuruva əsir əyalun,
Oyan, ətşan baba, səlamün əleyk.
Gətür başın yerdən Abidi‐zarun,
Sənə qurban, baba, səlamün əleyk.
Bizə qismət olub imdi vüsalun,
Baba, nə növ`idür bəs yaralarun?
Yəravə göz yaşin bu bacılarun,
Edər dərman, baba, səlamün əleyk.
Təmamən itrəti‐Zəhranı gətdim,
Əsir olan ali‐Tahanı gətdim,
Xüsusən Zeynəbi‐nalanı gətdim,
Şəhi‐dövran baba, səlamün əleyk.
Sual etsən əgər lütf ilə halım,
Bəli, bir barədə çoxdur məlalım,
Bizi Şam içrə ol Yəzidi‐zalim,
Edüb giryan, baba, səlamün əleyk.
Gətirdim cümlə Əhli‐Beyti‐zarı,
Bəqeyr əz bir Səkinə dilfikarı,
Xərabə Şamdə qaldı məzarı,
Olub viran, baba, səlamün əleyk.
Gətirmişdün Əraqə izzət ilən,
Əsir oldı bu çöldə möhnət ilən,
∗
Gətirdim
655
Xərabə Şamdə bu zillət ilən,
Veribdür can, baba, səlamün əleyk.
Bizə Şam əhli çox eylüb şəmatət,
Səkinən can verincə çəkdi zillət,
Məzarı üstə qalmub bir tilavət
Edən Qur`an, baba, səlamün əleyk.
Bu əhli‐Kufə zülm eylər İmamə,
Bularun izzəti yetməz təmamə,
Bibim Zeynəb Kərbübəladən Şamə,
Edüb əfğan, baba, səlamün əleyk.
Səni zibh eyləyəndə Şimri‐kafər,
Bizi əsir edibdür ol bədəxtər,
Düşən gül cismi qumlar üstə bisər,
Qalan üryan, baba, səlamün əleyk.
Həram eylüb sənə bu qövm həyatı,
Bu qəmdə yandırublar kainatı,
Oyan, ey zülm ilən qüslü hənutı
Olan al qan, baba, səlamün əleyk.
Oyan, bir aç bu çeşmi‐xunfəşanı,
Dindirgilən bu zarü natəvanı,
Cəhanda zülm əlilə xanimanı
Olan viran, baba, səlamün əleyk.
Dağılan izzəti Kərbübəladə,
Batan al qanə dəşti‐Neynəvadə,
Başı Şamə kimi növki‐cidadə
Edən cövlan, baba, səlamün əleyk.
656
Bu qəmdə çünki Nadim oldı şeyda,
Edər bəzmi‐əza hər vəqtə bərpa,
Mənə səndən sora sitəmli dünya,
Olub zindan, baba, səlamün əleyk.
Ey Bəşir, gedüb əhli‐Yəsribə...
Ey Bəşir, gedüb əhli‐Yəsribə,
Söylə, bir ağır karvan gəlür.
Abidi‐bimar, Zeynəbü Külsum,
Cümləsi olub natəvan gəlür.
Dəstüvə gətür bir qəra ələm,
Get Mədinəyə, ey Bəşiri‐qəm,
Əhli‐Yəsribə, söylə dəmbədəm,
İtrəti‐Rəsul bağrıqan gəlür.
İzzətim gedüb əldən hər nə var,
Eyləyüb bizi xar ruzigar,
Ali‐Müstəfa zarü biqərar,
Olmuş hər biri növhəxan gəlür.
Oldı çün Bəşir Yəsribə rəvan,
Eyləyürdi bu virdi çün bəyan:
“Qutiləl‐Hüseyn”
∗
Şahi‐insü can,
Xahərani‐u bağrıqan gəlür.
Çün Bəşir edüb bu sözi bəyan,
Oldı Yəsribün əhli bağrıqan,
Eylədi sual hər gələn cəvan,
Əkbəri‐cəvan bəs haçan gəlür?
∗
Hüseyn (ə) qətlə yetirildi
657
Şəhrə çün yetən vəqtidə Bəşir,
Cəm` olub hamı növcəvanü pir,
Adbaad sorardıla birbəbir,
Qasimü Əkbər bəs haçan gəlür?
Söylədi, olun cümlə baxəbər,
Əhli‐Yəsribə zarü xuncigər,
Öldi Əbbas, Övn ilə Cə`fər,
Gülləri solan bağiban gəlür.
Kərbəladə ol ləşkəri‐ənid,
Şahi‐Yəsribi qoydular vəhid,
Etdilər Əli Əkbərün şəhid,
Leyla oldı bixaniman gəlür.
Əsğərün oxa etdilər nişan,
Ağladı o vəqt Şahi‐insü can,
Qan həna yaxub Qasimi‐cəvan,
Madəri olub bağrıqan gəlür.
Eylədi tüğyan ləşkəri‐Nəsnas,
Qarətə gedüb xeyməvü əsas,
Qollarun fəda eylədi Əbbas,
Xahəri olub növhəxan gəlür.
Nadim, ağla Şahi‐Mədinəyə,
Vırdılar başın növki‐nizəyə,
Etdilər rəvan Şamü Kufəyə,
Qəlbimə bu qəm çox giran gəlür.
658
İzahlı lüğət
A
Ab – su. Klassik növhə ədəbiyyatında Kərbəla faciəsinin əsas
atributlarından biri.
Abdar – sulu, təravətli
Abi‐həyat – əbədi həyat suyu. Xızr (ə) peyğəmbərin tapıb içdiyi su.
Abi‐Fərat – Fərat çayının suyu. Kərbəla faciəsi bu çayın sahillərində baş
vermişdi.
Abidi‐bimar – xəstə Abid. Dördüncü İmam Zeynəlabidinə (ə) işarədir.
Kərbəla faciəsi baş verən zaman ağır xəstə olduğuna görə qətlə
yetirilməmiş və əsir götürülmüşdü.
Adəm (ə) – ilk insan və ilk peyğəmbər
Afaq –üfüqlər
Aftab – günəş
Ahi‐pürsuz – çox yanıqlı ah
Ahü va – ah‐vay, şivən
Ahu – ceyran
Aqqi‐Şafiyi‐məhşər – Axirət günü müsəlmanlara şəfaət verəcək olan
Məhəmməd Peyğəmbər (s) və Onun Əhli‐Beytinə (ə) ağ olmaq, onlara
qarşı çıxmaq
Ali‐Əba – Məhəmməd Peyğəmbərin (s) Əhli‐Beyti (ə) – Məhəmməd
Peyğəmbər, qızı Fatimə (s.ə), kürəkəni və əmisi oğlu Əli (ə), nəvələri
Həsən (ə) və Hüseyn (ə)
Ali‐Əli – Həzrət Əlinin (ə) ailəsi, Əhli‐Beyti (ə)
Ali‐Heydər – Həzrət Əlinin (ə) ailəsi
Ali‐Peyğəmbər – Peyğəmbərin (s) ailəsi
Ali‐Süfyan – Əbu Süfyanın nəsli. Əbu Süfyan ibn Hərb Bəni Üməyyə
qəbiləsinin başçısı, İslamın və Peyğəmbərimizin qatı düşmənlərindən
biri, Müaviyənin atası, Yəzidin babası idi.
Ali‐Taha – “Taha” Qurani‐Kərimin 20‐ci surəsidir. Təfsirçilərin ümumi
rəyincə Məhəmməd Peyğəmbərin (s) şəninə nazil olub. Ali‐Taha – yəni
Peyğəmbərin ailəsi
Ali‐Türab – Türabın ailəsi. Əbu Türab torpaq atası deməkdir. Peyğəmbər
(s) tərəfindən Həzrət Əli (ə)‐a verilən ləqəbdir.
Ali‐Yasin – Yasin Qurani‐Kərimin 36‐cı surəsidir. Yasin – ya Seyyidəl‐
mürsəlin (ey peyğəmbərlərin ağası) deməkdir, yəni Həzrət Məhəmməd
Dostları ilə paylaş: |