Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə40/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   36   37   38   39   40   41   42   43   ...   144

 

194 


 

Yaralı 

 

Yaralı cismi‐şərifi qalan üryan, yaralı, 



Etmisən şiələrün çaki‐giriban, yaralı. 

 

Qərq olan çahi‐bəla içrə vətənsiz bədəni, 



Olmayan üç günədək gül bədənün dəfn edəni, 

Kərbəla türbəti kafur, pəs al qan kəfəni, 

Cismi‐məcruhi olan xak ilə yeksan yaralı. 

 

Kur olaydı gözüm ey kaş, şəhi‐təşnəcigər, 



Halun heyrətdə qoyub halımı eylübdi digər, 

Əbd mövlasın o növ`i görə, asandı məgər? 

Yaralı canuva canım ola qurban, yaralı. 

 

Gördi Zəhra səni o növ`i, necə səbr elədi, 



Əşkini qətreyi‐neysan, gözini əbr elədi, 

Başuvı aldı dizi üstə, gözüvi sürmələdi, 

Nə`şivün üstə olub zülfi pərişan, yaralı. 

 

Kufəyan qətlə yetirdi çox həqarətlə səni, 



Qurı toprağə yüzi üstə salub gül bədəni, 

Arxadan kəsdi cəfa ilə başun Şimri‐dəni, 

Oldı sərsiz bədənün zinəti‐meydan, yaralı. 

 

Başuvı vurdı Sinan navəkü şeşpər başına, 



Səpdi xakistər ədu xüldidə Heydər başına, 

Səni sədparə görüb vurdı Peyəmbər başına, 

Bavər oldıq ona biz eylərux əfğan, yaralı. 

 

 



 


 

195 


 

Tökərəm göz yaşını ruyimə hər şamü səhər, 

Haluvı yad edərəm padşəhi‐təşnəcigər, 

Qəbrdə munis ola bəlkə mənə əşki‐bəsər, 

Nadimi söylər həmişə şəhi‐ətşan, yaralı. 

 

  Bu nə müsibətdi, cəhan ağlayur 

 

Bu nə müsibətdi, cəhan ağlayur, 



Şahü gəda, pirü cəvan ağlayur. 

 

Şiə olan qarə geyüb sinəçak, 



Başə səpər əhli‐cəhan gah xak, 

Sinə giriban, özin eylər həlak, 

Xəlqi‐cəhan, mərdü zənan ağlayur. 

 

Əmr eləyüb Xaliqi‐ərşi‐bərin, 



Çün oluban qarənişin hurül‐eyn, 

Bais odur təşnə ölübdur Hüseyn, 

Huriyü qılmani‐cinan ağlayur. 

 

Nur ilə məmlüv olub Kərbəla, 



Cümlə mələklər hamı eylür səda, 

Başı açux cümleyi‐şahü gəda, 

Dutmuş əza xasü əvam ağlayur. 

 

Bu qəmə ağlalla məlaik hər il, 



Qarə geyibdür bu zəman Cəbrəil, 

 

Nuhi‐nəbi, Adəmü İsa, Xəlil, 



Cümləsi bu möhnətə qan ağlayur. 

 



 

196 


 

Qıldı nüzul ol çölə cəm` ənbiya, 

Hər biri bir növ` ilə eylür səda, 

Olmuş əzadar Rəsuli‐Xuda, 

Əşrəfi‐məxluqi‐zəman ağlayur. 

 

Əfrad 

 

Bu günki gündə əzadar olub Rəsuli‐Xuda, 



Bu gün o çöldə qılub tə`ziyəsəra bərpa. 

 

Yanında hazır olub cəm`i‐ənbiyayi‐cəlil, 



Başında taci‐təqərrüb gəlübdi Cəbrəil. 

 

Bu gündə Kərbübəlayə gəlüblə şivənşeyn, 



Budur ki bais, ölüb təşnələb İmam Hüseyn. 

 

Nə bivəfayimiş, Allah, bu əhli‐Kufəvü Şam, 



Şəhid edüblə Hüseyni bu gün bəzülmi‐təmam. 

 

Baqiyi‐növhə 

 

Şahi‐Nəcəf əldə çün əmmaməsi, 



Salmış o səhrayə oğul vay səsi, 

Ağlar, oğul vay deyüb ol bikəsi, 

Nasiri‐din, gənci‐iman ağlayur. 

 

Əfrad 

 

Bu gündə Kərbübəlayə gəlüb Vəliyullah, 



Hüseyn, Hüseyn deyüb eylür fəğanü naləvü ah. 

 



 

197 


 

Yetəndə Kərbübəlayə o Padşahi‐Nəcəf, 

Təmam huriyü qılman durub səfəndərsəf. 

 

Biri Hüseyninə ağlar, birisi Əkbərini, 



Birisi dəstinə almış Əliyyü Əsğərini. 

 

Gəlüb fəğan ilə çün padşahi‐fəthi‐Hüneyn, 



Deyərdi, Kərbübəla dəştinün qəribi Hüseyn. 

 

Səni kim eylədi bu qanə laləzar, oğul, 



Müsibətində məni etdi biqərar, oğul.  

 

O vəqtə cümlə mələklər edərdi nalə, fəğan, 



Hüseyn qəmində təmamən edəllə əşk rəvan. 

 

Baqiyi‐növhə 

 

Fatimə hər vəqtə edər ahü zar, 



Möhnəti‐üzmayə olubdur düçar, 

Qətli‐Hüseyn çünki qılub biqərar, 

Qəmdən olub qəddi kəman ağlayur. 

 

    Əfrad 

 

Gəlübdi naləkünan Fatimə edər əfğan, 



Deyər, bu haluva olsun, oğul, anan qurban. 

 

Nə haldur bu, nə möhnət, bu nə əlamətdür, 



Bu gün bu haluvı görmək mənə qiyamətdür. 

 

 



 


 

198 


 

Deyər, oğul, səni kim qanə laləzar eləyüb? 

Yıxubdı xaneyi‐imanı tarümar eləyüb. 

 

Həmişə mən bu müsibətdə ağlaram, ya Rəb, 



Əsir şəhrbəşəhr gəzər qızım Zeynəb. 

 

Baqiyi‐növhə 

 

Çünki qiyamət o gün oldı əyan, 



Zeynəbi‐nalan edər ahü fəğan, 

 

Nalə edər Abidi‐bixaniman, 



Qüssəsi çün olmuş əyan ağlayur. 

 

Hökm eləyüb Şimri‐ləini‐qürur, 



Zülmini çün qıldı o çöldə zühur, 

Nazlı Səkinə edər əfğanü şur, 

Düxtəri‐sultani‐cəhan ağlayur. 

 

Kərbübəladə necə tufan olub, 



Zülm ilə çün yetmiş iki qan olub, 

Şahi‐Hicaz qan ilə yeksan olub, 

Zeynəb edər əşk rəvan ağlayur. 

 

Əfrad 

 

Əman o gün ki, çün oldı əsir Zeynəbi‐zar, 



Hüseyn, Hüseyn deyübən eyləyirdi naləvü zar. 

 

Baxardı nə`şi‐Hüseynə, çəkərdi dildən ah, 



Yetişdi naləkünan bir çuxur yerə nagah. 


 

199 


 

Səlam edüb o qəribü şəhidi‐biyarə, 

Görüb o dəmdə cəvab olmadı o biçarə. 

 

Dedi: məlul məni qılma, dur, səlamımı al, 



Fəraq vəqtidi, qardaş, qoluvı boynuma sal. 

 

Təmamiyi‐növhə 

 

Nazlı Səkinə çün olub zöhrəçak, 



Nalə qılar, cismini eylər həlak, 

Gördi Hüseyn çün olub aludəxak, 

Sölüb, oyan, şahım, əman ağlayur. 

 

Leyla əzadar oluban Əkbərə, 



Möhnəti tə`sir qılub göglərə, 

Ağlar Əli Əkbəri‐qəmpərvərə, 

Bais odur, ins ilə can ağlayur. 

 

Tazə ərus imdi olub növhəxan, 



Əşk töküb ruyinə eylür fəğan, 

Növhə edər şur ilə ol natəvan, 

Qasimi‐naşadə nihan ağlayur. 

 

Nadimi‐biçarə olub növhəxan, 



Çün bu müsibətdə olub bağrıqan, 

Ağlayun, ey şieyi‐mərdü zənan, 

Xəlqün olub karı fəğan, ağlayur. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə