Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə38/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   34   35   36   37   38   39   40   41   ...   144

 

184 


 

Bu nə hikmətdür ədu doymub cəfadən, ya Hüseyn, 

Şimri‐dun axır kəsüb hülqün qəfadən, ya Hüseyn, 

Şövq ilən keçdün təmamən əqrəbadən, ya Hüseyn, 

Başuvı zibh eyləyüb Şimrü Sinan ağlar sənə. 

 

Yazmaram zikri‐mühən, eşqə giriftar olmasam, 



Gəlmərəm əsla bəyanə, qəlbi xunbar olmasam, 

Bu gələn il qəbrüvə müşkildi zəvvar olmasam, 

Qəbrdə Nadim yəqin eylər nihan ağlar sənə. 

 

  Mahi‐mühərrəmdür, müsibət görsənür 

  

Şiələr, mahi‐mühərrəmdür, müsibət görsənür, 



Kərbəladə ruzi‐məhşərdən əlamət görsənür. 

 

Bu mühərrəmdə olubdur növhəxan əhli‐cəhan, 



Bağladı babi‐Əlini zülm əlilə kufəyan, 

Qan ilə əlvan olub bu ayda sultani‐zəman, 

Kərbəla dəştində övzai‐qiyamət görsənür. 

 

Qəlbimə doldı genə bu ayda min ənduhü qəm, 



Bu mühərrəm zahir oldı əşqiyadən hər sitəm, 

Göz yaşım, çeşmim, üzarə cari eylə dəmbədəm, 

Neynəva dəştində çün fəsli‐şəhadət görsənür.  

 

Bu mühərrəmdə dolubdur qan ilə Kərbübəla, 



Bu mühərrəmdə batub yasə təmam ərzü səma, 

Bu mühərrəmdə hamı şahü gəda geymiş qəra, 

Qarəpuş olmaqda aləm vəqti‐möhnət görsənür. 

 

 



 


 

185 


 

Aç bəsirətlə gözün, bax Kərbəla meydaninə, 

Ol zəmini‐pakdə batmış Hüseyn öz qaninə, 

Vermədilər su o şahın Əsğəri‐ətşaninə, 

Tifli‐ətşan Əsğərün hülqində zərbət görsənür. 

 

Ol qəribi‐Kərbəlayə olmadı bir dadxah, 



Doğranubdur Əkbərü Əbbas, yoxdur bir pənah, 

Kərbəladə Şahi‐din qaldı vəhidü bisipah, 

İtrəti‐əthar üçün vəqti‐zəlalət görsənür. 

 

Yıxdılar ə`da bu ayda xaneyi‐Peyğəmbəri, 



Zülm ilə öldürdülər Əbbasü Övnü Cə`fəri, 

Münqizi‐bidin şəhid eylüb Əliyyü Əkbəri, 

Zülfi‐mişkini edüb qan ilə ülfət görsənür. 

 

Hansı şahə bu müsibətlər rəvadur, şiələr? 



Ya ki, bu zülmə  görək Xaliq rizadur, şiələr? 

Bu müsibətdə Əli sahibəzadur, şiələr, 

Ağlayar dutmuş əlində qanlı xəl`ət görsənür. 

 

Nadima, hər bəzmdə ağla Hüseynə, dut əza, 



Göz yaşun cari edüb rüxsaruva, eylə nəva, 

Ruzi‐məhşərdə Xuda versün sənə əcri‐cəza, 

Ağla bu sərdarə çün əcrün şəfaət görsənür. 

 

 



 


 

186 


 

Bu gün Kərbübəla viran olubdur 

 

“Bu gün Kərbübəla viran olubdur,



 

Hüseyn öz qanına qəltan olubdur”. 



 

Bu gün Şiri‐Xuda gəldi nəvayə, 

Bu gün çün qəm yetübdür Müctəbayə, 

Bu gün Qur`an dağıldı ayə‐ayə, 

Bu gün ərşi‐Xuda əyan olubdur. 

 

Bu gün ləşkər hamı birdən düzüldi, 



Bu gün gülzari‐Peyğəmbər pozuldı, 

Bu gün damad əli əldən üzüldi, 

Bu gün toy hicləsi viran olubdur. 

 

Bu gün nalə edüb ağlar ərusi, 



Bu gün qərasını bağlar ərusi, 

Bu gün sinəsini dağlar ərusi, 

Bu gün Qasim hənası qan olubdur. 

 

Bu gün Kərbübəlayə gəlmiş ixlas, 



Bu gün bir toy dutuldı Qasimə yas, 

Bu gün qolsuz düşüb bir yanda Əbbas, 

Adı səqqa, özi ətşan olubdur. 

 

Bu gün nalə yetüb ərşi‐bərinə, 



Bu gün təşnə ölüb Şahi‐Mədinə, 

                                                 

 Bu beytə bir çox növhə şairləri müraciət etmişlər. Zənnimizcə, laədridir, 



yəni müəllifi məlum deyil. Ustad Şəhriyar bu beyti təzmin etmişdir. XIX 

əsrdə  Gəncədə yaşayıb-yaratmış  Məşədi Hidayət Xaki də bu beytlə 

başlayan bir növhə yazmışdır. 



 

187 


 

Bu gün min dərd gəlüb Zeynəb həzinə 

Bu gün ol xeyməsi lərzan olubdur. 

 

Bu gün lə`nət edün Şimri‐ləinə, 



Bu gün çıxdı Hüseynün sinəsinə, 

Bu gün qaldı yetim nazlı Səkinə, 

Bu gün çöllərdə sərgərdan olubdur.

 



 

  Yetişüb Ali‐Əba qafiləsi Kərbübəlayə 

 

Yetişüb Ali‐Əba qafiləsi Kərbübəlayə, 



Şahi‐din oldı müsəlləm qəmü ənduhü bəlayə. 

 

Saralub gül yüzi, təğyir tapubdur rüxi‐ali, 



Qəlbi‐məhzuni dönüb qanə, digərgun olub hali, 

Qübaraludə olub türbət ilən mahi‐cəmali, 

Görünüb cilveyi‐eşq dideyi‐Şahi‐şühədayə. 

 

Dutub əshabinə yüz sölədi, eyş axirə yetdi, 



Şayidür əmri‐qəza çəkdi məni bu yerə gətdi,

∗∗

 



Zeynəbi‐zarə deyün, tazə müsibətləri yetdi, 

Batacaq yasə bu çöldə, gələcək şurü nəvayə. 

 

Buyurub həzrəti‐Əbbasə vəfadari‐müəddəb, 



Bir çuxur yerdə, əxa, xeymələri eylə mürəttəb, 

Başımı zibh eləyən vəqtə ədu, görməyə Zeynəb, 

Ahının şö`ləsi lərzə salacaq ərzü səmayə. 

                                                 

 Növhə natamamdır 



∗∗

 Gətirdi 

 

 



 

188 


 

 

Bu biyabanda mənim dövrəmi düşmənlər alallar, 



Yarü ənsarımı qan üstünə sədparə salallar, 

Xeymələrdə şühəda qızları ləbtəşnə qalallar, 

Zülm ilə tazə cəvanlar boyanar xuni‐cəfayə. 

 

Kərbəla Şahınun ə`dalər alar cahü cəlalun, 



Qan müzəyyən eləyər Qasimimün mah cəmalun, 

İtirər madəri çün Əkbərinün Haşimi xalun, 

Cövr ilə Ali‐Peyəmbər batacaq cümlə qərayə. 

 

Sə`dün oğlı bu Minadə mənə cövrü sitəm eylər, 



Altı qardaş ölümi qaməti‐rə`namı xəm eylər, 

Bu uzun qollaruvı ləşkəri‐kinə qələm eylər, 

Başımı Şimri‐dəğa nəsb eləyər növki‐cidayə. 

 

Həncərim nəhr olacaq Şimri‐cəfagüstər əlində, 



Xeymələr qarət olar zalimi‐qarətgər əlində, 

Rə`si‐pakım gəzəcək Xuliyi‐bədəxtər əlində, 

Mütəhəmmil ola eşq əhli gərək əmri‐qəzayə. 

 

                                     Bu gün 

 

Bu gün ol ləşkəri‐əşrar Hüseyni, 



Edüblər qan ilə gülnar Hüseyni. 

 

Bu gün zülmət olub nurə müqabil, 



Olub kami‐dili‐ə`dalər hasil, 

Bu gün əgləşməyün, ey şiə, qafil, 

Gərək olsun gözi xunbar Hüseyni. 

 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə