Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə135/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   131   132   133   134   135   136   137   138   ...   144

 

677 


 

Kəlbi‐əqur, kəlbi‐səqər – alçaq it 

Kəlbi‐kəmtərin – ən əskik it 

Kəlisa – kilsə 

Kəman – yay 

Kəmin – pusqu; aciz, həqir 

Kəmsipah – az sayda qoşun 

Kərbü bəla – qəm və bəla, müsibət 

Kəsrəti‐qəm – qəmin çoxluğu  

Kəşidə – çəkilmiş, düzülmüş 

Kəşti – gəmi 

Kətf – çiyin 

Kibr – təkəbbür 

Kinə – kin‐küdurət 

Kişvər – ölkə 

Kövkəb – ulduz 

Kufə  –  İraqda  şəhər.  Bağdadın  170  km  şimalında,  Nəcəfin  10  km  şimal‐

şərqində, Fərat çayının kənarında yerləşir.  

Kufəyan – kufəlilər 

Kufi – kufəli 

Kuh – dağ 

Küffar – kafirlər 

Külsum  –  Ümm  Külsum.  Zeynəbi‐süğra  da  (kiçik  Zeynəb)  deyirlər. 

Həzrət  Əli  (ə)‐ın  və  Həzrət  Fatimə  (s.ə)‐nın  qızı,  İmam  Hüseyn  (ə)  və 

Həzrət Zeynəbin bacısıdır 

Kürki‐Buxara – Buxara kürkü 

 

 

Qabil – ilk insan və ilk peyğəmbər olan Adəm (ə)‐ın oğlanlarından biri.  



Qadirü Qəhhar – sonsuz qüdrət sahibi olan Allah (c.c) 

Qadisiyyə – Kufə yaxınlığında qəsəbə 

Qafilə – karvan 

Qaib – gözdən uzaq olan 

Qaili‐Qur`an – Qurana inanan  

Qaim – bur. mövcud olma 




 

678 


 

Qalu  bəla  –  Allah‐təala  ruhları  yaratdıqdan  sonra:  “Mən  sizin  Rəbbiniz 

deyiləmmi?”  (Ələstu  birabbikum)  –  soruşmuş,  onlar  da:  “Bəli, 

Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Əraf, 172) 

Qarəpuş – qara geymək 

Qarun  –  Musa  peyğəmbər  (ə)  zamanında  yaşamış  çox  dövlətli  bir  şəxs 

olmuşdur.  Musa  (ə)‐ın  duasından  sonra  var‐dövləti  ilə  birlikdə  yerə 

batmışdır.  

Qasim – İmam Həsən (ə)‐ın oğlu. Aşura günü qəhrəmancasına vuruşmuş 

və şəhid olmuşdur.  

Qeydi‐tənab – kəndirə bağlı, əsir 

Qəbih – çirkin 

Qəbzeyi‐şəmşir – qılıncın dəstəsi 

Qədi‐rə`na – gözəl qədd‐qamət 

Qəfa – baş 

Qəffar – günahları bağışlayan Allah‐təala (c.c) 

Qəhr – qəzəb 

Qəhri‐əzim – böyük qəzəb 

Qələm – bur. kəsilmiş 

Qələt – səhv 

Qəltidə – bulaşmış 

Qəmçi – qamçı 

Qəmər – ay 

Qəmxar – qəm zamanı təsəlli verən 

Qəmkeşidə – qəm çəkən 

Qəmküsar – qəm zamanı təsəlli verən 

Qəmzədə – kədərli, qəmli 

Qənbər – Həzrət Əli (ə)‐ın sadiq, vəfalı xidmətçisi  

Qəndab – şərbət  

Qəribi‐Kərbəla – İmam Hüseyn (ə)‐a işarədir 

Qərq bəxun – qana qərq olmuş 

Qərqi‐ahən – bur. dəmirə bürünmək 

Qəsəm – and 

Qəsri‐cinan – cənnət qəsri 

Qəssal – mürdəşir, ölüyuyan 

Qəşş – ürəyi getmə 

Qət` – kəsmə, biçmə  

Qətlgah – adam öldürülən yer 




 

679 


 

Qəvi – qüvvətli 

Qəyur – qeyrətli 

Qəyy – qusma, qaytarma 

Qəza – tale 

Qəzavü qədər – alın yazısı 

Qəzənfər – aslan, şir. Həzrət Əbbasın ləqəblərindən biri 

Qiladə – boyunbağı, həmayil 

Qilaf – qın, silah qabı 

Qissə – hekayə 

Qit`əbəqit`ə – parça‐parça 

Qövmi‐dun – alçaq insanlar 

Qövmi‐Lut – Qurani‐Kərimdə adı çəkilən peyğəmbərlərdən biri olan Lut 

(ə)  peyğəmbərin  qövmü.  Bu  qövm  öz  peyğəmbərinin  sözünə  qulaq 

asmayaraq yollarını azmış və məhv olmuşdular. 

Qövmi‐naşinas – tanımayanlar, bilməyənlər 

Qövmi‐şərir – şər əhli, yaramaz insanlar 

Qövmi‐yəhud – yəhudilər 

Qövmi‐zülam – zalım tayfa 

Qövsü quzeh – göy qurşağı 

Qövr – yaranın yenidən baş açması 

Qumri – qumru quşu 

Qutəvər – suya batıb‐çıxan, qərq olan 

Qübar – toz; qəm, kədər 

Qübaralud – toz basmış 

Qübur – qəbr, qəbrlər 

Qülqülə – gurultu, hay‐küy, səs‐küy 

Qürfəvü bam – eyvan, çardaq, dam 

Qürub – günəşin batması; yox olma 

Qüsl – cənazənin xüsusi qaydalarla yuyulması 



 

 

Laməhalə – şübhəsiz 



Laməkan – məkanı olmayan 

Laməzhəb – dini‐imanı olmayan 

Leyli‐vəhşət – təklik, yalnızlıq gecəsi. İnsanın vəfatının birinci gecəsi. 

Leylü ruz – gecə‐gündüz 




 

680 


 

Leylü nəhar – gecə və gündüz 

Leyla, Ümmi Leyla – Əbu Mürrə Səqəfinin qızı, Həzrət İmam Hüseyn (ə)‐

ın zövcəsi, Əli Əkbərin anası 

Ləb – dodaq 

Ləbaləb – ağzınacan dolu 

Ləbbeyk – bəli, hazıram, gəldim 

Ləbriz – dop‐dolu 

Ləhzə – an 

Ləxtəbələxtə – laxta‐laxta 

Ləin – lənətə gəlmiş 

Lə`li‐Bədəxşan  –  Bədəxşan  ləli.  Bədəxşan  ləl‐cəvahiratı  ilə  məşhur  olan 

yerin adıdır.  

Ləng – bur. dayanma, durma 

Ləngər – lövbər 

Lə`ni‐İlahi – Allahın lənəti 

Ləşkəri‐bihəya – həyasız qoşun. Yəzidin qoşununa işarədir. 

Licam – yüyən  

Liva – bayraq 

Lö`lö`yi‐həmra – qırmızı dürr 

Lüccə – dənizin dibi 

 

 

Madər – ana  



Mah, məh – ay 

Mahi‐Mədinə – Mədinənin ayı. Cənab Əli Əkbərə işarədir 

Mahi‐Bəni  Haşim  –  (Qəməri‐Bəni  Haşim)  Bəni  Haşim  qəbiləsinin  ayı. 

Həzrət Əbbas nəzərdə tutulur 

Mahi‐münir – nurlu, işıqlı ay 

Mahir – bur. mehr bağlamaq, bağlanmaq 

Mahliqa – ay üzlü 

Mahmənzər – aya bənzər, aya oxşar 

Mahtəl`ət – ayüzlü, camallı 

Mail – meyl edən 

Malü mənal – mal, dövlət 

Mar – ilan 




 

681 


 

Maridi‐bidin  –  dinsiz  Marid.  Həzrət  Əbbas  tərəfindən  öldürülmüş 

sərkərdə 

Masiva – Allahdan başqa hər şey, maddi aləm 

Matəmsəra – yasxana 

Mehman – qonaq 

Mehr – günəş, gün; məhəbbət, sevgi 

Mehrab  –  məscidlərdə  qiblə  cəhətdəki  divarda  qayrılmış  və  pişnamazın 

önündə durub namaz qıldığı oyuq 

Me`rac – Məhəmməd (s) Peyğəmbərin Allahın dərgahına çıxması   

Meymənə – ordunun sağ qolu, sağ cinah 

Meysərə –ordunun sol qolu, sol cinah 

Mə`bud – ibadət olunan, Allah‐təala 

Mə`cər – üz örtüsü 

Məcmu` – ümumi 

Məcruh – yaralı  

Məddi‐nəzər – nəzərə alınmış, göz işlədikcə görünən yer 

Mədfən – məzar, qəbir 

Mədinə  –  şəhər;  Hicazda  (Səudiyyə  Ərəbistanı)  Məhəmməd 

Peyğəmbərin (s) mübarək türbəsi yerləşən şəhər. İslamiyyətdən əvvəl adı 

Yəsrib idi. 

Mədədkar – köməkçi, yardıma gələn 

Məğzi‐üstüxan – sümüyün iliyi 

Məğmum – qəmli, qüssəli  

Məhal – çətin, qeyri‐mümkün 

Məhparə, mahparə – ay parçası, gözəl 

Məhzun – hüznlü  

Məhbub – sevimli dost 

Məhmudi‐Həqq – Məhəmməd Peyğəmbərə (s) işarədir  

Məhərrəm  –  qəməri  təqvimin  birinci  ayı.  Kərbəla  faciəsinin  baş  verdiyi 

ay.  

Məhməl – kəcavənin bir növü 



Məhməli‐zərnigar – zərli kəcavə 

Məhasin – bığ‐saqqal 

Məhcəbin – alnı ay kimi parlaq, gözəl 

Məhmiz – mahmız 

Məhşər – axirət günü 

Məhtab – aydınlıq gecə 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə