Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə136/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   132   133   134   135   136   137   138   139   ...   144

 

682 


 

Məhzər –  hüzur 

Məxfi – gizli  

Məxrəc – xaric olma, çıxma 

Məlaik – mələklər 

Məlaikani‐müqərrəb – Allaha ən yaxın olan mələklər 

Məlamət – məzəmmət, qınama 

Mələkül‐mövt – ölüm mələyi, Əzrail (ə)‐a işarədir 

Məlul – kədərli, qüssəli 

Məl`un – lənətə gəlmiş 

Mə`mən – qorxusuz, təhlükəsiz 

Məmlüv(v) – dolu  

Mə`mun – Abbasi xəlifəsi 

Məmzuc – qarışıq, qarışmış 

Mənnan – mərhəmətli, səxavətli olan Allah‐təala (c.c) 

Məkkə – Hicazda (Səudiyyə Ərəbistanı) Kəbə evinin yerləşdiyi və Həzrət 

Məhəmməd (s)‐in doğulub boya‐başa çatdığı müqəddəs şəhərin adı 

Məkr – hiylə 

Məqal – söz, söyləmə 

Məqhur – tabe edilmiş 

Mərd – kişi 

Mərizi‐bimədədkar – köməksiz xəstə 

Mərizi‐təbdar – qızdırmalı xəstə 

Mərkəb – minik heyvanı  

Mərvan  –  Mərvan  ibn  Hikəm  Əhli‐Beytin  (ə)  qatı  düşmənlərindən  və 

Bəni Üməyyənin məsləhət verənlərindən idi. 

Məryəm – İsa (ə)‐ın anası 

Mərtəbə – dəfə  

Mərqəd – yataq; məzar, qəbir 

Məsa – axşam 

Məsəli‐hübab – qabarcıq kimi, köpük kimi 

Məscidül‐Əqsa  –  Beytül‐Müqəddəsdə  müsəlmanların  ilk  qibləsi  olmuş 

məscid.  Əsası  Davud  (ə)  tərəfindən  qoyulmuş,  Süleyman  (ə)  tərəfindən 

tamamlanmışdır. 

Məsmum – zəhərlənmiş 

Mə`sum – günahsız 

Mə`sumə – İmam Musa ibn Cəfər (ə)‐ın qızı, İmam Rza (ə)‐ın bacısı 

Məsrur – şad, şən 




 

683 


 

Məşk – tuluq 

Məşriqeyn – şərq və qərb 

Mətbəxsəra – mətbəx 

Mətləbi‐talib – istəyənin məqsədi 

Mətləbi‐xəfa – gizli məqsəd 

Məzhəb – yol, məslək, din 

Məzid – artma, çoxalma 

Mə`zur – üzürlü 

Miğfər – dəbilqə; qalxan 

Mina  –  Məkkənin  şərqində  dağlıq  bir  yerdir.  Ərəfat  yolunun  üstündə 

yerləşən bu yerdə hacılar qurban kəsirlər. 

Minacat – Allaha xitabən yazılmış klassik şeir forması 

Mişkbar – müşksaçan, ətirsaçan 

Miri‐hüda – hidayət rəhbəri 

Mizan – tərəzi  

Möhnəti‐üzma – böyük əzab‐əziyyət 

Mövc – dalğa 

Mövla – ağa 

Muxtar – azad, müstəqil 

Murü mələx – qarışqa və milçək 

Musayi‐kəlim  –  Üluləzm  peyğəmbərlərdən  biri.  Tövrat  ona  nazil 

olmuşdur.  Tur  dağına  çıxıb  Allah‐təala  ilə  heç  bir  vasitəçi  olmadan 

danışdığına  görə ona Kəlimullah (Allahla danışan) deyirlər.    

Museyi‐Cəfər – yeddinci İmam Musa ibn Cəfər (ə) (İmam Museyi‐Kazım) 

Harun  ər‐Rəşid  tərəfindən  zəhər  içirilərək  öldürülmüşdür.  Qəbri  İraqın 

Kazımeyn şəhərindədir. 

Muy – tük, saç 

Müaf – əfv, bağışlama 

Müamilə – rəftar, hərəkət 

Müaviyə  –  Müaviyə  ibn  Əbu  Süfyan.  Əməvilərin  birinci  xəlifəsi.  Əhli‐

Beytin (ə) qatı düşmənlərindən biri. Yəzidin atası. 

Mübah – izin verilmiş 

Mübəddəl – dəyişdirilmiş, əvəz edilmiş 

Mücavir – ziyarət edən 

Mücəssəm – xəyalən cism halına girmiş, canlanmış bir şey 

Müctəba – seçilmiş, bəyənilmiş. İmam Həsən (ə)‐ın ləqəblərindən biri 

Müdam – həmişə, davamlı olaraq 




 

684 


 

Mühən – möhnətlər, dərdlər 

Mühəqqər –təhqir olunmuş, alçaldılmış 

Mühəyya – hazır 

Mühibb – sevən; dost 

Müəddəb – ədəbli, nəzakətli 

Müəssir – təsir edən 

Müəttər – ətirli 

Müəzzəm – əzəmətli 

Müəzzin – azan verən 

Müin – köməkçi, yardım edən 

Mükatibani‐qəza – insan taleyini yazan katiblər (mələklər) 

Mükəddər – kədərli, qəmli 

Mükərrər – təkrar  

Müqabil – qarşı, üzbəüz 

Müqəddəm – bur. rəhbər 

Mülhəq – qatılmış, əlavə edilmiş 

Mültəfit – iltifat edən 

Mültəci – pənah aparma 

Münafiq – ikiüzlü, riyakar 

Münəvvər – işıqlı, nurlu 

Münkir – inkar edən 

Münqizi‐bidin  –  dinsiz  Münqiz.  Mürrə  ibn  Münqiz  Əbdi,  Əli  Əkbərin 

qatili  


Münşəqq – parçalanma  

Müntəzir – gözləyən, intizar çəkən 

Mürəttəb – tərtib olunmuş 

Mürğ – quş 

Mürğvəş – quş kimi 

Mürüvvət – bur. mərhəmət, şəfqət 

Mürtəza – seçilmiş, bəyənilmiş. Həzrət Əli (ə)‐ın ləqəblərindən biri 

Müsafir – səfərə çıxmış 

Müsafirət – səfərə çıxmaq 

Müshəf – Qurani‐Kərim 

Müsəlləm – təslim edilmiş 

Müslim – müsəlman 

Müslim  –  Müslim  ibn  Əqil  İmam  Hüseyn  (ə)‐ın  əmisi  oğlu  idi.  İmam 

Hüseyn (ə)‐ın Kufəyə göndərilmiş xüsusi nümayəndəsi idi. 




 

685 


 

Müstəfa  –  seçilmiş,  bəyənilmiş;  Məhəmməd  Peyğəmbərin  (s) 

ləqəblərindən biri  

Müşəxxəs – müəyyən 

Müşkilgüşa – çətinlikləri həll edən 

Müştaq – arzulayan, can atan 

Mütəhəmmil – dözən, qatlaşan 

Müttəsil – ara vermədən 

Müttəli – xəbərdar 

Mütəlla – zərli, qızıl suyuna çəkilmiş 

Mütərra – təravətli 

Müzəyyən – bəzəkli 

Müzməhill – alt‐üst olmuş, məhv olmuş 

Müztər – məcbur, naçar, iztirablı, sıxıntılı 

 

 

Nabəkar – yaramaz 



Naçar – əlacsız 

Nadim – peşiman 

Naibi‐Şahi‐Lafəta  –  Həzrət  Əli  (ə)‐ın  canişini.  Məhəmməd  Peyğəmbərin 

(s)  belə bir kəlamı var: “La fəta illa Əli, la seyfə illa Zülfiqar” – Əli kimi 

oğul yoxdur, Zülfüqar kimi qılınc.  

Naibi‐şiri‐Xuda – Allahın Şirinin (Həzrət Əli) canişini 

Naibi‐Şahi‐Nəcəf – Nəcəf Şahının (Həzrət Əli) canişini 

Naqəsəvar – dəvəyə minmiş 

Nam – ad 

Namdar – adlı‐sanlı 

Nameyi‐ə`mal – əməl dəftəri 

Namə – məktub 

Namurad – muradına yetməyən  

Nagah – birdən, təsadüfən 

Nalan – ağlar 

Naləkünan – fəryad edərək, inləyərək 

Nan – çörək 

Nar – od, atəş  

Napədid – görünməz 

Nasirü ənsar – yaxın köməkçilər  




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə