Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə139/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   136   137   138   139   140   141   142   143   144

 

694 


 

təkyələrdə  İmam  Hüseyn  (ə)  və  Əhli‐Beyti  (ə)  üçün  xüsusi  təziyə 

məclisləri tərtib olunur. 

Şanə – daraq 

Şaye` – hamıya məlum olan 

Şeşguşə  –  altıguşəli.  İmam  Hüseyn  (ə)‐ın  Kərbəlada  olan  məzarına 

işarədir 

Şeşpər – toppuz  

Şeyhə – kişnəmə 

Şeyhəkünan – kişnəyərək  

Şəb – gecə 

Şəbi‐nöhüm – doqquzuncu gecə. Tasua günü 

Şəbi‐vəhşət – təklik, yalnızlıq gecəsi. İnsanın vəfatının birinci gecəsi. 

Şəbi‐yelda – yelda gecəsi, ilin ən uzun gecəsi (dekabrın 21‐i) 

Şəddeyi‐mərcan – mərcan dənələri düzülmüş sap  

Şədid – şiddətli 

Şəfaət  –  Axirət  günü  müsəlmanların  bağışlanmasını  Allah‐təaladan 

istəmək.   

Şəhbaz, şahbaz – şahin, tərlan 

Şəhadət – İslam yolunda şəhid olma 

Şəhd – bal 

Şəhənşəhi‐Neynəva – Neynəvanın Şahı, İmam Hüseyn (ə)‐a işarədir 

Şəhpər – qanad 

Şəhrəbanu  –  İmam  Hüseyn  (ə)‐ın  zövcəsi,  İmam  Zeynəlabidin  (ə)‐ın 

anasıdır.  

Şəqi – yaramaz adam, quldur 

Şəmatət  –  başqasının  dərdinə,  müsibətinə  sevinmə;  tənə,  töhmət, 

məzəmmət 

Şəmşiri‐bərqasa – ildırım kimi qılınc  

Şəms – günəş 

Şə`n – əzəmət, şöhrət, ad‐san 

Şərarə(t) – qığılcım, od; məc. müsibət; yamanlıq 

Şərirani‐Əraq – İraqın yaramazları, şər adamları 

Şərməndə – xəcalətli 

Şərmü həya – utanma və həya  

Şərmsar – xəcalətli 

Şə`şə`at – bərq vurma, parıldama 

Şibhi‐Peyəmbər – Peyğəmbərə oxşar, Əli Əkbərə işarədir 




 

695 


 

Şibhi‐Müstəfa  –  Müstəfayə  (s),  yəni  Məhəmməd  Peyğəmbərə  oxşar,  Əli 

Əkbərə işarədir 

Şiəyani‐Mürtəza – Mürtəza (ə)‐ın (Həzrət Əli) tərəfdarları 

Şikar – ov 

Şikəstə – sınıq 

Şikvə – şikayət 

Şimr  ibn  Zülcəvşən  –  Kərbəlada  İmam  Hüseyn  (ə)‐ı  qətlə  yetirənlərdən 

biri. Ömər ibn Sədin ordu komandanlarından idi. 

Şirinzəban – şirindilli 

Şiri‐qürran – nərə çəkən şir 

Şiri‐Xuda – Allahın şiri. Həzrət Əli (ə)‐ın ləqəblərindən biri (Əsədüllahül‐

qalib –  Əliyyibni Əbu Talib) 

Şiri‐jəyan – coşmuş, qəzəblənmiş şir 

Şirxarə – südəmər, Əli Əsğər nəzərdə tutulur 

Şitab – tələsmək 

Şö`leyi‐azər – od şöləsi 

Şövt – bur. dolanma, fırlanma 

Şumi‐ləin – lənətə gəlmiş uğursuz 

Şur – bur. eşq, həvəs 

Şurü şeyn – hay‐küy, qışqır‐bağır 

Şuriş – çaxnaşma, qarışıqlıq 

Şühəda – şəhidlər 

Şüeyb  –  Qurani‐Kərimdə  adı  çəkilən  peyğəmbərlərdəndir.  Musa  (ə)‐ın 

qaynatası idi. 

Şüküftə – açılmış (çiçək) 

Şümar – say, hesab 

Şümşad – şimşad ağacı 

Şürb – içki 

Şürbə – bir qurtum su 

 

 

Tabü təvan – güc, taqət 



Tacdar – hökmdar, padşah 

Taət – itaət, ibadət 

Taği‐hilal – məc. əyri qaşlar  

Taği‐kəlisa – kilsə tağı və ya gümbəzi 




 

696 


 

Taq – bur. əzilmiş, büzülmüş 

Taqə – bir parça, bir tikə (parça, şal və s. nəzərdə tutulur) 

Talib – tələb edən, istəyən, arzulayan 

Tar – qaranlıq 

Tarac – qarət, soyğun 

Taziyanə – qamçı, qırmanc 

Təbah – məhv olmuş, puç olmuş 

Təbaq – toy xonçası 

Təbli‐bəşarət  –  şad  bir  xəbəri  bildirmək  və  gözaydınlıq  vermək  üçün 

çalınan təbil 

Təbli‐şadi – şadlıq təbili 

Təcdidi‐vüzu – dəstəmazın yenilənməsi 

Təcəlla – əyan olma, zahir olma, görünmə  

Təğyir – dəyişmə 

Təhəmmül – dözmək, səbr etmək 

Təxtəparə – taxta parçası 

Təqsim – bölgü 

Təkbir – “Allahu Əkbər” (Allah ən böyükdür) demək 

Təkəllüm – danışmaq, söyləmək 

Təla – qızıl 

Təlx – acı  

Təll – təpə 

Təlli‐cəla – ayrılıq təpəsi 

Təlli‐Zeynəbiyyə  –  Kərbəlada  Həzrət  Zeynəbin  savaşı  seyr  etmək  üçün 

çıxdığı təpə. 

Tən – bədən 

Tənab – ip, kəndir 

Təng – darısqal; çətin vəziyyətə düşmə 

Təngdil – ürəyi sıxılmış, qəmgin 

Tənur, tənnur – təndir 

Tərəhhüm – rəhm etmə 

Tərsa – xaçpərəst 

Təsəddüq – sədəqə vermə 

Təşnə – susuz 

Təşnəcigər – ciyəri susuzluqdan yanan 

Təşnələb – susuzluqdan dodağı qurumuş 

Təşti‐təla – qızıl teşt, qızıl ləyən 




 

697 


 

Təşyi`cənazə – dəfn etmək 

Təvaf – Məkkədə Kəbə evinin ətrafında dolanma 

Təvan – güc, qüvvət 

Təyyi‐mənzil – bur. yol getmə 

Təyyi‐rahil – bur. yola düşmə 

Təzəlzül – sarsınma, zəlzələyə düşmə 

Tə`ziyə – matəm, yas 

Tə`ziyəsəra –  matəm saxlanılan yer 

Tiflü səğir – kiçik uşaqlar 

Tiği‐bürran – iti qılınc 

Tilavət – Qurani‐Kərimi xüsusi qayda ilə oxuma 

Tip – bur. qoşun dəstəsi 

Tir – ox 

Tiri‐tiz – iti ox 

Tirə bəxt – bəxti qara 

Tövbə – günahlara görə peşimançılıq çəkib bir daha etməmək haqqında 

Allah‐təalaya söz vermək   

Tövrat – Musa (ə) peyğəmbərə nazil olmuş səmavi kitab 

Tuba – Behiştdə gözəl, hündür bir ağac 

Tuf – tüpürmək 

Tuşə – azuqə 

Tutivəş –tutuquşu kimi 

Tutizəban – tutuquşu kimi şirin danışan 

Türab – torpaq 

Türbəti‐Kərbəla – Kərbəla torpağı 

Türfə – nadir şey; qəribə, əcaib 

 

Ü 

 

Übur – keçmə, atdama 



Üdvan – düşmənlər 

Üqab – qartal 

Üqba – axirət dünyası, əbədi həyat 

Ümman – dəniz, dərya 

Ümməti‐Xatəm – Peyğəmbərin ümməti (müsəlmanlar) 

Ümmülbənin  –  Fatimə  bint  Hizam.  Həzrət  Əbülfəzl  Abbasın  anası, 

Həzrət  Əli  (ə)‐ın  Həzrət  Fatimə  (s.ə)‐nın  vəfatından  sonra  ailə  qurduğu 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə