Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə137/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   133   134   135   136   137   138   139   140   ...   144

 

686 


 

Natəvan – zəif, gücsüz 

Navək – ox 

Ney – qamış; qamışdan qayrılmış tütək 

Neynəva – İmam Hüseyn (ə)‐ın şəhadətə yetişdiyi yerin adı.  

Nəbi – xəbər gətirən (peyğəmbər) 

Nəcəf – İraqda Həzrət Əli (ə)‐ın dəfn olunduğu şəhər 

Nəhar – günorta 

Nəhr – çay 

Nəhy – qadağan olunmuş 

Nəfxi‐sur – qiyamət günü İsrafilin sur çalması 

Nəqqarə – nağara 

Nəqli‐məkan – bir yerə getmə, yer dəyişmə 

Nəmrud  –  İbrahim  peyğəmbərin  (ə)  zamanında  yaşamış  zalım  bir 

hökmdar  olmuşdur.  İbrahim  (ə)‐ı  oda  atdırmış,  lakin  Allah‐təala  öz 

peyğəmbərini oddan xilas etmişdi.  

Nə`rəkünan – nərə çəkərək 

Nəsb – dikmə, sancma 

Nəsrin, nəstərən – çiçək növləri  

Nə`ş – cənazə 

Nəşvü nüma – böyüyüb artma 

Nəva – avaz, səs, nəğmə; muğam adı 

Nəvaxan – oxuyan; nalə edən 

Nəzarə – baxmaq, gözdən keçirmə  

Nigah –  baxma, nəzər 

Nigahban – gözətçi, qarovulçu 

Nigahdar – qoruyan, saxlayan 

Nihan – gizli  

Nilufər – nilufər, suzanbağı 

Nik – yaxşı 

Nikolay Romanoviç – sonuncu rus imperatoru II Nikolay nəzərdə tutulur  

Nim – yarı 

Nimşəqq – yarıya bölünmüş 

Nisar – səpmə, dağıtma; qurban 

Niyran – od, cəhənnəm 

Nöhüm – doqquzuncu 

Növbəhar – yazın əvvəli, bahar 

Növcəvan – yeniyetmə 




 

687 


 

Növgüli‐şükufteyi‐tər – yeni açılmış qızılgül 

Növkədxuda – yeni ailə qurmuş gənc  

Növki‐cida – nizənin ucu, nizənin başı 

Növhə – əsasən Kərbəla şəhidlərinə həsr olunmuş hüznlü şeir 

Növhəxan – növhə oxuyan 

Növgül – tər qızılgül 

Növrəs – bur. cavan 

Növrəsid(ə) – yeniyetmə 

Növrəstə – yeniyetmə 

Nuri‐eyn – gözün işığı 

Nuri‐düeyn – iki gözün işığı 

Nuhi‐nəbi – Nuh peyğəmbər (ə) 

Nuri‐bəsər – göz uşağı 

Nuzdəhüm – on doqquzuncu 

Nümayan – görünən, zahir olan  

Nüzul – aşağı enmə, nazil olma 

 

Ö 

 

Ömər ibn Sə`d ibn Vəqqas – İbn Səd adı ilə məşhurdur. Kərbəlada İmam 



Hüseyn  (ə)‐la  vuruşan  İbn  Ziyad  qoşununun  komandanı  idi.  Əhli‐Beyt 

(ə)‐ın ən qatı düşmənlərindən biri idi.  

Övc – bir şeyin son, ən yüksək nöqtəsi  

Övd – qayıtma, təkrarlama 

Övn  –  Övn  ibn  Cəfər  ibn  Əbu  Talib  (Cəfəri‐Təyyarın  oğlu)  Kərbəla 

şəhidlərindəndir. 

Övn – Övn ibn Abdullah ibn Cəfər. Həzrət Zeynəbin oğlu. O biri qardaşı 

Məhəmmədlə birlikdə aşura günü şəhid olmuşdur. 

Övn – Övn ibn Əli ibn Əbu Talib. Kərbəla şəhidlərindəndir. 

Övliya – vəlilər, başçılar; Allahın dostları 

Övsaf – vəsflər  

Övza – vəziyyət, durum 

 

 

Pabəsər – başdan‐ayağa 



Pabəstə – ayağı bağlı, əsir, dustaq 


 

688 


 

Padşahi‐fəthi‐Hüneyn  –  Hüneyni  fəth  edən  padşah.  Həzrət  Əli  (ə) 

nəzərdə tutulur 

Padşahi‐məhşər  –  məhşər  gününün  padşahı.  Bur.  İmam  Hüseyn  (ə) 

nəzərdə tutulur 

Padşahi‐Kərbəla – Kərbəla şahı, İmam Hüseynə (ə) işarədir 

Padşahi‐təşnəcigər – ciyəri susuz padşah, İmam Hüseynə (ə) işarədir 

Pa(y) – ayaq 

Pabus – ayaq öpmə 

Pamal, paymal –  ayaq altında qalma, məhv olma  

Pas(i)ban – gözətçi, qarovulçu 

Peykan – ox  

Peykər – bədən 

Pəjmürdə – əzgin, solğun 

Pəlid – alçaq  

Pənctəni‐Ali‐Əba – Məhəmməd Peyğəmbər (s)‐in özü, qızı Həzrət Fatimə 

(s.ə), kürəkəni və əmisi oğlu Həzrət Əli (ə), sevimli nəvələri İmam Həsən 

(ə) və İmam Hüseyn (ə)‐dən ibarət əba əhli, Əhli‐Beyt (ə) 

Pərşikəstə – qanadı sınmış 

Pərəstar – qulluqda durma 

Pərişan – dağınıq, kədərli 

Piçidə – dolaşmış 

Pirəhən, pirahən – köynək 

Pirü cəvan – qoca və gənc 

Piş əz – qabaqca, öncə 

Pişva – rəis, başçı 

Pişvaz – qarşılama 

Pünhan – gizli 

Püram – adamla dolu 

Pürbəha – çox qiymətli 

Pürxun – qanla dolu 

Pürqəm – qəmlə dolu, qəmli 

Pürşərar – yandırıcı 

 

 

Rah – yol 



Rağib – rəğbət göstərən  


 

689 


 

Ravi – rəvayət edən 

Razü niyaz – Allaha yalvarıb‐yaxarma 

Rehlət – köçmə; rəhmətə getmə 

Rəcəz – döyüşdən əvvəl pəhləvanların üz‐üzə durub oxuduqları şeir  

Rəfiq – yoldaş, dost 

Rəha – qurtulma, xilas olma 

Rə(a)hi‐hidayət – düz yol 

Rəhmi‐bipayan – sonsuz mərhəmət 

Rəhnüma – yol göstərən, bələdçi 

Rəxnə – xələl, ziyan 

Rəxt – paltar 

Rəxtxab – yataq, yorğan‐döşək 

Rəməq – son nəfəs, qüvvə 

Rənc – əzab, əziyyət 

Rə`s – baş 

Rəsuli‐Əkrəm – Məhəmməd Peyğəmbər (s) 

Rəsuli‐rəhnüma – düz yol göstərən Peyğəmbər (s) 

Rəstə – qurtulmuş, azad olmuş 

Rəstgar – xilas olma 

Rə`şə – titrəmə, titrəyiş 

Rəşid – rəşadətli, igid, qorxmaz 

Rəvaq – sütunlu eyvan 

Rəzm – dava, döyüş 

Rəzmgah – döyüş meydanı  

Rida – bur. əba 

Rikab – atın üzəngisi 

Riqqət – təəssüf etmə, rəhmi gəlmə  

Risalə – əsər, kitab 

Risman – ip, kəndir 

Riş – saqqal  

Rişə – kök, əsl 

Riza – səkkizinci İmam Rza (ə) 

Riza – razılıq 

Rizvan – behişt 

Rö`ya – yuxu 

Rövnəq – parlaq, gözəl; çiçəklənmə 

Rövşən – aydın, işıqlı 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə