Microsoft Word Kutsal quruculuq



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə127/133
tarix16.08.2018
ölçüsü3,47 Mb.
#63581
1   ...   123   124   125   126   127   128   129   130   ...   133

 

444


EVLADLARA 

(9-cu il Hökmü) 

9-cu İlimiz Səfər İli olacaq... 

Amal Xurcunu çiyninizdə,  

Əməl Ağacı əlinizdə,  

Mütləq İşığı qəlbinizdə, 

Ailə Sorağı dilinizdə Yol gedəcəksiniz. 

Nur aparıb Uğur gətirəcəksiniz. 

19 Mərhəm günü, Günəş Ayı, 9-cu il. Bakı. 

 

AMAL EVİ 

Amal Evi yaranmalıdır. 

Ayda bir dəfə Evladlar Amal Evinə yığışmalıdır, Ataya, Mütləqə, Amala 

sitayiş  etməli,  Atadan,  Mütləqdən,  Amaldan  Güc  almalı,  Amallaşma 

Birliyinə çatmalıdırlar: 

İdrak  İşıqlanır,  Mənəviyyat  İşıqlanır,  İradə  İşıqlanır...,  Müqəddəs 

Kitablar oxunur, Müqəddəs Kitablara Söz deyilir. Ruh Göylənir. 

Məsullar – təşkilatca: Safruh, Sadiqim, Əsil, Halal;  

bədiyyatca: Safruh, Qəlbi, Özümlü. 

Evladların hamısı Ruhani Evin tikilməsində Əməl göstərir. 

Amal Evi 10-cu il Bayramında Ataya təqdim olunur. 

 

TƏBİƏTLƏŞMƏ 

Dağda dözüm var, vüqar var, səbr var... 

Dağdan dözüm öyrənməli, vüqar öyrənməli, səbr öyrənməli... 



Dağla görüşməli – Dağa qovuşmalı. 

Suda təmizlik var, dirilik var, axarlıq var... 

Sudan təmizlik öyrənməli, dirilik öyrənməli, axarlıq öyrənməli... 



Suyla görüşməli – Suya qovuşmalı. 

Ağacda Böyümə var, bərəkət var, köklük var... 

Ağacdan böyümə öyrənməli, bərəkət öyrənməli, köklük öyrənməli... 



Ağacla görüşməli – Ağaca qovuşmalı. 

Göydə ucalıq var, şəfqət var, ülviyyət var. 

Göydən ucalıq öyrənməli, şəfqət öyrənməli, ülviyyət öyrənməli... 



Göylə görüşməli – Göyə qovuşmalı. 

Çətin  məqamlarda  Dağa,  Suya,  Ağaca,  Göyə  üz  tutmalı;  Dağdan, 

Sudan, Ağacdan, Göydən keçməli; Dağ, Su, Ağac, Göy Sözü Yaratmalı, 

Yaşatmalı; Dağ, Su, Ağac, Göy Qohumluğu Yaratmalı – Yaşatmalı. 

Mərasimləri  Dağ  ətəyində,  Bulaq,  Çay,  Dəniz  üstündə,  Meşədə, 

Bağçada, Göy altında keçirməli... 



 


 

445


RUHANİ  YERLƏR 

Dağ ətəyi tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin! 

Dəniz, Çay, Bulaq üstü tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin! 

Bağ, meşə tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin! 

Ulduzlu Göy tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin! 

27 Qismət günü, Günəş Ayı, 9-cu il. Bakı. 

 

“ATA GÜNÜ”  BAYRAMI  HAQQINDA 

1. Mərasim baş tutdu. Evlad ləyaqəti, Səfər qətiyyəti təsdiq olundu. 

2. Sadiqimin uğurlu təşkilatçılıq əməli təqdir olunur. 

3. Nisbilik: Vaxt intizamının pozulması, sonda mərasimin adiləşməsi. 

Mərasim Müqəddəsliyi Ruhani Yetkinlik yetirir! 



26 Ata Ayı, 9-cu il. 

 

EVLADLARA 

Qardaşınız  Safruhun  “Ata  İşığında”  Kitabını  öyrənin,  öyrədin,  Sabaha 

çatdırın. 

10 Murad günü, Xəzan Ayı, 9-cu il. Bakı. 

 

FİKİR  YÖNÜ 

Ata  Buyuruğundan  Kənar,  Hərcayi  Fikir  ardınca  getmək  –  İdraki 

Azmadır – Evladsızlığa aparan. 

İdraki  Azma  –  Amala  Yağılıqdır,  Şərə  yalmanmaqdır,  Günahdır  –  Ata 

Qeyzinə layiq! 



5 Mərhəm günü, Yağış Ayı, 9-cu il. Bakı. 

 

AMAL  ADI 

Amalımız “Asif Ata Ocağı” adlanır. 

23 Murad günü, Od Ayı, 10-cu il. Bakı. 

 

YÖN 

Beynəlmiləlçilik – İmperiyaçılıq. 

Millilik – Antiimperiyaçılıq. 

19 Dözüm günü, Xəzan Ayı, 10-cu il. Bakı. 

 

Əbil,  Vələddin,  Əminə  öz  istəkləriylə  Ocaqdan  çıxırlar,  Uluslu,  Layiq, 



Göylü Yükündən azad olurlar. 

*** 


 

446


Arif,  Ədalət,  Vidadi,  Asif,  Loğman,  Həsən,  Gülzar,  Bayram,  Azər 

9

öz 



istəkləriylə Ocaqdan çıxırlar, Evlad Yükündən azad olurlar. 

*** 

Ata Ayı, 11-ci il. Bakı. 

İlqar


10

 öz istəyiylə Ocaqdan çıxır, Evlad Yükündən azad olur. 



 

*** 

Ocaqdan çıxarılan, çıxan – Ocağa qayıtmır. 



*** 

Ailə  Mərasimlərində  Ata  Mütləqiliyinə  ən  cüzi  xilaf  olarsa  –  Mərasim 

dayandırılır, günahkar Ocaqdan çıxarılır. 

18 Arzu günü, Ata Ayı, 11-ci il. Bakı. 

*** 

Evladlar  arasında  Dedi-Qodu  Ocağa  xəyanət  sayılır  və  Dedi-Qodu 

iştirakçıları Ocaqdan çıxarılır. 

22 Qismət günü, Ata Ayı, 11-ci il. Bakı. 

*** 

 

ÖZÜYLƏDÖYÜŞ  YAZISI 

Evladlar  Özüylədöyüş  yazısı  yazmalıdırlar  –  Gündəlik,  Aylıq,  İllik, 

Ömürlük. 

“Mən  kiməm?”  –  Sualına  cavab  vasitəsiylə  özünü  tanımalı;  “Bu  gün 

mən  necə  yaşadım,  hansı  naqisliyimdən  azad  oldum;  hansı  məziyyət 

qazandım?”  –  Sualına  cavab vasitəsiylə  özünün  Ruhani  Halını müəyyən 

etməli; Aylıq, İllik, Ömürlük özünümüşahidələr əsasında Kamillik Yolunun 

məqamlarını qiymətləndirməli; ardıcıl surətdə İnsanlaşmalı. Yazı Ata Gü-

nündə Ataya təqdim edilməli, Ailə Mərasimlərində oxunmalıdır. 

 

Özüylədöyüşsüzlük – Evladsızlıq sayılır. 



 

 (İLK  YARPAQ  TÖKÜMÜ...) 

11

 

Xalq  Cəbhəsi  –  Mahiyyətcə  Hökumətin  sərbəst  kölgəsi  olduğundan, 

Mitinq – mahiyyətcə Şərə yarayan Küçə tamaşası olduğundan – onlarda 

iştirak eləmək Ocağa Xəyanət sayılır və xəyanətkar Ocaqdan çıxarılır. 

                                                

9

 Arif  –  keçmiş  Qeyrət,  Ədalət  –  keçmiş  Qala,  Vidadi  –  keçmiş  Elmən,  Asif  – 

keçmiş Dayaq, Loğman – keçmiş Yüksək, Həsən – keçmiş Özül, Gülzar – keçmiş 

Bulaq, Bayram – keçmiş Fərəh, Azər – keçmiş Mətin. 

 

10

 İlqarın Ocaqdakı adı – Uluyol idi. 

 

11

 Adlandırma Safruhundur. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə