Microsoft Word Kutsal quruculuq



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə43/133
tarix16.08.2018
ölçüsü3,47 Mb.
#63581
1   ...   39   40   41   42   43   44   45   46   ...   133

 

149


OĞLUM  ƏSİLƏ 

    1.Müqəddəs  Kitablar, Ata  Kəlamları, Hökmləri sənin evində  öyrənilir, 

kənara çıxarılmır. 

Evladlar üçün dəqiq vaxt ayır. 



Tədbiri Yüksək İdraki səviyyədə hazırla. 

Bir saniyə belə boş keçməsin. 

Hər dəqiqə mənimsənilsin! 

Şər ilan kimi qıvrılsın, ancaq heç kəsi çala bilməsin! 

2.Dərk  elə  ki,  Asifçilər  döyüşür,  ancaq  bu  döyüş  başqa  döyüşlərə 

bənzəmir, elə onun Müqəddəsliyi bundadır! 

Bənzərsizik, ona görə də məğlubiyyət tanımırıq. 

Ürəyin qaranlıqları Yarsın! 



23 Arzu günü, Şölə Ayı, 8-ci il. 

(Qeyd: Ata onu 13-cü ildə Ocaqdan çıxartdı... Həyatda adı Elxan idi). 

 

ATA – EVLAD  VƏHDƏTİ 



Safruha 

Mütləq Həqiqəti Evladlara Mütləq səviyyədə çatdır. 

“Mənim üç atam var!” – deyəndə Evladlar anlamalıdırlar ki, bu səni üç 

sifətli  eləmir,  bütövlüyünü  parçalamır,  Asifçiliyini  üçdə  birə  endirmir. 

    Özün  üçün  bir  məsələni  tam  aydınlaşdırmalısan:  Kamal  Atatürk  Asif 

Ata üçün keçmiş mərhələdir. Sənin Kamal Ata Evladlığın da Asif Ata üçün 

keçmiş Evladlıqdır. 

Üç Atalıq mərhələsi mütləq bir Atalıq həmişəliyinə çevrilməli-dir! 

Vahid Ata olmayan yerdə Mütləq Vəhdətdən danışmaq olmaz! 

Üç Atalıq – əslində Nisbi Atalıqdır! 

Mütləqçiyə yaraşmayan Atalıqdır! 

Cismani  Ata  Evladı  həyata  gətirir,  Tarixi  Ata  onu  Ruhani  Ataya 

qovuşdurur, 

Ruhani 

Ata 

Evladı 

Amallaşdırır, 

Sabahlaşdırır. 

    Ata  Birdir,  Mütləqdir  –  ancaq  ona  doğru  Yol  çoxatalıq 

mərhələsindən keçir. 

 

EVLAD  YÜKÜ 

Ata Xalq Çayına enərdi, Həqiqət Tilovu atardı, Qeyrət Balığı tutardı.  

Şər Xalq Çayını Ataya yasaq elədi. 

İndi Evlad Həqiqət Tilovu atmalı, Qeyrət Balığı tutmalıdır. 



27 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı. 

  

 

 

 


 

150


SADİQİMƏ 

Ehtiramın pakdır! 

1.Ata  Gününə  qədər  (Ata  Ayı  25)  nişanə  hazır  olmalıdır. 

Bənzərsiz, həmişəlik, müqəddəs biçimdə. 

Ata Ayının 1-də Ata hüzurunda nişanənin son biçimi Ataya təqdim olu-

nur. 

   Ata Günündən bir gün əvvəl nişanə Ataya göstərilir. 

2.Ata  Gününə  qədər  maqnitofon  hazırlanır  ki,  Günü,  Ata  Müraciətini, 

Evladların Ata haqqında sözlərini, ümumən Ruhani Mərasimi yazasınız. 

3.İtirdiyin sərvəti tap və Ata rəsmini oradakı şəkillər əsasında nişanəyə 

köçür (təzə səviyyədə). 

4.Döyüşdəyik! 

Ürəyin qaranlıqları yarsın! 

1 Ümid günü, Od Ayı, 8-ci il. Bakı. 

 

SAFRUH  ÜÇÜN 

1.Heç nə dəyişmir. Şər  əməlin  ahəngini  poza  bilməz. 

Ata Günü vaxtında, ruhani səviyyədə keçirilir. 

Bu inam günü saat 12-də Atanın şəkli çəkilir... 

Evladlar Ata hüzuruna vaxtında gəlirlər. 

Təhlükədən cəsarət hasil olunmalıdır. 



Sadiqim  Ata  Hökmü  əsasında  nişanə  tapşırığını  Mütləq  Mənada 

həyata keçirməlidir. 

2.Atanın  şəkli  nişanənin  üz  qabığında  yox,  birinci  səhifədə  əks 

olunur. 

“İnsanlaşın,  İnsanlaşdırın!”  çağırışı,  “Asif  Ata”  imzası  şəkillə  bərabər 

həkk olunur. 

Nişanə  bənzərsiz,  müqəddəs  biçimdə,  şərqi  bədiyyat  cizgilərində 

yaradılır. 

Həmişəlik yaşamaq üçün! 

Mütləq məsulluq yükü düşür çiyninizə.Ata qiymət verəcək səyinizə! 

3.Nişanənin üz qabığı Ata Hökmü əsasında rəmzləşir. 

4.Ata 



gününü 

Evladlar 

yubiley 

hərcayiliyi 

saymasınlar. 

Bugünün idrakını idraksızlıq sayırıq. 

Ata  Günü  –  Atanın  evladlarla  müqəddəs  təmas  günü,  təzə  Ata  Sözü 

məqamıdır, evlad ülfətinin təzahür ülviyyətidir, həm qədim, həm bənzərsiz 

ənənənin yaranmasıdır, Amalımızı, sabahımızı təsdiq etmək üsuludur. 

5.Qəlbini evladlıqda saxladım. 

Tövbəsi – qəlbiydi. 

4 – nömrəli nişanəni ona yazın. 

5 – nömrəlini Halala. 




 

151


6. Ata Günü nişanə mərasimiylə bitir. 

Ata  Nişanəni  evladlara  bir-bir  təqdim  edir,  evladlar  bir  kəlməylə  Ataya 

cavab  verirlər,  ehtiram  göstərirlər.  Kəlmə  ürəkdən,  evlad  idrakından,  in-

amından süzülür. Hər  kəs  öz  istədiyi  kəlməni deyir. Təqdimat bitdikdə 

evladlar  birlikdə  Ataya  səcdə  qılır,  sonra  müqəddəs  zəncir  həlqəsi 

şəklində 

əl-ələ 

verib, 


evlad 

vəhdəti 


ifadə 

edirlər. 

(Bu mərasimi hərtərəfli düşünün: Bənzərsiz və yetkin alınsın!) 

7.Bütün əməl bir saatın içində bitməlidir. 

Ömür qısa – yol uzundur. 

8.Adlanmamış – evlad sayılmır, Müqəddəs Kitablara layiq görülmür.  

Müqəddəs kitablar öyrənilir və Əsilə qaytarılır. 

Müqəddəs  Odun  qorunması,  yağı  əlinə  keçməməsi  –  mütləq  məsul-

luqdur. Həmin məsulluqdan məhrum olmaq – evladlığı öldürməkdir. 



9.Sözü əməldən cüzi də olsa ayırmaq – yağılıqdır. 

Ata evladlardan ləyaqətli Ata Günü gözləyir. Ləyaqət sözünə layiq! 

10.Əsil  odu  şər  yağışından  çıxara  bildi.  Həm də  özünü  öyrənmək 

üçün dərs qazandı. 

11.Evladların  üç  əməli:  Amalı  öyrənmək,  özüylə  döyüşmək,  ailə 

yaratmaq... 

12.Evladların bir evladsızlığı: Ata Sözündən çıxmaq. 

Ürəyin qaranlıqları yarsın! Mütləq sənə yar olsun! 

25 Qismət günü, Od Ayı, 8-ci il. Bakı. 

 

HALALA 

1.Bir qayğımız var: Amallaşma – amallaşdırma. 



Üç  borcumuz  var:  Müqəddəs  Kitabları  öyrənmək  –  öyrətmək;  özünü 

dəyişmək – kamilləşmək; Ata ailələri yaratmaq – təmsil etmək, Atanın cari 

buyuruqlarına əməl etmək! 

2.Ata Gününə müqəddəs məsuliyyət hissiylə hazırlaşın! Ata ləyaqətinə 

layiq! Evlad sədaqətinə layiq! 

3.Bugünlə daxili əlaqəni tam kəsməlisiniz.  

Antibugün 

səviyyəsində 

düşünməli, 

duymalı, 

yaşamalısınız. 

Natamlıq, adamlıq səviyyəsini bütünlüklə rədd etməlisiniz! 

4.Ata kəlamlarının hərfini belə, müqəddəs tutun!... 

Mütləq Həqiqət Mütləq Əməl tələb edir. 

Ata əməlinə riayətdə cüzi nisbilik – həqarətdir! 

5.Münaqişəsiz, mübahisəsiz, həsədsiz, rəqabətsiz evladlıq – qardaşlıq, 

bacılıq  normasına  Mütləq  Əməl!  Atanın  evladları  biri-biriylə  Mütləq 

mənada Ruhani Birliyə qovuşmuş kamillərdir! 

6.Gələn  əsrdə  yetkinlik  vədəsinə  çatacaq  15  yaşlılardan  başlamaq 

lazımdır ailə yaradıcılığına. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə