Microsoft Word Kutsal quruculuq



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə9/133
tarix16.08.2018
ölçüsü3,47 Mb.
#63581
1   ...   5   6   7   8   9   10   11   12   ...   133

 

30 


Adam – Məxluqdan üstün, İnsandan aşağıdır. Məxluqdan fərqli olaraq, 

Adamda Ruhani Gözəlliyə, Yüksək Həyat Tərzinə meyil var. Ancaq həmin 

meyil  güclü  ehtiras  səviyyəsinə  qalxmır.  Çünki  Ali  hisslərlə  yanaşı, 

Adamın bulanıq daxili aləmində çirkin, cılız duyğular da yaşayır.  

Adam  –  Vətəni  sevir,  ancaq  Vətən  yolunda  Əzaba  qatlaşmır,  Ölümə 

getmir,  çünki  Vətənsevərliyi  ömrün  mənasına  çevirməyib,  güclü  İradəyə 

malik  deyil,  Mənəviyyatını  qorxu  kabusu  bürüyüb,  yetkin  mətanətli 

Şəxsiyyət deyil.  



Adam – Müqəddəsliyi qiymətləndirə bilir, ancaq Müqəddəsliyə qovuşa 

bilmir. Çünki Ruhani Qüdrət sahibi deyil, xilqətində Böyüklük yoxdur. 



Adam  –  Məhəbbətə,  Sədaqətə  biganə  qalmaz,  ancaq  çətin  anda 

Məhəbbətdən,  Sədaqətdən  qaçar.  Çünki  Məhəbbətlə  yanaşı,  daxilində 

Xudpəsəndlik də yaşayır.  

Adam  –  Dostluğa  can  atar,  lakin  onun  ağırlığını  çiynində  gəzdirə 

bilməz. Çünki çiyni zəifdir. 



Adam  –  Əxlaqi  Təmizliyi  bəyənər,  ancaq  hərcayi  ehtiraslarını 

cilovlamağa iradəsi çatmaz, Əxlaqsızlıq bataqlığına yuvarlanar.  



Adam  –  ani  Cəsarət  göstərər,  fəqət  sonra  Qorxu  hissinin  pəncəsində 

çabalayar, Qorxaqlığı İgidliyini üstələyər.  



Adam – Qəhrəmanla, Fədakarla, Özündənkeçənlə bir neçə addım yol 

gedə bilər, ancaq yarı yoldan qayıdar.  



Adam – əsil İdraka, Sənətə biganə qalmaz, ancaq süni və bəsit sənəti, 

İdrakı da sevər, onlara daha çox bağlanar.  



Adam  –  Təmənnasızlığı  qiymətləndirər,  ancaq  şəxsi  həyatında  ondan 

qaçar.  


Adam  –  eybəcər  mühitə  lənətlər  yağdırar,  ancaq  mühitlə  təmasda 

özünü  onun  timsalı  kimi  aparar  və  son  nəticədə  mütiləşər,  Üsyanından, 

Hiddətindən heç nə qalmaz. 

Adam – Leyli axtarar, Məcnun olmaq istəməz, Böyüklük axtarar, Əzab 

istəməz, ölçülü yaşayar, ona görə də yaşamaz.  



Adamda  –  müsbət  keyfiyyətlər  mənfi  keyfiyyətlərlə  qaynayıb  qarışar, 

öz qüdrətini itirər.  

Ocaqçı  öz  Mənəviyyatında,  İdrakında,  Həyat  Tərzində  Adam 

natamlığını, naqisliyini aradan qaldırıb, İnsan Kamilliyinə çatmalıdır. 



İnsan  –  Müqəddəsliyə,  Həqiqətə,  Vətənpərvərliyə,  Qəhrəmanlığa, 

Bəşərsevərliyə,  İdeala,  Məhəbbətə,  Qədimliyə,  Ruhani  Ülviyyətə, 

Cəngavərlik  Siqlətinə  qəlbdən  bağlanan,  ömrünü  Yüksək  Arzulara  həsr 

edən, Səadətini onda tapan Şəxsiyyətdir.  



Ocaqçının Məqsədi İnsan olmaqdır! 

Bunun üçün o, özüylə daim mübarizə etməlidir. 

Ocaqçı Ürəyindən Qorxu duyğusunu silməlidir.  



 

31 


Ocaqçı Mənəviyyatından Paxıllığı qovmalıdır.  

Ocaqçı Əxlaqından Heyvani Şəhvaniliyi murdar yük kimi atmalıdır.  

Ocaqçı Bədxahlığı Daxili Aləminə qoymamalıdır. 

Ocaqçı tənbəllik, fəalsızlıq eybəcərliyini məhv etməlidir. 

İradəsizlik Ocaqçının qəddar düşmənidir. 

Namus bəndini aşan ehtirası ürəyə qoymazlar. 

Ocaqçı Mənəviyyatında Müxənnətliyə yer yoxdur. 

Dilində Yalan gəzdirən Ocaqçı lənətə layiqdir. 

Ocaqçının  saxta  Fərəhə  ehtiyacı  yoxdur.  O,  araq,  şərab  adlanan 

murdarlığı  dilinə  vurmur,  mənəvi  zəlillərin  pənah  gətirdiyi  içki  ehtirasını 

rədd edir.  

Ocaqçı İdrakından lüzumsuz bilikləri atıb, dəyərli bilikləri saxlamalıdır.  

Müqəddəslik  duyğusunu  Mənəviyyatının  əsasına  çevirməyən  şəxsdən 

Ocaqçı olmaz.  



İnsan olmaq çətin peşədir!  

İnsan sözü əsil qiymətini itirib. Ocaqçı onun ləyaqətini bərpa etməlidir.  

Özü ilə döyüşən Ocaqçı Ocaqdan güc alır.  

Ocağa müraciət edir.  

Ocaqçının  Ocağa Səhər Müraciəti belə olmalıdır: 

“Ocağım, Ülvi Qüdrətini məndən əsirgəmə! 

Mənə kömək et!  

Heç  bir  naqisin  təsirinə  düşməyim,  pis    hərəkətə  yol  verməyim, 

ürəyimdə çirkin duyğular oyanmasın.  

Xeyirə xidmət edim.  

Kamillik Yoluyla gedim.  

Sənə layiq olum.  

Kömək et mənə, Ocağım!” 

 

Ocaqçının Ocağa Günorta Müraciəti belə olmalıdır: 



“Səhərimi başa vurdum.  

Saf Ürəklə, Təmiz Niyyətlə.  

Sən istədiyin kimi. 

Mənəviyyatıma çirk qonmadı.  

Hərəkətlərimdə qəbahət olmadı. 

Xeyirə qulluq göstərdim.  

Şəri yaxına buraxmadım.  

Kamillik Yolunda büdrəmədim, çünki səninləydim”. 

 

Ocaqçının Ocağa Axşam Müraciəti belə olmalıdır: 



“Ürəyimdə İşıq yandır, Ocağım, Qaranlıqlar çəkilsin! 

İradəmə güc ver, daxilimdəki Çirkabları əritsin! 




 

32 


Saflığına bir addım da yaxınlaşdım. 

Sabahıma apar məni! 

Mənimlə ol! 

Yoxuşlarda büdrəməyim! 

And içirəm, Sabahım bu günümdən daha Kamil olacaq!” 

 

Ocağından  bir  an  da  ayrılmayan  Ocaqçının  özü  ilə  döyüşdə  qələbə 



çalacağına Ata İnamı böyükdür! 

 

2. HƏYATDAKI   EYBƏCƏRLİKLƏ  DÖYÜŞ 

 

Ocaqçının ən böyük düşməni – Vətənsizlikdir.  



Vətənsizlik – Xalqına İnanmamaq, Xalq Ruhuna, İdrakına yad olmaq, 

özgələşmək deməkdir.  



Vətənsizlik  –  Qərbi  yamsılamaq,  təqlid  etmək  və  bu  miskinliklə 

öyünmək, onu müasirlik, qabaqcıllıq timsalı saymaqdır.  



Vətənsizlik  –  Kökündən,  Qədimliyindən,  Tarixindən  ayrılmaq, 

süniləşmək, müflisləşməkdir. 



Vətənsizlik – Xəlqi Düşüncəni, Mənəviyyatı – gerilik, ibtidailik nişanəsi 

saymaq qəbahətidir.  



Vətənsizlik  –  ardıcıl,  təcavüzkar,  açıq  əxlaqsızlıqdır,  əxlaqsızlığı 

hörmətə mindirmək cəhdidir. 



Vətənsizlik  –  fəndgirliyin,  mənsəbpərəstliyin,  minsifətliyin,  mədəni 

alçaqlığın, nəcib cəlladlığın həyatımıza müdaxiləsidir.  



Vətənsizlik  –  idealsız,  antixəlqi,  yarışərq,  yarıqərb,  müti  və  pozğun 

ziyalı qrupunun, elitasının peyda olmasıdır.  



Vətənsizlik  –  sadə  Vətən  övladlarına  təşəxxüslü  və  saxta 

münasibətdir.  



Vətənsizlik  –  taleyini,  səadətini,  gələcəyini  özündə  yox,  özündən 

uzaqlarda axtarmaq bəlasıdır.  

Ocaqçı Vətənsizliklə həmişə, hər yerdə vuruşmalıdır.  

Əgər  Ocaqçının  yanında  Vətənsizlik  təbliğ  olunursa  və  o,  bədnam 

əqidəni ifşa etmirsə, onun Ocaqçı adını daşımağa haqqı yoxdur.  

Əgər bu və ya digər əsərdə Vətənsizlik əlaməti görünürsə, Ocaqçı ona 

öz münasibətini mütləq bildirməlidir.  

Ocaqçı  Vətənsizlik haqqında Ocağın fikrini xalqa şərh etməlidir.  

Ocaqçı öz mühitini Vətənsizlik çirkabından təmizləməlidir. 

Ocaqçı olan yerdə Vətənsizlik toxumu bar verə bilməz.  

Ocaqçı Vətənsizlik adlanan yağı ilə bir an da barışmamalıdır.  

Həyat – Ocaqçı üçün Vətənsizliklə döyüş meydanına çevrilməlidir.  



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə