Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə110/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   106   107   108   109   110   111   112   113   ...   133

 

383


KİŞİ – QADIN 

Kişi bir az Qadın olmalıdır – Zərif olmalıdır. 

Qadın bir az Kişi olmalıdır – Güclü olmalıdır. 

Kişi Qadın üçün bir az Ata olmalıdır. 

Qadın Kişi üçün bir az Ana olmalıdır. 

 

HƏQİQƏT 

Bir Adam olmur: Adam İkilidir, Üçlüdür, Beşlidir. 

Bir İnsan olur. İkili, Üçlü, Beşli İnsan olmur. 



13 Murad günü, Köçəri Ay, 14-cü il. Bakı. 

 

“YENİ  İL”  MƏRASİMİ  HAQQINDA 

    1. Mərasim Mütləq İntizam, Mütləq Səcdə, Mütləq Doğmalıq 

səviyyəsində keçməlidir. 

2. Mərasimin Yazısı Safruha tapşırılır. 

3. Yazı Köçəri Ayın 22-də Ataya Təqdim edilir. 



16 Ümid günü, Köçəri Ay, 14-cü il. Bakı. 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ UNİVERSİTET  

 ATA  AİLƏSİNİN HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. İkilikdən Ayrılmaq Fəaliyyətinə Başlamaq. 

3. Ocağa Evladlar gətirmək. 



17 Dözüm günü, Köçəri Ay, 14-cü il. Bakı. 

 

EVLADIM  RUHÇUYA 

Biz – Ruhçuyuq – İnamçıyıq, İnsançıyıq –  

İnamı – Dindən, İnsanı – Zamandan qoruyuruq. 

Din – İnamsızdır, çünki İnsana İnanmır. 

Zaman – İnsansızdır, çünki İnsana İnanmır. 

İnsandakı Mütləqiliyə İnanırıq. 

İnsanlaşırıq – İnsanlaşdırırıq. 

Ruhaniyyatı Maddiyyatdan Üstün sayırıq. 

Cəmiyyətçiliyə qarşıyıq, Xəlqi Birlik carçısıyıq. 

Təqlidçiliyə, Qərbçiliyə qarşıyıq. 



Yurdumuzu Dünyalaşdırmaq istəyirik – Dünyaya qatmaq istəmirik. 

“Ruhçu“  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



21 İnam günü, Köçəri Ay, 14-cü il. Bakı. 

 


 

384


EVLADIM  ƏRAMALA 

Amal Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Dinə qarşı duran İnamçılar. 

Zamana qarşı duran İnsançılar. 

Ruhsuzluğa qarşı duran Ruhçular. 

Xalqsızlığa qarşı duran Xalqçılar. 

Təqlidçiliyə qarşı duran Özümçülər. 

İdrak Ərləri. 

Mənəviyyat Ərləri. 

İradə Ərləri. 



“Əramal”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən böyük Fərəhimiz yoxdur! 



27 Murad günü, Köçəri Ay, 14-cü il. Bakı. 

(Yaşamda adı Firqət oğlu Vəzir idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  GÖYANDA 

Göy Andlıyıq. 

Amal Andlıyıq. 

İnam Andlıyıq. 

İnsan Andlıyıq. 

Yurd Andlıyıq. 

Mütləq Andlıyıq. 

Göysüzlüyə qarşı Ruhani Döyüş Andlısıyıq. 

Amalsızlığa qarşı Ruhani Döyüş Andlısıyıq. 

İnamsızlığa qarşı Ruhani Döyüş Andlısıyıq. 

İnsansızlığa qarşı Ruhani Döyüş Andlısıyıq. 

Yurdsuzluğa qarşı Ruhani Döyüş Andlısıyıq. 

Mütləqsizliyə qarşı Ruhani Döyüş Andlısıyıq. 

“Göyand”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Mustafayeva Aynur idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ƏRİNAMA 

İnam Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Mütləqilik Ərləri – Əzəlilik, Əbədilik, Sonsuzluq. 

Kamillik Ərləri. 

İnsanilik Ərləri. 



 

385


Xeyir Ərləri. Ədalət Ərləri. Həqiqət Ərləri. 

Yurdçuluq Ərləri. 

Şərqçilik Ərləri. 

Dinə qarşı duran. 

Zamana qarşı duran. 

“Ərinam”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Elşad idi. Döndü). 

 

EVLADIM  ƏRRUHA 

Ruh Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Təmənnasızlar, Fədakarlar. 

İnam Aşiqləri. 

İdrak Aşiqləri. 

Mənəviyyat Aşiqləri. 

İradə Aşiqləri. 

Yurd Aşiqləri. 

İnsançılar. 

Mənaçılar. 



“Ərruh“  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Əlövsət Əsəd oğlu idi. Döndü). 

 

EVLADIM  GÜNƏRƏ 

Saflıq Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 



Gün kimi saf ərlər gərək. 

Saf İnam Ərləri gərək. 

Saf İdrak Ərləri gərək. 

Saf Mənəviyyat Ərləri gərək. 

Saf İradə Ərləri gərək. 

Yurdçuluq Saflığı gərək – Gün kimi. 

İnsançılıq Saflığı gərək – Gün kimi. 

“Günər”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



28 İnam günü, Köçəri Ay, 14-cü il. Bakı. 

(Qeyd: Yaşamda adı – ?.. Ocaqda olmayıb). 


 

386


EVLADIM  ODTƏKİNİN  TƏMSİL  ETDİYİ 

     ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Odtəkinin Təmsilçilik Yükü Təqdir olunur. 

3. Ata Hökmləri həyata keçməli: Ailə Böyüməli; Fikir Evi Ucalmalı; 

Ruhani Əməl Xalqlaşmalı. 

4. Mütləq özümləşmə Məqsədinə çatmalı. 

Qaranlıqlar Yarılsın! 

2 Ümid günü, Günəş Ayı, 15-ci il. Bakı. 

(Odtəkinin təmsil etdiyi Ailə – ona qədər Özümlünün təmsil etdiyi Ailə idi). 

 

EVLADIM  ULUNURA 

Həyat Qaranlığını Amal Nuruyla Yarmaq gərək! 

İnam Nuru olmalıyıq – Din Qaranlığını Yaran! 

İdrak Nuru olmalıyıq – Zor Qaranlığını Yaran! 

Mənəviyyat Nuru olmalıyıq – Həqarət Qaranlığını Yaran! 

İradə Nuru olmalıyıq – Cəmiyyət Qaranlığını Yaran! 

Mütləqçi Nuru olmalıyıq – Nisbiçiliyi Yaran! 

İnsançı Nuru olmalıyıq – Dövrançılığı Yaran! 

Şərqçi Nuru olmalıyıq – Təqlidçiliyi Yaran! 

Xalqçı Nuru olmalıyıq – Yadlığı Yaran! 

Müstəqilçi Nuru olmalıyıq – Əsarəti Yaran! 



“Ulunur“  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



3 Günəş Ayı, Dözüm günü, 15-ci il.  

(Bu  adı  almalı  olan  adam  “Yas  Günü”  Mərasiminə  gəlmədi,  Evladlığa 

qəbul olunmadı). 

28 Dözüm günü, Çiçək Ayı, 15-ci il.  

 

EVLADIM  UCARUHA 

                     Ruh Ucalığı gətirməliyik Yurdumuza,  

                     Şərqimizə, Dünyamıza. 

İnam Ucalığı. 

İdrak Ucalığı. 

Mənəviyyat Ucalığı. 

İradə Ucalığı. 

Mütləqçilik Ucalığı. 

İnsançılıq Ucalığı. 

Ruhçuluq Ucalığı. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə