Microsoft Word Kutsal quruculuq


EVLADIM  SOYLUNUN  TƏMSİL  ETDİYİ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə112/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   108   109   110   111   112   113   114   115   ...   133

 

391


EVLADIM  SOYLUNUN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə nail olmaq. 

3. Mütləq Səcdə – Mütləq İntizam – Mütləq Doğmalıq Vəhdətinə nail 

olmaq. 

4. Ocağa Evlad gətirmək. 



Qaranlıqlar Yarılsın! 

29 Mərhəm günü, Çiçək Ayı, 15-ci il. Bakı. 

 

EVLADLIQ  MƏRASİMİ  HAQQINDA 

1. Mərasimin Məzmunu: 



Evladların Ocaqçılıq hesabatları: –  Amallaşma, İnsanlaşma, 

Xalqlaşma. 

Evladlığa Qəbul. 

Ata Sözü. 

Ruhani Sənədlər. 

2. Mərasimin yazısı Safruha tapşırılır. 

3. Yazı İşıq Ayının 25-də Ataya Təqdim olunur. 



 

EVLADLARIN  HESABATİZHAR  ƏMƏLİ 

Amallaşma İzharı: 

Mütləqə İnamı nə səviyyədə Özümləşdirmişəm? 

Özüylə Döyüşü nə səviyyədə Özümləşdirmişəm? 

Ruhani Cəmiyyət İdealını nə dərəcədə Özümləşdirmişəm? 

Müstəqil Vətən İdealını nə dərəcədə Özümləşdirmişəm? 

Özümlü Şərq İdealını nə dərəcədə Özümləşdirmişəm? 

    İnsanlaşma İzharı:  

Vicdançılığa nə səviyyədə Yüksəlmişəm? 

Təmənnasızlığa nə səviyyədə Yüksəlmişəm?  

Fədakarlığa nə səviyyədə Yüksəlmişəm? 



Xalqlaşma İzharı: 

Öyrəndiyimi nə dərəcədə öyrətmişəm? 



17 Arzu günü, İşıq Ayı, 15-ci il. Bakı. 

 

EVLADIM  ƏRRUHA 

Dünya Pulçuluğa qurşanıb – Dünyanın xilası Ruhçuluqdur. 

Dünya Siyasətçiliyə qurşanıb – Dünyanın xilası İnsançılıqdır. 

Dünya Dinçiliyə qurşanıb – Dünyanın xilası İnamçılıqdır. 



Ruh Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Mütləq İnam Ərləri. 




 

392


Mütləq İdrak Ərləri. 

Mütləq Mənəviyyat Ərləri. 

Mütləq İradə Ərləri. 

Özüylədöyüş Ərləri. 

Ruhani Cəmiyyət Ərləri. 

Müstəqil Vətən Ərləri. 

Özümlü Şərq Ərləri. 

“Ərruh”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



(Bu  adı  alacaq  şəxs  adı  aldı,  Evlad  oldu  və  Ocaqdan  çıxdı.  Həyat-

dakı  ad-soyadı  bilinmədiyinə  görə  Ocaqdan  çıxmağı  barədə  Ruhani 

Hökm yazılmadı). 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ UNİVERSİTET   

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Ailə Yüksəlişə nail olub. 

3. Bədiyyatla Təmas davam etdirilsin – Ədəbi məclisdən fərqli şəkildə.  

4. Vicdançılıq, Təmənnasızlıq, Fədakarlıq Kamilliyinə çatmağa 

yönəlsin Ailə Əməli. 

5. Müqəddəsat daha dəqiq öyrənilsin. 

6. Dərgi bərpa edilsin. 



 

ASİF  ATANIN  “QANAD”  AİLƏSİNİN “FİKİR EVİ”NƏ  XEYİR-DUASI 

Evladlarıma Müqəddəslik Ucalığı Tələbiylə 

Ürəyinizdə Günəş olsun! 

Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, əgər dünya əvvəlki kimi siyasətə 

tapşırılacaqsa,  Ruhaniyyata  tapşırılmayacaqsa  –  o,  məhv  olacaq! 

    Qoy  “Fikir  Evi”nə  gələnlər  bilsinlər  ki,  əgər  dünya  maddiyyatçılığa 

tapşırılacaqsa, İnsaniyyatçılığa tapşırılmaya-caqsa – o, məhv olacaq! 

Qoy  “Fikir  Evi”nə  gələnlər  bilsinlər  ki,  əgər  dünya  əvvəlki  kimi  dinə 

tapşırılacaqsa, İnama tapşırılmayacaqsa o, məhv olacaq! 

    Dünyanın dünya səviyyəsində xilası yoxdur. 

Dünyanın dünyadan üstün səviyyədə xilası var. 

Gərək  dünya  Vicdançılıq  əsasında  təzədən  qurulsun  və  bu  qurum  İn-

sanın daxilində, ağlın və ürəyin əməlində yaşasın. 

Siyasət – Vicdançılıq tanımır. Siyasətdə İnsan özünə sahib olmur. 

Siyasət  həmişə  İnsandan  keçir.  Və  Mahiyyətcə  cəzaçılıq  Vicdançılığı 

rədd  eləyir.  Bu  səbəbdən  də  cani  cəzalandırılır,  cinayət  yaşayır. 




 

393


    Siyasət  –  Təmənnasızlıq  tanımır.  Siyasət  –  özü  təmənna  əməlidir, 

mənfəət və fürsət əməlidir. 

Siyasət – Fədakarlıq tanımır, faydalıq tanıyır. 

Siyasətin yaratdığı dünya – göz qabağındadır. 

Tamam başqa dünya yaranmalıdır – İnsan üstə köklənən. 

Maddiyyatçılıq  –  Maddiyyatın  İnsan  üzərində  hakimliyidir;  vasitənin 

məqsədə çevrilməsidir. 

Maddiyyatçılıqda  İnsan  özündən  ayrılır;  ömrünün,  gününün  yönü, 

ahəngi  zahiriyə,  keçiciyə  pərçimlənir  və  İnsani  Dünya  öz  ahəngini  itirir, 

yönünü azır. 

Ruhani  Dünya  gərəkdir  İnsana.  Yəni  İnam  Dünyası,  İdrak  Dünyası, 

Mənəviyyat Dünyası, İradə Dünyası. 

Din  –  yalançı  inamdır,  cəfəngiyyatçı  inamdır,  cənnətçi  inamdır, 

cəhənnəmçi inamdır, İnsanı alçaldan inamsızlıqdır. 

Dünya İnam üstə köklənməlidir. 

İnsanın Mütləqiliyi təsdiq olunmalıdır. 

Onun üzərindən xurafat hakimliyi götürülməlidir. 

Allah  hökmdarlığı,  qorxusu  ləğv  olunmalıdır  İnsan  həyatından 

həmişəlik. Həm də ateizm hərcayiliyi silinməlidir həyatdan! 

Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, Ocaq Tələbi var – tarixin fövqün-

də, bugünkü Qərbçiliyin, İslamçılığın fövqündə. 

Çətin Uğurlar Ocağı Tələbi var; Məşəqqətli Yol Ocağı Tələbi var. 

Dünyanı, Zamanı ötmək Tələbi var – Qədimliyimizdən gələn; 

Əzəli, Əbədi, Sonsuz, Kamil Ocaq Tələbi. 

Ölkəmizin Ocaqyurd səviyyəsi Tələbi var. 

Qaranlıqlar Yarılsın! 



28 Qismət günü, İşıq Ayı, 15-ci il. Bakı. 

 

 

ODQORUYANLAR  ƏMƏLİ 

Evladlarım – Yurdçunun, İnamçının, Ruhçunun, İşıqlının timsalında 

Odqoruyanlar Əməli yaranır. 

31 Arzu günü, İşıq Ayı, 15-ci il. Bakı. 

 

BEYLƏQAN  AİLƏSİNİN  FİKİR  EVİNİN HESABATI  HAQQINDA 

1. Beyləqanda Ruhani hünər ərəfəsi yaranır – Qaranlıqları Yaran. 

2. Həmin ərəfədən İrəliləmək – Hünərə çatmaqdır. 

Həmin ərəfədən geriləmək – hünəri itirməkdir. 



1 Şölə Ayı, Ümid günü, 15-ci il. Bakı. 

 

 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə