Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


ATASININ MƏCNUNLA VİDALAŞMASI



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə45/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   83
Leyli ve Mecnun

ATASININ MƏCNUNLA VİDALAŞMASI
Atası görüncə dərdli oğlunu,
Eşqin girdabında boğulduğunu,
Kəsdi umudunu ondan büsbütün;
О qızdırma sapı düşmüşdü düyün...
Dedi: "Ey ciyərim, ciyər neştərim,
Ey boyun zəncirim, ey taci-sərim,
Əlacsız dərdini duydum ürəkdən,
Səndən də əl üzdüm, özümdən də тэп .
Atan əldən düşdü, insafa gəl sən,
Gəl tut məhəbbətlə onun əlindən,
155


Qalx, sanl boynumdan, qurbamn olum, 
Üzüm göz yaşınla islansın, oğlum. 
Səfər qüslüm olsun о göz yaşlan,
Səfər beşiyində dinc yatım, ban. 
Aynlıq dəmidir, halıma yan bir, 
Gözümə sürmə yox, mil çəkilmişdir. 
Naz vaxtı deyildir, qucaqlaşaq gəl, 
Səndən tuşə alım səfərdən ə w ə l100 
Köçümü yığmışam dünyadan bu dəm, 
Başqa bir aləmə köçüb düşmüşəm. 
Sənin fikrindən də deyiləm uzaq, 
Ölürəm, dərdinlə ölürəm, ancaq 
Çox əziz olsan da gözüm kimi sən, 
Atam bir daha görməyəcəksən.
Əlvida, səfərə hazıram artıq, 
Gedər-gəlməzədir bu son aynlıq. 
Əlvida, aynlıq zamam yetdi,
Biz gecikib qaldıq, karvansa getdi". 
Qurtardı atanın vida sözləri,
Oğluyla görüşüb qayıtdı geri.
Pərişan atamn üzündə kədər,
Ölümcül, evinə gəldi bir təhər.
Zəiflik üzündən о iki-üç gün 
Qüssəylə keçindi vücudu ölgün.
Birdən baş qaldırdı pusqudan əcəl,
О öldü murada çatmazdan əw əl.
Onun səma quşu çıxdı qəfəsdən,
Sidqin budağında о tutdu məskən 
Göylərdən törəyən göylərə yetdi, 
Toфaqdan olan da toфağa getdi. 
Asudə odur ki, ay tək hər zaman 
Bu yandan çıxaraq, batsın о yandan. 
Bağlamb qalmasın qüssə evinə,
Şimşək tək parlayıb о sönsün уепэ.
Beş günlük dünyanın mənzilində sən 
Çox rahatlanma ki, zillət çəkəsən.
Qoy bilsin bu kənddə mənzil tikənlər
156


Yoxdur bu aləmdə dinclikdən əsər. 
Ölməz can qurtaran bu daş hasardan 
Onunçun ölmüşdür bu dünya, inan. 
Mələk surətində bir divdir aləm.
Səni məhv etməyə çalışır hər dəm 
Dolmuşdur dünyanın kasası qandan,
О qan da süzülür öz bağnmızdan. 
Dünyada həmdəmin olsa da hər kəs, 
Ömründə şad olub sifəti gülməz,
Bu divlər yatağı yer deyil, inan,
Sel yolu tutmuşdur, qalx bu yataqdan. 
Dünyanın ağzı bir xurmaya oxşar, 
Əfsus, öpüşündə acı tikan var.
Sərvini bitirmə bu çəməndə sən 
Suyu duz, otu da qılıncdır, bilsən. 
Bəsdir bu dünyadan yediyimiz qəm, 
Çoxmu qamçısını vuracaq aləm?
Aləmi şad keçir, bil, aləm budur, 
Çəkmə dünya qəmi, əsil qəm budur. 
Əliuzun olsa bir oğru əgər,
Girib xəzinədən gövhərlər çəkər. 
Xəzinəni atıb, kim yesə toфaq,
O, ağıllı deyil, ilandır, ancaq101.
Yaşa ki, dünyaya işıq verəsən,
Toфağa göz tikmə ilan kimi sən. 
Ömürdən bərk yapış, ömürdür məqsəd, 
Ömürsüz dünya da boş qalır, əlbət. 
Yaxşı-yaman gündə gümüş çox yarar, 
Min gəmi ləngəri onunla sınar.
Əlində saxlama, quyu tək, van, 
Dəyirman daşı tək üyüd onlan.
Aldığın hər şeyi payla dünyada,
Belə abad olub bizim dünya da 
Hərdən bir əl iyi qayırsan da sən,
Ox da yon hazırla, dünyada bəzən. 
Yüksüz bir adamdan alınarmı bac? 
Xaraba bir yerdən alınmaz xərac.
157


Boş-bikar oturma heç yerdə bir an, 
Bari əl-qolunu oynat yalandan.
Heç yerdə qəflətlə gəl tutma qərar, 
Hərdən bir bağınb hay-küy də qopar. 
Əli boş insanlar qəm çəkər, bişək, 
Beldən şikəst olsun gücsüz bir eşşək. 
Səninlə cıdıra çıxanlara bax,
Y an yolda qalan bir sənsən ancaq.
О Kəyan şahlan, о peyğəmbərlər 
Dünyanı qullara qoyub getdilər.
Gör bu qövm kimdir, kim idi onlar, 
Gör kimin yerində kim tutdu qərar. 
Yaxşılıq etməsən əgər insana, 
Böyüklük şərəfi verilməz sana. 
Yaxşılıq eyləyib, qorx yamanlıqdan, 
Yaxşılıq gətirər yaxşılıq hər an.
Sənə pislik edən özündən küssün, 
Çünki öz canına qıymış о düşgün. 
Quyuya salsan da yaxşılığı, bil,
Yenə qayıdacaq, о itən deyil.
Нэг yaxşı-yamana qoca dünyada 
Gələr fələklərdən bir əksi-səda.
Kim dağa simni söyləsə əgər,
Dağ eşitdiyini geriyə verər.
Qalxıb ucalsan da sonsuz göylərə, 
Ağlı başında ol, düşün bir kərə.
Heç kəs bu fələkdən baş çıxarmamış, 
Heç kəs bu kitabı sona varmamış. 
Araba, mancanaq daşını heç kəs 
Fələk divanna söykəyə bilməz, 
Çünki о torpaqdan, yerdən uzaqdır, 
Yerin tənəsindən pak duracaqdır. 
Dünya karxanadır, xor baxma ban, 
Bu dibsiz quyuya düşdü çoxlan. 
Dərindir, çuxurdur dediyim quyu, 
Sən oyuncaq yeri zənn etmə bunu. 
Bil ki, bu quyudan çəkilməsən sən,
158


İpin buraxılsa daima əldən,
Bu sallaxanadan qurtulmaq olmaz,
Bari bu hikməti dərk elə bir az.
Harda bir abadlıq görsən bərqərar,
Ilki də, sonu da xaraba olar.
Daim xaraba da olsa bir diyar,
Bil ki, abadlıqdan onda nişan var.
İstər xarab olsun, istərsə abad,
Daimi binövrə qoymamış ustad.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə