Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə1/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   83
Leyli ve Mecnun



NİZAMİ GƏNCƏVİ
LEYLt

MƏCNUN
"LİDER NƏŞRİYYAT" 
BAKI-2004


Bu əsər "Nizami Gəncavi. Leyli və M əcnuri’ (Bakı, Yazıçı, 1982)
kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
Tərcümə edəni: 
Səməd Vurğun
İzahlann müəllifi: 
Mübariz Əlizadə
fılologiya elmləri doktoru, professor
Ön sözün müəllifi
Və elmi redaktor: 
Xəlil Yusifli
fılologiya elmləri doktoru, professor
894.361'1-dc 21 
AZE
Nizami Gəncəvi. Leyli və Məcnun. 
Bakı, "Lider nəşriyyat", 
2004,
288 səh.
"Leyli və Məcnun" "Xəmsə"nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim 
məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldımıışdır. 
Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli 
incisinə çevrilmişdir.
ISBN 9952-417-04-5
© "LİDER NƏŞRİYYAT", 
2004.


A zərbaycan Respublikasım n Prezidenti 
İLHAM Ə LİYEVİN 
“A zərbaycan dilində latm qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilnıəsi haqqm da”
12 yanvar 2004-cü il tarixli sərəncam ı 
ilə n əşr olunur və ölkə kitabxanalarına 
hədiyyo edilir


İNSAN DÜHASININ ƏLÇATMAZLIQ NÜMUNƏSİ
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi dünya 
ədəbiyyatımn nadir ədəbi simalanndan biridir. Onun poeziyasında hər bir 
mövzu və hadisə mütəfəkkir şair qəlbindən keçərək, dərin ictimai və fəlsəfi 
məzmun almışdır. "Sirlər xəzinəsi", "Xosrov və Şirin" poemalanndan sonra 
"Leyli və Məcnun" mövzusunda əsər yazan şair bu mövzudan istifadə edərək, 
insan və zaman, təbiət və cəmiyyət hadisələri ətrafında rəngarəng 
düşüncələrini əks etdirmişdir. Belə bir mövzuda əsər yazmağı ondan Şirvan 
şahı Axsitan xahiş etmişsə də, Nizami heç də ancaq dövrün şahlanm təmin 
edəcək əsər yaratmamış, daha çox öz narahat düşüncələrini qələmə almışdır.
Nizami Gəncəvi 1188-ci ildə dörd ay müddətinə yazıb başa çatdırdığı 
"Leyli və Məcnun" poemasım işləyərkən bu mövzu ətrafında ciddi axtanşlar 
aparmış, mənbələrlə tamş olmuşdur. Axsitan ondan bu "gəlini" fars və эгэЬ 
bəzəyi ilə bəzəməyi tələb edərkən də məhz Leyli və Məcnun mövzusu ilə 
əlaqədar farslar, ərəblər arasında geniş yayılan əfsanə və rəvayətiəri nəzərdə 
tutmuşdur. Əfsanələr, rəvayətlər isə hər hansı bir hadisə, fakt əsasında 
yaradılmış bədii sözdür.
Nizami Axsitam düzgün başa düşərək, mənbələri diqqətlə öyrənir. 
Öyrəndiklərini sədaqətlə ümumi poetik axına yönəldir, yeni qəlibə, yeni 
formaya salır. Şair "o farsdan doğulan əfsanə yaradan ərəbin halından belə 
xəbər verir" və başqa bu kimi qeydlərlə Axsitamn "ərəb və fars bəzəyi" 
tələbinə riayət etdiyini nəzərə çatdınr. Burada ərəblərə və farslara məxsus 
baxışlar, görüşlər, poetik zövq, şairanə deyimlər də nəzərə alına bilərdi. 
Nizaminin "fars və ərəb bəzəyi" anlayışım məhz göstərilən mənada anladığım 
onun poeması və эгэЬ mənbələrinin bu əfsanə ilə əlaqədar qeydlərinin 
müqayisəsi də təsdiq edir.
İbn Küteybə, Əbülfərəc İsfahani, Əl-Valibi kimi müəlliflərin əsərləri ilə 
Nizami poemasım müqayisə edən alimlər bu qənaətdədirlər ki, Nizami bu 
ölməz əsərini yazarkən həmin müəlliflərin əsərlərindən faydalammşdır. Şair 
İran və Azərbaycanda da geniş yayılan əfsanələrdən bəhrələnməmiş deyildir. 
XI əsr Azərbaycan şairi Qətran Təbrizinin tez-tez sadiq, nakam sevgililər 
kimi Leyli və Məcnunu xatırlaması göstərir ki, Leyli və Məcnun haqqındakı 
əfsanə ədəbi dairələrdə
5


Nizami əsəri yazılandan çox-çox əw əl məlum və məşhur imiş. Qətramn 
özünün də Məcnun haqqında эгэЬ mənbələrindən məlumat alması 
mümkündür. Onun bu məsələdə sərbəst hərəkət etməsi, oxucuya məlum, 
məşhur hadisə kimi Leyli və Məcnunu xatırlaması isə əfsanənin эгэЬ 
mənbələrindən əlavə ədəbi ictimaiyyət arasında da geniş yayıldığım təsdiq 
edir. XI əsr İran şair və nasiri Nasir Xosrov da bu əfsanənin maraqlı 
olduğuıuı qeyd edir, lakin onu daha çox bədəvi ərəblərin mühiti ilə 
əlaqələndirir, Taifdə Leylinin yaşadığı qəsrin xərabələrini göstərdiklərini, 
maraqlı hekayələr damşdıqlanm yazır.
Nizaminin poemasında mövzunun bəlli, məşhur olması dəqiq göstərilir. 
Onu Axsitan da, Nizaminin oğlu Məhəmməd də yaxşı bilir, anlayırlar. 
Axsitan Məcnunun böyük eşqini, bu mövzunun bütün sözlərin şahı olduğunu 
yazır. Şairin oğlu 14 yaşlı Məhəmmədin qeydi daha maraqlıdır. Onun 
fikrincə, "bu gözəl mövzuda böyük sənət var". Nizami özü isə onu "aləmə 
bəlli bir ayə" sayır, başqa sözlə, əfsanənin yazılı və şifahi şəkildə çox geniş 
yayıldığım etiraf edir. Nizami gah oğlu Məhəmmədin dililə, gah öz sözləri ilə 
bu məşhur əfsanənin bədii əsər kimi işlənmədiyini, çılpaq qaldığım da yazır:
Harda ki eşq əli bir süfrə açar,
Bu gözəl hekayə ona duz saçar.
Bu qədər nazəndə, incə bir dilbər,
Nədən çılpaq qalsın bu vaxta qədər?
Onu bəzəməmiş arif əlləri,
Odur ki, çılpaqdır о gözəl pəri.
Maraqlıdır ki, həm Axsitan, həm də şairin oğlu Məhəmməd bu mövzunu 
Nizaminin hünərinə layiq, ona məhrəm hesab edirlər. Belə çıxır ki, Axsitamn 
bu mövzuda Nizamidən əsər xahiş etməsi özü də Nizami yaradıcılığına bələd 
olmağından, dahi şairin ruhən bu mövzuya yaxınlığından irəli gəlir. Sözün 
sərrafı olan Axsitan Nizami irsi ilə "Leyli və Məcnun" mövzusu arasında 
yaxınlıq, doğmalıq hiss etdiyindən ondan məhz bu mövzuda əsər yazmağı 
istəyir. Anlaşılır ki, poema sifarişlə yazılsa da, onun məşhurluğu və məhz 
Nizami dühasına yaxınlığı belə bir əsərin meydana çıxmasına səbəb 
olmuşdur.
Nizaminin bu mövzunu işlərkən yerli folklor mənbələrdən başqa, yazılı 
qaynaqlardan da geniş istifadə etməsi əsər boyu özünü aydın hiss etdirir. 
Poemanı эгэЬ mənbələri ilə müqayisə etdikdə görürük ki,
6


Nizami Leyli və Məcnun haqqındakı xırda və pərakəndə, qura və bədii 
cəhətdən sönük olan müxtəlif rəvayətləri böyük ustalıqla birləşdirmiş, demək 
olar ki, heç nəyi atmamış, lakin sənətin sərt qanunu əsasında onu sistemə 
salıb, kədərli və əzəmətli bir söz abidəsi yaratmışdır. Böyük söz ustası 
mövzunun imkanlanndan istifadə edərək həyat, insanlar, onlann əxlaqı, 
rəftan, əməlləri barədə narahat düşüncələrini qələmə almışdır.
Nizami insan və zaman probleminə, bu problemin ayn-ayn cəhətlərinə 
poemada dönə-dönə toxunur. Dahi şair doğra qeyd edir ki, insanda hələ 
nöqsanlar vardır. Bununla ЬэгаЬэг, о, insam yaxşılığa, gözəlliyə səsləyir. 
Yaxşı sözü yaman sözdən iistiin tutan şair zamamn eyiblərini də çəkinmədən 
romantik bir pafosla dilə gətirir.
Bir çox sifətlər var insanda hələ,
Almasan yaxşıdır onlan dilə.
Pis sözü ağzına alınca insan,
Qamında öldürsə yaxşıdır, inan.
Bu dünya dolamb döndükcə razgar,
Qoy səndən yaxşı söz qalsın yadigar.
Nizaminin poeması bu həqiqəti sübut edir ki, zaman insana ziddir. Lakin 
insan zamana qalib gələcək. Qurbanlar, faciələr hesabına olsa da, insan 
dünyam insaniləşdirəcək, zamam dəyişdirəcək, zaman özü də dəyişəcəkdir. 
Həyatın və təbiətin öz dialektikası var; xərabə olan abad olacaq, pis olan 
yaxşılaşacaq.
Daim xaraba da olsa bir diyar,
Bil ki, abadlıqdan onda nişan var.
İstər xarab olsun, istərsə abad,
Daimi bünövrə qoymamış həyat.
Bu dialektik düşüncələr göstərir ki, Nizami insanın zaman üzərində 
qələbəsinə, indi ağa olamn sabah məhv olacağına, bu gün faciə qurbanı 
olamn sabah vüsala və sevincə yetişəcəyinə inanmışdır.
"Leyli və Məcnun" poeması insan və zaman mövzusu ətrafında şairin 
düşüncələrindən ibarət möhtəşəm bir poeziya ümmanıdır. Nizaminin "Leyli 
və Məcnun" poeması ancaq nakam bir eşq macərasımn nəzmə çəkilməsi 
deyil, bəlkə daha çox bu mövzudan istifadə edərək
7


dünya və insan haqqında yaradılmış bədii- fəlsəfı bir əsərdir. İnsan düşünə 
bilər ki, bütün bu söhbətlərin "Leyli və Məcnun" mövzusu ilə nə əlaqəsi var. 
Ancaq şairin əsərini diqqətlə oxusaq, anlayanq ki, bu rəngarəng düşüncələr 
birbaşa "Leyli və Məcnun" mövzusu ilə bağlıdır. Şair əsərin həm əwəlində, 
həm də əsər boyu müxtəlif yerlərdə müxtəlif üsullarla həyat, dünya, dövrün 
insanlan, onlann amallan, səviyyələri, əməlləri haqqında söhbət açır, bu 
söhbətləri də mövzuya yad, kənar bilmir.
Ey varlıq nəqşinin naziri olan,
Qaldır əngəlləri idrak yolundan.
Boş təbli döyərək hay-haray salma,
Heç kəsin səsinə biganə qalma.
Bir toz görünsə də hər zərrə əgər,
Dünya pərdəsində о da iş görər.
İdrak yolundakı əngəllər deyilmi Leylinin, Məcnunun faciəsinin səbəbi? 
Dünya pərdəsində hər zərrənin bir iş gördüyünə biganəlik deyilmi bu faciəni 
törədən? Şair bu fikirdədir ki, qəflət, nadanlıq, biganəlik, insanın öz 
vəzifəsini bilməməsi onun həyatını zəhərləyir, onu düzgün hərəkət etməyə 
qoymur. Nizamiyə görə, insan dünyaya dünyanın mahiyyətini anlamaq, 
öyrənmək üçün gəlmişdir.
Qısa söz; dünyada nə sən, пэ də mən 
Oyuncaq deyilik xilqətimizdən.
Nə şəhvət, nə yuxu, пэ də ki yemek 
Həyatın mənası olmasın gərək.
Yatmağı, yeməyi bu aləmdə sən 
Eşşək, öküzdə də görə bilərsən.
Təbiət quranda xilqətimizi,
Başqa səhifədə yazmışdır bizi.
Nizami insandan ayıq olmağı, öz insanlıq vəzifəsini yaxşı başa düşməyi, 
yerlərin, göylərin sirlərini öyrənməyi tələb edir; İnsan dünyaya пэ üçün 
gəlmişdir? Onun burada vəzifəsi nədən ibarətdir? Peyğəmbərə müraciətlə 
deyilən aşağıdakı iki misra bəlkə də poemada qaldınlan mətləblərin ana 
xəttini təşkil edir:


Biz kimik, neçiyik, aç göstər artıq,
Büt qayıranmıyıq, büt qıranmıyıq.
Allaha yalvanşlannda da şair dünya və insan haqqındakı düşüncələrindən 
aynla bilmir. Dövründən, bü dövrün mətləblərindən danışan zaman alov 
püskürür.
İlahi, dar gündə sən ol həmdəmim,
İstədiyin yerə çatsın qədəmim,
Söylə nə vaxtadək bir tikə üçün 
Şaha və gədayа уalvanm hər gün...
Vəfasız yaranmış ЬйШп qapılar,
Bir sənin qapında vəfa tapılar.
Bu sətirlər təkcə Allaha məhəbbətin ifadəsi deyil, həmçinin də şairin 
dövrü, onu əhatə edən mühit, insanlar haqqında narazılıq dolu narahat 
düşüncələridir.. Məcnunu, Leylini, onlan əhatə edən adamlan da bədbəxt 
edən, kədər və göz yaşlan ilə üzləşdirən məhz həmin mühit və insanlardır. 
Həyat elə quralmuşdur ki, insanlann içi dərdlə, kədərlə doludur. Burda isə 
həm də bir ixtiyarsızlıq vardır. Məcnunun atasına verdiyi cavablardan 
aşağıdakı misralara diqqət edək:
Daşlan əridər çəkdiyim kədər,
Kim öz ürəyinə sıxıntı istər?!.
Məni pis taleyim təqib edir, bil,
Heç kəs bədbəxtlikdən qurtaran deyil.
Yaxud:
Məzlum mən deyiləm yalmz bu yerdə,
Yüzləri düşmüşdür mən düşən dərdə.
Filin vücudundan milçəyə qədər,
Bu zülmü çəkməyən varmıdır məgər?
"Leyli və Məcnun" poemasında Nizami əsərdəki hadisələrlə bağlı iki 
müstəqil hekayə də vermişdir ki, bu hekayələr poemamn əsas ideyası ilə 
birbaşa bağlıdır. Bunlardan эп məşhura "İt saxlayan padşah" hekayəsidir. 
Çox vaxt bu hekayə əsərin əsas mövzusu ilə о qədər də bağlı olmayan bir 
əlavə kimi şərh olunur. Əslində isə həmin hekayə əsərin ideyası ilə birbaşa 
əlaqəlidir və ancaq dövrün şahlarının zülmkarlığım tənqid etmək üçün 
qələmə alınmış bir hekayə deyil; on il şaha sədaqətlə xidmət eləyən, ancaq 
sonra şah tərofindən quduz və yırtıcı itlərə atdın
9


lan gənc əslində Məcnundur. Çöldə Məcnunla dost olan, ona toxunmayan, 
əksinə, onu qorayan vəhşilər isə həmin quduz itlərdir.
Nizami bu fikirdədir ki, mövcud cəmiyyət, onun insanlan həmin yırtıcı 
itlər saxlayan və xoşu gəlməyən adamlan о itlərə atıb parçaladan padşaha 
bənzəyir, nəinki bənzəyir, elə onun özüdür. Bu baxımdan hekayənin sonunda 
Nizaminin dediyi aşağıdakı sözlər təsadüfi deyildir:
Bunu söyləməkdə bir məqsədim var,
Səxavət qələdir, o, can qorayar.
Məcnun bəslədikcə о heyvanlan,
Çəkdi dövrəsinə bir can hasan.
Hasar ətrafında gəzən hər heyvan 
Məcnunun işinə yaradı hər an.
Мэспипа bənzəsən insanlıqda sən,
Dünyada пэ qüssə, пэ qəm çəkərsən.
Nizaminin təsvirində zülmkar şahın yırtıcı itlərə atdığı gəncə nisbətən 
Мэспип daha yüksək insani sifətlərə malik olduğu kimi onu dəli, Məcnun 
adlandınb çöllərə salan, məhvinə səbəb olan cəmiyyət də həmin zalım 
padşahdan daha zalım, daha eybəcərdir. Quduz itlər saxlayan padşah 
tərəfindən itlərə atılan gənc şahın xasiyyətini bildiyinə görə itlərə baxanla 
dost olur, çünki şahın bir gün onu da itlərə atacağına şübhə eləmir.
Ancaq Мэспипип heyvanlara qayğı göstərməsində, onlara yem 
verməsində, ya da ahu və maralı ovçulann tonmdan xilas etməsində heç bir 
təmənna və məqsəd yoxdur. Onun bu hərəkətləri böyük sevginin, insanlığın 
təzahürüdür. Nofəlin Leylini almaq üçün apardığı müharibə uğursuzluqla 
qurtarandan sonra уепэ çöllərə üz tutan Мэспип ovçulann torana düşən ahu 
və maralı azad eləyir, onlarla dərdləşir:
Ata öz oğlunu əzizləyən tək 
Мэспип da maralı əzizləyərək,
Tutub sığalladı о dildannı,
Bağladı heyvamnyaralanm...
Dedi: "Həsrət çəkən dağlar maralı,
Sən də mi yanndan düşdün aralı?
Ey çöl qoşununun gözəl sarbam,
Dağlar döşündəki çadınn ham?
Xoş ətrin canandan gətirir xəbər,
Gözün sevgilimin gözünə bənzər.
10


Nizami Məcnundakı insanlığın, idrakın, sevginin пэ qədər güclü, fədakar, 
təmənnasız olduğunu, оп ш "idrak yolundakı əngəlləri" necə qətiyyət və 
cəsarətlə qaldınb kənara atdığım öz ecazkar sənətinin əlvan boyalanyla açıb 
göstərir.
Orta əsrlər şəraitində qadınlann oyamnası, insanlığım dərk etməsi və 
faciəsi Leyli surətində əks etdirilmişdir. Məcnun kimi sevən, yanan, duyan, 
onun kimi şəhid olan Leyli Məcnunun qadın tayıdır. Leylinin də faciəsi 
köhnəliyin öz yerini yeniliyə könüllü vermək istəməməsi üzündən, onun 
yeniliyə qarşı qəddar və amansız olmasından yaramr. Orta əsr feodalımn 
mütləq hakimiyyətinin hələ güclü olduğu, lakin sarsılmağa başladığı bir 
dövrdə Leylinin faciəsi təbii idi. Zaman onun insanlığım, hisslərini, mənəvi 
sərbəstliyini hələ qəbul etmir, bu barədə eşitmək belə istəmirdi: hələ ona əşya 
kimi baxır, onu bazara çıxanr, kim çox qızıl versa, ona da satırdı. Zaman belə 
qanun qoymuşdu ki, qadının düşünməyə, duymağa, sevməyə, seçməyə 
ixtiyan yoxdur, əgər o, müstəqil düşüncəyə malik olsa, namussuz hesab 
edilər, başı kəsilib itə atılardı, ancaq qanundan кэпаг istəyinə çatmağa imkan 
verilməzdi. O, əbədi dustaq - əbədi zindanda kədər və göz yaşlan içində 
boğulan, dərdlərindən damşmağa, hisslərini söyləməyə ixtiyan olmayan bir 
kölə idi. Leyli zahirən zəmanəsinin tələblərinə baş эуэп, əslində isə ona 
məğrar bir sükutla meydan oxuyan, оп ш istədiyi, dediyi kimi olmayan, 
şərrin zülmət gecəsində günəş kimi parlayan, içində insanlığın əbədi məşəlini 
gəzdirən bir insan kimi yaşayır. Hamıdan, hər kəsdən eşqini gizlətməyə 
çalışan Leyli hisslərin güclü tufamm özündən gizlətməyə, onu tamam 
susdurmağa, öldürməyə qadir deyildi və bunu Leyli özü də istəmirdi. Leyli 
istəmirdi ki, kölə vəziyyəti ilə banşan başqa qadınlar kimi olsun, düşmən 
dünyamn oyuncağına çevrilsin. O, zahirən belə yolla getsə də, həqiqətdə 
əsrinin qadınlanndan seçilir.
Əgər Мэспип mühitiə banşmadığım bildirərək çöllərə düşür, heyvanlar 
arasında yaşayırsa, düşməndən Мэспип, divanə adı almaqdan çəkinmirsə, 
Leyli də fbn Səlama həqiqi arvad olmamaqla, öz eşqinə sədaqətini qoramaqla 
özünü təsdiq edir. Poemamn ilk səhifələrindən başlamış ölümünə qədər Leyli 
sonsuz bir həsrətlə Мэспипи axtanr, onu görmək, onun şeirlərini eşitmək 
istəyir. Dərya-dərya qəmli göz yaşlan tökən Leylinin daim gözü yollarda, 
qulağı səsdədir. Dam üstə çıxıb oğrun-oğrun yollara baxması, düşmən 
tənəsindən qorxub gecələr odlu alılar çəkməsi, şam kimi yanması, acı-acı 
ağlaması,
11


tüstüsüz ocaq kimi alovlamnası onun məhəbbətinin güclü olmasından xəbər 
verir. Məcnunla bərabər Leylinin də adı dillərə düşür, bazardan gələn uşaqlar 
belə Leyli ilə Məcnunun məhəbbət qəzəllərini oxuyur, onlann şeirlərini bir- 
birinə çatdınrlar.
Leyli şeir yazmaqda, odlu, səmimi duyğulanm sənətkarlıqla ifadə 
etməkdə də Məcnundan geri qalmır. Leyli Məcnunu ölənə qədər bir an belə 
unutmur. Yaz vaxtı qızlarla gəzməyə çıxan Leyli bir küncə çəkilib Məcnun 
üçün göz yaşı tökür. Leyli Məcnuna nisbətən eşqini dəlicəsinə, coşğun 
büruzə vermir, о bəzən özünü Məcnundan daha artıq Məcnun adlandırsa, 
qadın olduğunu da etiraf edir. O, dərdlərini ürəkdə çəkməyi, zahirdə isə 
özünü başqa qadınlar kimi aparmağı bacanr.
Məcnun başqa qızla evlənmək təklifini qəbul eləmir, bu təklifi edənlərə 
acığı, qəzəbi tutur. Lakin Leyli belə deyil. О özünü о dərəcədə toxtaq, 
təmkinli apanr ki, başqasım sevdiyini ata-anasına demir, onu İbn Səlama эгэ 
verəndə etiraz etmir. Leylinin arxasınca bir çox adamlar düşüb var-dövlət 
hesabına onu satın almağa can atırdılar. Nizami Leylini bu şəkildə almağa 
çalışanlan dəllal adlandınr. Belə dəllallardan biri də qızılı qum kimi səpən 
İbn Səlam idi. Leyli İbn Səlama getməyə ona görə etiraz etmir ki, qadın 
ismətini, adım qoraya bilsin. Qadına münasibət orta əsrlərdə о qədər ciddi, 
sərt, о qədər ağır idi ki, Məcnuna layiq bir qız olmaq üçün də Leylinin əsas 
çıxış yolu bu idi. Leyli özünü Məcnundan artıq divanə saysa da, zaman onun 
qanadlanm daha qısa kəsmişdir:
Bəxtinin ulduzu batan aşiqdən 
Min dəfə şiddətli divanəyəm mən.
О hədəf oldusa bu dərdə, yasa,
Bir qadın deyildir о heç olmasa.
Sevda yollannda göstərir hünər,
Kimsədən nə qorxar, пэ də çəkinər.
Zavallı т э п э т ki, ürəyimdə qəm,
Dərdimi heç kəsə aça bilmirəm.
Qorxuram əhvalım pərişan ola,
Yaxşı adım belə çox yaman ola.
Bu parçada Leylinin eşqi də, faciəsi də çox dəqiq şərh edilmişdir. Qadın 
olmaq, qorxub çəkinmək, yaman ad qeydinə qalmaq, dərdi heç kəsə aça 
bilməmək onu Məcnunla ayaqlaşmağa qoymur.
12


Bəzən Leyli qadını min illərdir köləyə, hüquqsuz əşyaya çevirən qanunlar 
zəncirini qınb parçalamaq, daha azad nəfəs almaq haqqında düşünürsə, 
bunlar ilk düşüncələr olaraq qalır. Ata və ər qorxusu onu qanad açmağa 
qoymur.
Eşq ürək verir ki, sən də qanad aç,
Bu qarğa-quzğundan kəklik kimi qaç.
Ad ilə namussa: "torponmo"- deyər,
Tək uçan kəkliyi qızılquş уеуэг.
Bir qadın пэ qədər cəsur olsa da,
Yenə də qadındır adı dünyada.
Leyli üçün bu ilk düşüncələrin özü də böyük nailiyyətdir. Leyli düşdüyü 
vəziyyətlə banşıb qəmlərə boyun əysə belə, düşmənə təslim olmur.
Nizami bu poemada yaratdığı surətlər, təsvir və təhlil etdiyi hadisələr, 
mətləblər vasitəsilə dövrünün zəngin mənəviyyatlı insan obrazım, fikir, 
düşüncə və əxlaq mənzərəsini yaratmışdır. Hətta hər bir zərrənin müəyyən bir 
iş gördüyünü söyləyən ölməz sənətkann bu əsərində də ən epizodik surət belə 
mühüm ideya yükü daşıyır, dövrün insan xarakterlərini daha dolğun 
göstərməyə xidmət edir. Şairin əw əlki əsərləri kimi bu poema da həyatın 
özündən gələn zəngin fikir xəzinəsidir.
Dahi şairin "Leyli və Мэспип" poemasım böyük sənətkanmız Səməd 
Vurğun tərcümə etmişdir. Bu tərcümə haqlı olaraq Nizami əsərlərinin 
tərcümələri arasında эп yaxşılanndan biri, bəlkə də birincisi sayılır. 
Tərcümənin dilindəki təbiilik, yüksək bədiilik və axıcılıq onu oxuculara 
sevdirən əsas keyfiyyətlərdir. Nizami əsərindəki эп rənga-rəng poetik fikirlər 
Vurğun tərəfindən о qədər məharətlə tərcümə olunmuşdur ki, oxucu bir 
tərcümə əsəri oxuduğunu əsla hiss etmir.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə