Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə14/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   83
Leyli ve Mecnun

KEÇƏN ÖMRÜ UNUTMAQ
Yenəmi dərd çəkim sabahki qəmdən? 
Görüb bildiyimi damşmayım mən? 
Keçən günlərin də adını az tut, 
Yaxşısı budur ki, bir dəfə unut!
56


Bir qəlyanaltıydı keçən ömürlər.
Indi о keçmişdən qalmamış əsər.
Onlan köhnə bir səhifə düşün,
Dünən yazılmışlar yazılmaz bu gün.
Tutaq ki, yeddi göy, yeddi yeri sən 
Yeddi min il qalıb, bildin əzbərdən;
Axıra çatsa da bu yeddi min il,
Dünyamn axın görünən deyil.
Uzun da, qısa da olsa qəddimiz,
Yenə də ölməyə yaranmışıq biz.
Saqi, piyaləni ver səhər-səhər!
İçməmiş məst olum, mən üzügülər.
О şərab gün kimi şölələr salsın,
Quramuş çeşmələr ondan su alsın.
ALÇAQLIĞIVƏ YALTAQLIĞIRƏDD ETMƏK
Buz kimi donmaqdan gəl götiir sən əl,
Ölü siçan kimi suda axma gəl.
Gül kimi yumşaqlıq göstərmə, gerçək,
Olma ikiüzlü, bənəfşələr tək.
Tikan olmağın da öz məqamı var,
Yerli dəlilik də işə yarayar.
Bir kürdün eşşəyi Kəbədə itdi,
Kürd haray qopanb bir sual etdi:
"Bura ki, insansız boş səhralardır,
Eşşək yoxa çıxdı, пэ hekmət vardır?"
Deyib, arxasına baxdığı zaman 
Gördü eşşəyini, güldü şadlıqdan.
Dedi: "Ortalıqda itmişdi eşşək,
Mənim hay-küyümdən tapıldı bişək!"
Kürd qoparmasaydı hay-haray, əgər,
Nə eşşək qalardı, пэ yükdən əsər.
Huşsuzlar qalası dünyaya bax bir,
Daima zalıma mükafat verir.
57


Ömrü başa vurar şir ürəklilər,
Öküz ürəklidə olmaz bir hünər.
Saqi, şərabı ver, sən ol köməyim!
Bir su tök, od tutub yansın ürəyim!
Ver о şərabı ki, yuduqca daşı 
Parladıb eyləsin bir yaqut qaşı.
ZÜLMƏ QATLAŞMAMAQ
Neçin alçaqlara boyun əyirsən?
Oyuncaq olursan namərdlərə sən?
Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən razı qalırsan?
Qəlbi yumşaqlığı bir dəfə unut,
Çiynini dağ kimi ucalıqda tut!
Sən də süsən kimi ipəkdən olsan,
Səni saf toф aq da yaralar, inan!
Zəlillik йгэуэ ağnlar salar,
Zülmə dözənlərin sonu olar xar.
Tikan tək çiynində tut yarağım,
О vaxt qucaqlarsan gül budağım.
İnsam sarsıdar göz yaşı, nalə,
Ah çəkib, of deyən yetməz kəmalə!
Saqi, zaman keçir, durma, qardaşım!
Şərab ver, doludur fikirlə başım!
O, bir çıraq olsun yolçu keçəndə,
Gəncləşsin qocalar onu içəndə.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə