Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə13/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   83
Leyli ve Mecnun

AN AM RƏİSƏNİN XATİRƏSİ
Kürd qızı anam da bizi tərk etdi,
Bir ana qəlbiylə dünyadan getdi.
Nə qədər ağlayıb, yansa da ürək,
Anama dil verən varmıdır, görək? 
Çəkməklə qurtarmaz bu dərdi insan,
Bu girdab dərindir insan boyundan. 
Daşmışdır ələmin, qəmin kasası,
Bu qəm min nəfəsə içilər, azı.
Bu ucsuz, bucaqsız dərd ölkəsinə 
Dərdi unutmaqdır bir əlac уепэ.
Saqi! Şərab ver ki, mənzil uzaqdır, 
Xəyalım bu yolda yoralacaqdır.
Bir şərab gətir ki, başa şur gəlsin,
Нэг addım başında min baş yüksəlsin.
DAYIM XACƏ ÖMƏRİN XATİRƏSİ
Хасэ Ömər dayım ölüb gedəndə, 
Düşdüm müsibətə, bəlaya mən də.
Bu acı tikənin acılığından 
Ahım boğazımda qurudu, inan. 
Ağlamam, fələkdən qorxum var, deyə, 
Qorxuram, dayımın rahu inciyə.
Saqi! Меухапашп şərab küpündən 
Nargilə rəngində şərab ver ki, sən,
Onda dəniz boyda səxavət olsun,
Behişt şərbəti tək bir şərbət olsun.
54


KEÇMİŞ MÜSAHİBLƏRİN XATİRƏSİ VƏ
BAŞQALARIİLƏ MÜSAHİBLİK
Yetməzmi dostiardan vurduğum dəmlər?
Наш о mən deyən dostlar, həmdəmlər? 
Х ш таш п şirəylə şadlanmağı var,
Х ш т а yoldaşlıqla şirə yaradar63.
Bir də ipək taclı barama qurdu 
Tacını yoldaşlıq əliylə qurdu.
Qanşqa birliklə göstərər hünər,
Özündən çox böyük şeylər sürüyər.
Dostluqda hər kimlə səsləşə bilsən,
Onun pərdəsində nəğməni çal sən.
Bu dar nəğməciyin öz pərdəsi var,
Ahəngi bilməsən, dolaşıq çalar.
Yalmz ipək deyil Çində toxunan,
Gah qumaş, gah həsir toxuyur insan.
Işə kömək etsə təmkinlik, əgər,
Sonunda daima işlər düzələr.
Bir çalğı tutmasa nəğməyə ahəng,
Nəğmə çalınsa da tez kəsiləcək.
Saqi! Ətir iyli şərab gətir sən,
Gəl aç bu zənciri mən çarəsizdən.
Bir şərab gətir ki, can şirəsidir,
Gənclik küzəsinin yetirməsidir.
VÜCUDU UNUTMAQ
Toфaqla örtülən bir ev üçün sən 
Çoxmu qan udaraq, ah çəkəcəksən?
Hörümçək toradur о açıq-aşkar,
Gah yara bağlayar, gah da qanadar64.
Bəzən bir milçəyin yolunu kəsər,
Bəzən də bir əlin qanını kəsər.
Bağlasan bu evi baramalar tək,
55


Rahatca yatarsan yatağında tək. 
Giiııahla doludur bu can evi, bil, 
Onun da dövranı çox siiroıı deyil... 
Saqi! Nə şərabdan, пэ kefdən əl çək! 
Bu acı şərabla şirin kef çəkək!
Bir şərab gətir ki, içəndə dərhal 
Bilinsin kimdədir idrakla kamal!
ŞÖHRƏTİ UNUTMAQ
İlan tək dikbaşlı gəzmə, ey insan! 
Aşacaq dünyamn seli başından. 
Yeddi başın olsa, əbdəhalar tək, 
Onun yeddisi də уегэ düşəcək.
Çox da yüksəkliyə ucalma ki, sən 
Torpağa düşəndə inciməyəsən.
Nə qədər alçaqdan yıxılsa adam,
О qədər ağnsı az olur müdam. 
Dünyada yer kimi ağır dolansan,
Üç gövhər arxanda qalacaq, inan! 
Bütün gövhərlərin rəngi parlaqdır, 
Hamsından xoş gələn уепэ torpaqdır, 
Torpaqda gizlidir о üç yoldaş da, 
Yenə də torpaq var о üç yoldaşda. 
Saqi, lalə rəngli bir şərab yetir! 
Qarşıma çəng ilə bir badə gətir! 
Onunla sabahın üzü şad olur,
Onunla rah evi tez abad olur.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə