Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


M ƏCNUNUN ATASININ LEYLİYƏ ELÇİ GETM ƏSİ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə21/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   83
Leyli ve Mecnun

73


M ƏCNUNUN ATASININ LEYLİYƏ ELÇİ GETM ƏSİ
Elə ki, yar yolu bağlandı bir gün, 
A m n körpüsünü kəsdilər bütün. 
Məcnun ağlayırdı qəlbində hicran. 
Gözünü yummazdı gecələr bir an. 
Başından aşdıqca aynlıq dərdi, 
Dilində nəğmələr Nəcdə gedərdi. 
Dalınca qaçardı iki-üç nəfər,
Baş açıq gəzərdi о divanələr.
Sövda xəstəsiydi bu aşiq artıq, 
Dillər dastanıydı bu rüsvayçılıq. 
Şikayət eylərdi qohumlar ondan, 
Atası qalmışdı bu dərdə heyran. 
Nəsihət verdilər, əməl etmədi, 
Əfsanə dedilər, о eşitmədi.
Nəsihət versa də çoxlu mənfəət, 
Eşqin meydanında nədir nəsihət? 
Zavallı atası gətirməyib tab,
Oğlıınun dərdiylə çəkirdi əzab. 
Bütün nazlar ilə oynardı, уепэ 
Bir çarə tapmazdı onun dərdinə.
Bu sirri dostlardan о aldı xəbər, 
Dostlar bu mətləbi şərh eylədilər, 
"Bir qız həsrətidir bu dərd, bu nəva, 
Eşqidən gəlmişdir başına hava".
Ata bu sözlərdən çıxardı qərar, 
Dedi: "Gül üzündən silinsin qübar. 
О dünya gözəli, dürrü gətirək, 
Başımın tacına nəqş edəm gərək.
О gözəl zinəti yüz calalla mən 
Alım öz oğluma о qəbilədən". 
Bütün ağsaqqallar danışdı bir-bir, 
Bu oldu məsləhət, bu oldu tədbir: 
"O gözəl tayfanın incisini biz
74


Bizim bu gövhərə tay etməliyiz".
Bu oldu tayfamn verdiyi qərar,
Səfər paltannda yola çıxsınlar.
Razılıq əliylə kəsilsin kəbin,
Bəlkə bu divanə о aya yetsin.
Elə ki, səsləndi bu şadlıq zəngi,
Açıldı gül kimi atanın rəngi,
Ata dinlədikcə bu məsləhəti,
Dağıldı qəlbindən qəmi, möhnəti. 
Böyük bir dəstəylə qalxıb о zaman 
Səfər tədarükü gördü hər yandan. 
Tamam hazırlaşıb, düzəlişdilər,
Böyük bir calalla yola düşdülər.
Çatdı Leyligilə gedən elçilər, 
Böyükdən kiçiyə yetdi bu xəbər.
Hər elin, obanın öz adəti var,
Qonaq gəlir deyə, yola çıxdılar. 
Hörmət ayağında durdular möhkəm, 
Bütün hədiyyələr verildi о dəm.
Baxıb başçısına amirilərin,
Dedilər: "Gəlməkdən nədir məqsədin? 
Damş istəyini, hazınq biz də 
Can-başla dayanaq xidmətinizdə!" 
Dedi ki: "Məqsədim-qohum olmaqdır. 
Iki gənc gözünə işıq salmaqdır.
- Qızın atasına üz döndərərək,
Qoy birləşsin, - dedi, - bu iki iirok.
Bil ki, məhəbbətlə, kəbinlə səndən 
Qızını oğluma istəyirəm mən. 
Qumlarda doğulmuş, ciyəri teşnə 
Gözünü tikmişdir sənin çeşmənə. 
Sərin bulaqlardan kim içsə bir az,
Bir də susuzluqdan ürəyi yanmaz. 
Qapına gəlmişəm bu məqsədlə mən, 
Xəcalət çəkmirəm dediklərimdən.
Sən özün bilirsən, bilir bu aləm, 
Zamamn эп məşhur adamı mənəm.
75


Mənim xəzinəm də, calalım da var, 
Dosta, düşmənə də qüdrətim çatar. 
Ağlın başındasa, mətaini sat!
Almağa gəlmişəm, sən də əl uzat!
Nə qədər olsa da onun qiyməti. 
Almağa hazıram mən о zinəti.
Sən onu satmağa vergilən qərar, 
Dünyada hər şeyin öz bazan var". 
Dinləyib-dinləyib bu iltiması,
Böylə cavab verdi qızın atası:
"Baş tutan deyildir sənin diləyin
Başqadır qəran, hökmü fələyin.
Şirin bir dil ilə damşsan da sən, 
Əyləşə bilmərəm о atəşlə mən.
Bir dostluq olsa da bu xeyir işdə,
Min ədavət olar bu tərpənişdə.
Nə yaman ərköyün böyümüş oğlun, 
Özbaşına gəzir, muğayat olun. 
Dalınca "divanə" söyləyir hər kəs
Bizə divanələr tay ola bilməz.
Ə w əl dua et ki, gəlsin ağıla,
Sonra məhəbbətdən başla nağıla.
Нэ1э düzəlməmiş sizin о gövhər,
Bu sövda söhbəti verməz bir səmər. 
İllətli gövhəri almaz ki, heç kəs, 
Eyibli gövhərlər sapa düzülməz, 
Gözdən kirpik çəkir bizim ərəblər, 
Gülərlər üstümə, dil versəm əgər.
Bir də bu mətləbdən gəl danışma heç, 
Söhbəti qurtaraq, bu işdən vaz keç", 
Onu amirilər sakit dinlədi,
Atanın qəlbində kaman inlədi... 
Qayıtmaqdan başqa bir əlacmı var! 
Pərişan olaraq çəkildi onlar.
О yol yorğunlan, dil incikləri 
Dərdin dəryasına batandan bəri,
"Bu dərdə bir dərman axtaraq" deyə,
76


Əlac gətirdilər о divanəyə.
Nəsihət dilinə keçdi hər nəfər 
Ancaq od üstünə tikan səpdilər.
"O rah ovçusundan daha da xumar,
Burda ruh bəsləyən gözəlimiz var.
Bax, yaqut dodaqlı, inci buxaqlı,
Ruha ətir saçan, lalə yanaqlı 
Gözəllər, aydan da çox işıqlıdır,
Onlar ilk bahardan yaraşıqlıdır.
Qarşında yüz tamş ola-ola, sən 
Nədən yad qızına könül verirsən?
Gəl, bu gözəllərə, cananlara bax,
Səninçin nazəndə bir sənəm alaq.
Oxşasın könlünü о nazlı nigar,
Şəkərə süd kimi ııvuşsun о yar.
Camndan deyildir, unut Leylini,
Bir də о dilbərə salma meylini".

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə