Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


MƏCNUNUN LEYLİNİN TAMAŞASINA GETMƏSİ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə20/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   83
Leyli ve Mecnun

MƏCNUNUN LEYLİNİN TAMAŞASINA GETMƏSİ
İpək paltannı geydi asiman,
Göy öz sırğasını taxdığı zaman.
Ulduzlar civə tək səpələndilər,
Şəfəqdə qalmadı onlardan əsər.
Qəlbi civə kimi dağınıq Məcnun 
İki-üç dostuyla yaralı, məhzun,
Şərqilər deyərək, yola düzəldi,
Qaçaraq Leylinin yurduna gəldi.
Səbir kömləyini parçalayaraq,
Canan yollannda inlədi ancaq.
Könül xırmanını dolaşıb yalnız,
Təsəlli gəzirdi о Məcnun baxtsız.
Oxuya-oxuya o, sərxoşlar tək,
Döyürdü başına, üzünə bərk-bərk.
Q üw ədən düşmüşdü о talei kəm,
Y ann çadınnayetişdi sərsəm...
Ərəb adətiylə oturab о qız.
Çadırda yollara baxırdı yalnız.
Leyli bir ah çəkdi, görüb Məcnunu,
Məcnun da fəryadla səslədi onu.
Leyli ulduz kimi çadırda təkdi,
Məcnun sanki pərdə tutan fələkdi.
Leyli duvağını üzündən açdı,
Məcnun gileylənib, dərddən söz açdı,
Leyli çəng tutmuşdu bağn başında,
72


Məcnun rübab kimi əli başında74.
Leyli səhər kimi işıqlamrdı,
Məcnun da şam kimi qəmdən yamrdı. 
Leyli bağ içində gözəl bir bağdı, 
Məcnun dağ üstündo böyük bir dağdı. 
Leyli yarammşdı ay kimi parlaq, 
Məcnun ipək kimi qaraydı ancaq.
Leyli gül saçırdı ağaclara, bax,
Məcnun dürr səpirdi şabaş olaraq75. 
Leylini sormayın, pəriydi о can, 
Məcnun bir od idi, nə deyim ondan? 
Leyli-qış görməmiş yasəmən kimi, 
Məcnun-xəzan vurmuş bir çəmən kimi. 
Leyli parlayırdı sübhün qızı tək, 
Məcnun da sönürdü dan ulduzu tək. 
Leyli dağıtmışdı saçım nazla,
Məcnun qul olmuşdu min iltimasla. 
Leyli can bəsləyən şərbət içirdi, 
Məcnun yaxa yırtıb, candan keçirdi. 
Leyli toxuyurdu qəlbində ipək,
Məcnun alışırdı bir üzərlik tək,
Leyli boy atırdı qızıl gül kimi,
Məcnun ağlayırdı bir bülbül kimi.
Leyli keçirdikcə zülfü şanədən, 
Məcnunun göz yaşı axırdı dən-dən. 
Leylinin əlində müşkin piyalə,
Məcnun mey ətriylə dalmış xəyalə. 
Bunu əyləndirir canan səfası,
Ona xoş gəlirdi aşiq vəfası.
Onlan görməsin, deyərək, əğyar,
Qərib tək uzaqdan baxışırdılar.
Bunu da çox gördü onlara zaman,
Qura bir baxış da çıxdı ortadan.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə