Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


M ƏCNUNUN EŞQİ HAQQINDA



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə19/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   83
Leyli ve Mecnun

69


M ƏCNUNUN EŞQİ HAQQINDA
Yuxusuz gözlərin taxtına sultan, 
Matəm ordusuna sərkərdə olan, 
Sövda yollannın о yalnız səsi, 
Aşiqlər mülkünün qəm divanəsi. 
Fəryada, naləyə, bəlayə məftun, 
Bağdad ellərinin qanunu, Məcnun71, 
О qəm dovulunun təbil sahibi, 
Hicran kilsəsinin sövda rahibi,
О aşkar gəzən div, о gizli cadu, 
Şeyda aşiqlərin şeyda Harutu,
Bir Keyxosrov olan о tacsız-taxtsız, 
О yuz min bədbəxti düşünən baxtsız, 
Qanşqa selinə köməkçi duran, 
Taxtını ahular belində quran,
Sirrli qələləri fəth edən hünər, 
Sahibsiz yerlərə о keşikçi ər,
Qəlbi dəniz kimi daima daşqın,
О məcnun könüllü, sövdalı şaşqın 
Iki-üç aşiqə olmuşdu həmdəm, 
Onlann qəlbində bir bəla, bir qəm, 
Sövda yuxusundan qalxıb hər səhər 
Leylini görməyə bir gedərdilər. 
Məcnunun dilində əzbərdi Leyli, 
Başqa heç bir sözə düşməzdi meyli. 
Yanında özgə bir ad çəkən olsa,
Onu dinləməzdi, dinməzdi əsla. 
Gedib Leyligilin qəbiləsinə 
Yurd olan Nəcd adlı dağ sinəsinə, 
Məcnun ah çəkərdi, ağlardı zar-zar, 
О dağda tutardı daima qərar.
Yıxılıb durardı, sərxoşlar kimi,
Ə1 çalıb oynardı, dərdi var kimi. 
Ürək yandırardı zəngulələri,
Qaçardı gah geri, gah da irəli.
70


Birdən, ağlar gözdə coşardı dərdi,
O, səba yelinə xitab edərdi:
-Oyan, tezdən oyan, səba yeli, sən!
Get, asıl Leylinin ipək telindən!
Söylə ki: "Eşqindən məhv olan yazıq 
Sənin yollanna döşənmiş artıq.
Alır sorağını səba yelindən,
O, daşa torpağa dərd açır bəzən,
Qoy əssin qapından bir elçi ruzgar,
Bir ovuc tc ^ a q ver, ona yadigar. 
Səninçin, yel kimi, əsməyən bir kəs, 
Inan ki, bir ovuc tc ^ a ğ a dəyməz.
Kim ki, əsirgədi canrnı səndən,
Can versa yaxşıdır dərddən, qüssədən. 
Sənin eşq odıına düşməsəydi can,
Məni aparardı qəm seli çoxdan.
Bir də, gözlərimdən axmasaydı sel, 
Qəlbim qəm odundan yanardı tel-tel. 
Dünyalar gözəli günəş də, inan,
Alışıb odlanır mənim ahımdan. 
Qəlbimin şamısan! Bir düşün məni
Yaxma eşq oduna öz pərvanəni. 
Dağıtmış yuxumu sehirli gözün 
Ki, yansın ciyərim, kababa dönsün. 
Dərdindən, qəmindən zövq alıram mən, 
Bil ki, dərmamm da, dərdim də sənsən! 
Qənddir dodaqlann, bacarsan əgər, 
Ondan aşiqə də bir az pay göndər. 
Qoyma ki, ürəyim pərişan olsun,
О qənd dərdlərimə bir dərman olsun! 
Gözmü dəydi bizə? Nə oldu ki, mən 
Düşdüm birdən-birə sənin gözündən? 
Yəqin yaman gözə gəlmişəm ki, mən, 
Çıxdı sənin kimi qismət əlimdən 
Dünyada çox ləziz, şirin meyvələr 
Pis gözə oğrasa tc ^ a ğ a düşər.
Zəmanə barmaqla göstərdi bizi,
71


Bu yara öldürər hər ikimizi.
Yadlardan yetməsin deyə bədnəzər,
Üzün dövrəsinə nil də çəkərlər72.
Küsufun gözündən günəş qorxaraq,
Üzünə salmışdır qara bir duvaq.
Xəzinə üstünü örtməsə əgər 
Onu bu insanlar tez qarot edər"73.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə