Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


LEYLİ İLƏ M ƏCNUNUN SEVİŞM ƏSİ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə18/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   83
Leyli ve Mecnun

66


LEYLİ İLƏ M ƏCNUNUN SEVİŞM ƏSİ
Нэг gün parladıqca sübhün güzgüsü, 
Doğardı şərqin də Yusif üzlüsü69.
Öz reyhan köksünə turancu fələk 
Qızıl bir turancla verirdi bəzək. 
Leyli də bəhs edib turanc fələklə
Turanc çənəsini alardı э1э.
Turanclu gördükcə xalq о nigan, 
Açıldı eşqinin yetişmiş nan.
О təzə turanca baxdığı zaman 
Turanc tək, əlini kəsərdi insan.
Qeys onun turunca bənzər üzündən 
Saralıb nannca dönmüşdü bilsən. 
Nanncla turancun ətri dünyada 
Dostlar damağını gətirdi dada. 
Böyləcə bir müddət gəlib dolandı, 
Bu iki nazənin odlara yandı.
Çəkib qılıncını zalım məhəbbət.
Bu gənc ürəkləri eylədi qarət.
Ürək əvəzində qəm verdi yalnız, 
Ürəklə səbri də apardı vaxtsız.
Onlar bir-birinə könül verdilər, 
Tezcə dildən-dilə düşdü bu xəbər. 
Нэг yandan yırtıldı bu gizli pərdə, 
Bu sirr əzbər oldu bütün dillərdə.
Bu qəmli dastanın sərgüzəştindən 
Нэг ağız bir parça deyirdi bəzən. 
Aşiqlər çalışıb, çox əlləşdilər 
Ki, aləm tutmasın bu sirrdən xəbər. 
Lakin, bağlansa da ətir şişəsi,
Yenə duyulacaq xoş rayihəsi.
Eşqə məhrəm olan razgar, qəflətən 
Götürdii pərdəni eşqin üzündən. 
Xeyli səy elədi oğlan da, qız da,
Bu sirr dolaşmasın dildə, ağızda.
Bu səyin olmadı faydası bir az. 
Günəşi palçıqla qapamaq olmaz. 
Göz qəmzə oxunu atsa, aşikar,
67


Bu sirri pərdəylə örtməkmi olar?
Zülffl min halqalı zəncirsə, əgər 
Könül vuralmaqdan başqa пэ edər? 
Sonra, gələcəkçin sözləşirdilər,
Bəzən oğrun-oğrun gözləşirdilər. 
Aşiqlik olalı Qeysin murazı,
Eşqin kəməndinə keçdi boğazı.
Bir qəlb ovçusuydu Qeysin nigan, 
Uçub dağılmışdı səbri, qəran.
Bəzən, ortalıqda olsa da söhbət, 
Yaxırdı qəlbini yenə də möhnət.
Bir gün dərd əlindən yoraldu ürək, 
Tüluqlar yırtıldı, yıxıldı eşşək70 
Eşqdən xəbərsiz adamlar ki, var,
Onu "Məcnun" deyə çağınrdılar. 
Biçarə Qeys də əlacsız qaldı,
Bu "Məcnun" sözünü üstünə aldı.
О qədər artdı ki, tənə yarası,
Gizləndi dəlidən о ay parası.
О qədər it kimi hürdü avamlar, 
Çəməndən aynldı о ahu nigar.
Hicrana dözmədi Leylinin qəlbi,
Axdı göz yaşlan incilər kimi.
Məcnun görmədikdə Leylini bəzən,
Bir sel axıdardı hər kirpiyindən. 
Gözündə qəm yaşı, ürəyində qəm, 
Küçəni, bazan gəzərdi sərsəm.
Ürək parçalardı onun nəğməsi,
Aşiqlər səsiydi Məcnunun səsi. 
Gəzəndə, ardınca bağırardılar, 
-Məcnun! Məcnun! - deyə çağırardılar. 
О da bu tənədən qəmlər yeyərək, 
Pərişan gəzərdi divanələr tək.
O, eşşək sürürdü zəif boyunla,
68


Eşşəyi də getdi, ip də onunla.
Öz qəlbini bölüb, bənzətdi nara 
Ki, Leyli söyləsin "Ey qəlbi para". 
Çalışdı, sirrini bilməsin ellər,
Lakin, qəlb oduna kim dözə bilər? 
Beyninə sıçradı qəlbinin qam,
Aşiqin dərdini üzündən tam.
O, yar dərdindəydi, ondan yar uzaq,
O, qəm içindəydi, qəmküsar uzaq. 
Gözünə şam kimi yuxu gəlməzdi, 
Gecə də, gündüz də о dincəlməzdi, 
Üzürdü сашш bu bəla, bu qəm,
Nə bir can dərmanı, пэ də bir məlhəm! 
Umudla qəsd edir о öz canına,
Başını çırpardı yar eyvanına.
Səhər ayaqyalın, baş açıq, yalnız, 
Çöllərə qaçardı о vaxtlı-vaxtsız.
О yann quluydu, yarsa zindanda,
Bir qəlb döyünürdü о iki canda. 
Dilində hər gecə hicran qəzəli,
Pünhan axtarardı nazlı gözəli.
Onun qapısını öpüb hər gecə,
Yenə qayıdardı ordan gizlicə.
Gedəndə yel kimi əsərdi o, bil,
Geri qayıtması çəkərdi bir il.
Gedən baş, quşu da vurab ötərdi, 
Gələn baş, yolunda tikan bitərdi. 
Gedən baş, sellərə bənzəri vardı.
Gələn baş, yollan çuxur olardı. 
Gəzərdi cananı ayağı qabar,
Elə bil altında yorğa bir at var.
Evinə dönəndə deyirdi ürək: 
-Qarşımda quyu var, arxamda külək, 
Bəxt əl uzatsaydı ona bir yerdə,
О öz yuvasına dönməzdi bir də.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə