Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə17/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   83
Leyli ve Mecnun

DASTANIN BAŞLANĞICI
Bu söz incisini düzən zaman mən, 
Böylə damşmışdı bu nəqli deyən: 
Ərəb torpağında bir kişi varmış, 
Şöhrəti, hörməti aşıb daşarmış.
О imiş başçısı Amirilərin,
Abadmış toфağı olduğu yerin.
Yel kimi əsdikcə şöhrəti, sam,
Ətirlə yuyarmış Ərəbistam.
Insanlıq elmində bolmuş hünəri, 
Heyrətə salarmış o, dünyaləri. 
Ondaymış ərəbin hər ixtiyan. 
Qarana bənzərmiş dövləti, van. 
Fəqirlər, qonaqlar razıydı ondan, 
Bəxti çıxmamışdı öz qabığından.
O, bir xəlifə tək məşhur olsa da
Övladsız, işıqsız bir şamdı о da.
62


Sədəfdən daha çox oğul arardı,
Dənsiz sünbül kimi dən arzulardı. 
Deyərdi, bəxt gəlib imdada çatsın,
О п ш da ağacı bir budaq atsın.
Özü sərv kimi qopsa kökündən,
Başqa sərv boy atsın onun mülkündən. 
Laçın qanad çalıb, gəlsə çəmənə,
О sərvin yerində sərv görsünyenə.
Köhnə olmasa da, qoy sevə-sevə 
Otursun bu təzə, kölgəli sərvə.
Insan bu dünyada daimi yaşar,
Yurdunda bir övlad qalsa yadigar. 
Məcnunun atası bu xoş diləklə 
Aclar doydurardı min bir köməklə. 
Nəzirlə bir oğul istərdi tez-gec,
Əkdiyi yasəmən göyərməzdi heç.
Gəzdiyi incidən tapmazdı əsər,
Yenə yaşadırdı onu ümidlər.
Bilməzdi bu nədir, bu пэ hekmətdir?
Bu gec yaranmaq da bir məsləhətdir. 
Cahanda məqsədə nail olmasan,
Bunda da sirr var, məna var, inan! 
Qarşıya çıxsa da hər yaxşı, hər pis,
Işin xeyrinədir, diqqət etsəniz.
Tapmaq istədiyin çox şeylər də var, 
Onlan tapmasan, daha xoş olar!
Ürəkdən arzular keçsə də bir-bir,
Çoxunu gizləmək daha gözəldir. 
"Olsun!", "olsun!" deyir dünyada hər kəs, 
Yoxdur məsləhəti bilən bir nəfəs.
Bu sirrin nə ilki, пэ sonu vardır,
Qıfıl zənn etdiyin özü açardır.
Bədbəxt yaratmışdır insanı fələk,
Onu torpaq kimi sovurar külək.
Belə bir aləmi şadlıqla yaşat,
Ömrün arzusunu toфaqlara qat!
Övlad arzusuyla yanırdı qəlbi,
63


Ləl üçün sıxılan bir mədən kimi. 
Onun naləsini eşitdi allah,
Ona da bir oğul verdi bir sabah.
O, nar kimi gülər, çiçək kimi şən, 
Min dəfə gözəldi nardan və güldən. 
Onda gövhər üzlü bir sifət vardı, 
Gecə, о sifətdən gündüz olardı.
Ata baxan kimi oğlun üzünə,
Açdı xəzinəni ellər üzünə.
Belindən gələni görüb dünyada, 
Gül kimi xəzinə payladı о da65.
Bir müddət dayələr göz oldu buna, 
Süd verdi ərəbin bu ilk oğluna. 
Zamana, melıriban dayələr kimi, 
Məhəbbət südüylə onu bəslədi. 
Onun dodağına hər damla süddən 
Bir vəfa kəlməsi yazıldı bilsən! 
Verilən mayədən körpəcik doydu, 
Köksünə bir dostluq ürəyi qoydu. 
Üzünə nil alıb çəkdikdə onun, 
Oxundu ona bir könüldən əfsun. 
Lalə tək ağzını südlə islatdı,
Səmən yarpağı tək südlə boy atdı. 
O, süd içindəki bala dönürdü, 
Sanasan beşikdə ay görünürdü.
Boy atıb, ikicə həftəyə doldu,
Lap on dörd gecəlik ay kimi oldu. 
Bilindi ondakı hünərlə vüqar,
Adını hünərli Qeys qoydular.
Güldü bir yaşında gözəl camalı, 
Camala can verdi onun kamalı. 
Suvardı körpəni eşqin əlləri, 
Üzündə parladı sövda gövhəri. 
Şadlıqla iki-üç yaşına çatdı,
Öz könül bağında azad boy atdı.
O, yetişən kimi yeddi yaşına, 
Düzüldü bənəfşə, lalə başına66.
64


Böyüyüb on yaşa çatandan bəri 
Oldu gözəlliyi dillər əzbəri.
Kim onun üzünü görsə uzaqdan, 
Ona can sağlığı dilərdi haqdan. 
Atası gördükdə, gülüb sevindi, 
Məktəbə yolladı oğlunu indi.
Bilikli alimdən istədi kömək 
Ona gecə-gündüz sərf etsin əmək. 
Ona yoldaş oldu bir bölük uşaq, 
Sən bir onlardakı səadətə bax!
Нэг uşaqda qorxu və ümid vardı, 
Dərsinə, elminə can yandırardı. 
Xırda oğlanlarla, qızlar-yanaşı 
Hamısı olmuşdu sıra yoldaşı. 
Hərəsi bir yerdən, bir qəbilədən,
Bu ədəb evində, öyrənirdi fənn. 
Qeysin elm işində vardı hünəri, 
Dodağı saçardı söz inciləri.
Orada bakirə bir inci vardı,
Sırada Qeys ilə bir oturardı.
Нэ1э saf qalmışdı о gözəl dilbər, 
Kamalı olmuşdu dillərdə əzbər. 
Camalı ay kimi, süd işıqlıydı, 
Boyu, sərv kimi, yaraşıqlıydı. 
Qəmzə xəncərini çəksəydi əgər, 
Min sinə deşərdi о nazlı dilbər.
Ahu gözlərini süzsəydi bir an, 
Yamb məhv olardı bütün bir cahan. 
Ərəb ayı kimi sifəti vardı,
Əcəm türkü kimi könül ovlardı. 
Saçlan gecəydi, camalı bir bağ, 
Sanki qara qarğa tutmuşdu çırağ67. 
Lələ bəzənmişdi püstəcik ağzı, 
Şəkər dodaqlıydı о ellər qızı.
Nə qədər istəsən şəkər qırardı, 
Yalmz şəkər deyil, ləşkər qırardı. 
Qoynunda bəslərdi qızı gözəllər,
65


Sevərdi, oxşardı onu ağ əllər. 
Dünyanın həyalı bir dilbəriydi, 
Gənclik dastanının şah əsəriydi. 
Onun mirvarisi-alın təriydi,
Boyun həmaili-hörükləriydi.
Ənliyi anadan gəlmə qırmızı, 
Sürməni neylərdi о ellər qızı?
Öpərdi xalını qara telləri,
Zülfflnə bağlıydı camal gövhəri.
Bir ona düşmüşdü hamının meyli, 
Zülffl də "leyl" idi, adı da Leyli68. 
Qeys onu gördükdə heyrətdə qaldı, 
Ona könül verdi, könlünü aldı. 
Qeysin bu sevgisi qızı oyatdı, 
Könüldən-könülə sevgi boy atdı. 
Içdilər ilk eşqin piyaləsini,
Iki can bir qəlbin duydu səsini. 
Birinci badənin yaman zəhmi var, 
Ilk dəfə yıxılan çox bərk yıxılar. 
Onlan məst etdi ilk eşqin dadı, 
Onlan bir yerə sövda bağladı.
Bu ona can verib meylini saldı, 
Qəlbini ovladı, can isə qaldı.
О bunun üzünə nəzər salaraq
Quruca könlünü vermişdi ancaq. 
Yoldaşlar elm alıb, dərs oxuyurdu, 
Onlar da eşq adlı elmi duyurdu. 
Yoldaşlar lüğətdən söz axtarardı, 
Onlann başqa bir lüğəti vardı. 
Yoldaşlar deyirdi addan, sifətdən, 
Onlar da eşq adlı bir sərgüzəştdən. 
Yoldaşlar elm üçün kitab açardı, 
Onlar da eşqdən söhbət açardı. 
Hesab öyrəndikcə hər oğlan, hər qız, 
Onlar özlərini sayırdı yalnız.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə