Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


ATASININ MƏCNUNU KƏBƏYƏ APARMASI



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə23/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   83
Leyli ve Mecnun

ATASININ MƏCNUNU KƏBƏYƏ APARMASI
О sövda bayrağı qalxandan bəri 
Leylinin hüsnü tək tutdu göyləri.
Aləmdə Məcnunu bu rüsvay etdi,
Onun dəliliyi kamala yetdi.
Başa divanəlik gəlsə hicrandan,
Bütün zəncirlərdən qurtanr insan.
Talein ürəyi yanmırdı ona,
82


Atası baxdıqca yazıq oğlıına.
Dua edirdi ki, günəş görünsün,
О qaranlıq gecə gündüzə dönsün. 
Duasız bir qapı, bir pir qoymadı, 
Yazıq yalvarmaqdan cana doymadı. 
Bütün qohumlar da pirə gedərdi, 
Atayla birlikdə dua edərdi.
Gördülər bir əlac yoxdur bu dərdə, 
Bir xeyir verməyir ziyarətlər də;
Bu oldu dostlann verdiyi qərar:
Bu dərdə Kəbədən qapı açılar. 
Bütün yer üzünün о pənahıdır,
Yerin də, göyün də qibləgahıdır. 
Dedilər: "Нэсс vaxtı gələndə уепэ, 
Gedərik Məkkənin ziyarətinə...
Ata bu səfərə çıxdığı gündə,
Kəcavə bəzədi dəvə üstündə. 
Oğluna yalvardı: "Gəl əyləş", deyə, 
Oturtdu ay kimi onu beşiyə.
Çatınca КэЬэуэ о dərd atası 
Taxdı qulağına qulluq sırğası. 
Gövhəri qızıla qatıb yüz кэгэ,
Qum kimi səpdi о qum rənglilərə.
О qədər xəzinə payladı ki, tək 
Qaldı xəzinəsi boş bir daxma tək. 
Kəbənin üzünü görüncə ata 
Istədi mətləbi yetsin murada.
Öpüb, qucaqladı yazıq oğlunu,
Kəbə kölgəsində saxladı onu.
Dedi: "Oyunyeri deyilbu, oğlum, 
Əlaca gəlmişik, qurbamn olum. 
КэЬэ zəncirindən yapışsan bu an, 
Qəmlər zəncirindən azad olarsan.
De ki: - Böyük tann, bu hərzəlikdən 
Canımı bir dəfə azad eylə sən.
Rəhm elə, məni öz himayənə al,
Gəl bu divanəni doğra yola sal.
83


Bu dərdi cammdan irağa göndər,
Bir də bu eşqdən qəlbimi döndər.
Mən eşq əsiriyəm, bir məni yad et, 
Eşqin bəlasından məni azad et". 
Məcnun eşq sözünü eşidən zaman 
Ə w əlcə ağlayıb, güldü sonradan,
İlan tək qıvnlıb, sıçradı yerdən,
КэЬэ halqasına əl atdı birdən,
Halqam öpərək, dedi: "Ey allah!
Мэп də bir qapının halqasıyam, ah! 
Eşqin halqasında inildəsin can,
Bir gün də düşməsin о qulağımdan. 
Мэпэ deyirlər ki: - Gəl eşqi burax, - 
Bu, dost məsləhəti deyildir ancaq.
Eşq ilə yaşayır aləmdə səsim,
Eşqsiz aləmdə batar nəfəsim.
Eşqdən yoğrulmuş ruhum, bədənim, 
Eşqsiz bir günüm olmasın mənim. 
Eşqsiz bir ürək heçliyə varsın,
Onu qəm selləri yuyub aparsın.
Ilahi, birliyin xatirəsinə,
Yenə yalvanram ürəkdən sənə.
Qoy eşqim ucalıb, namidar olsun, 
Мэп özüm ölsəm də, eşqim var olsun. 
Eşqin günəşindən ayırma məni,
Silmə gözlərimdən sən bu sürməni. 
Könül bu sövdadan sərxoş olsa da, 
Qoy bundan da bətər olum dünyada. 
Deyirlər: - Eşqi tut özündən kənar
Leylini sevməyi qəlbindən çıxar.
Ilahi, sən saxla mənim Leylimi
Çoxalt hər dəqiqə ona meylimi!
Ilahi, ömrümdən kəs indən belə 
Leylinin ömrünə cala əlinlə!
Мэп tükə dönsəm də onun qəmindən, 
Başından bir tük də əskik etmə sən. 
Qoyma ki, boş qala qulağım bir an,
84


Yann öyüd verən о halqasından.
Cananın meyiylə dolsun piyaləm,
Sikkəsi düşməsin adımdan bir dəm.
Qoy alsın canımı yann camalı.
Qanımı içsə də olsun halalı.
Qəmindən şam kimi yansa bədənim,
Bir günüm olmasın о qəmsiz mənim.
Bu eşq aləmində ürək düz olsun,
Eşqim yaşadıqca, birə yüz olsun".
Ata dinlədikcə oğlunu, уепэ 
Dərin bir susqunluq çökdü qəlbinə.
О indi bildi ki, nədir məhəbbət,
Dərmansız, davasız yaranmış bu dərd.
Baş alıb qayıtdı öz evlərinə,
Bütün qohumlarla görüşdü уепэ.
Dedi: "Bu zənciri qınlmış bədbəxt 
КэЬэ halqasına əl atdığı vaxt 
Qulağım titrədi zəmzəməsindən,
Mən də Zəmzəm kimi coşdum səsindən80 
Deyirdim, əl açar oğlum КэЬэуэ,
Leylinin dərdindən qurtarsın, deyə.
Osa öz сашпа qarğadı yalnız,
Dualar etdi ki, yaşasın о qız".

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə