Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə31/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   83
Leyli ve Mecnun

MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI
Bir gün ikilikdə oturmuşdular,
Yenə məclis açıb keyf qurmuşdular.
Məcnun zəmanəyə nifrət deyirdi,
Şerlər qoşaraq qəmlər yeyirdi:
"Ey mənim ahımdan xəbərsiz duran,
Aldadıb külümü göyə sovuran,
Yüz dostluq vədəsi verdinsə də sən,
Yanm dostluğa da vəfa etmirsən.
Gəl öz başındakı xəyalı unut,
Sən mənim sözümü, ilticamı tut.
Məni ağ yalanlar felinə verdin,
Yenə kimsəsizlik əlinə verdin.
Söz verdik dostluğa, səmimiyyətə,
Indi göz yumursan sən bu niyyətə.
Səndən mən eşitdim yüz dil yarası, 
Görmədim bir dərman, bir dərd çarası. 
Səbrim tükənmişdir, şaşqınam bu dəm,
110


Dadıma yetməsən əldən gedərəm.
Ə w əl bir yazığın dərdinə qalmaq,
Sonra öz sözünün ziddinə olmaq 
Bil ki, böyüklükdən uzaqdır, тэпсэ, 
Dostluğun vəfası budurmu, səncə?
Vəfasız bir vədi vermə insana,
Layiq görməyirəm mən bunu sana. 
Köməksiz, arxasız, qərib bir quşam, 
Dirilik suyundan uzaq uçmuşam.
ХэгаЬэ bir kəndə xəzinə vermək,
Susuza su vermək şərt olsun gərək.
Bil ki, müşkülümü tez düzəltməsən, 
Yenidən divanə olacağam тэп .
Gəlməsə sevgilim-bəxtiyarlığım,
Bil ki, məhv olacaq ЬйШп varlığım".
LEYLİNİN QƏBİLƏSİ İLƏ NOFƏLİN
MÜHARİBƏ ETMƏSİ
Nofəl bu xoş olan umu-küsüdən 
Odlarda mum kimi yumşaldı, bilsən. 
Qalxıb hazırlaşdı yol səfərinə,
Havada parladı qılıncı уепэ.
Atiandı quş kimi о böyük hünər,
Toplandı başına sadiq igidlər.
Atının nalından odlar qoparaq,
Meydana şir kimi girdi çaparaq.
Elə ki, yetişdi о qəbiləyə,
Bir elçi çağırdı, sözüm var, deyə,
Nofəl ismarladı: "Öz ordumla т э п
Od kimi keçərəm üzərinizdən.
Bu saat Leylini gətirin mana,
Qılınc girocokdir yoxsa meydana.
Göstərin Leylini, hardadır о qız?
О öz aşiqinə yetişsin yalnız.
Qoy, susuz can verən bir suya çatsın,
111


Ona su verən də savaba batsın".
Çatdı qəbiləyə Nofəlin səsi,
Sındı ortalıqda eşqin şüşəsi.
Cavab verdilər ki: "Bu mümkün olmaz, 
Leyli ayparadır, düşünün bir az.
Ona əl yetişməz, aydır о dilbər,
Heç kəsin əlindən gəlməz bu hünər. 
Qılınca qılıncla qisas alanq,
Qarurə atsan da daşa çalanq".
Qasid baş götüriib qayıtdı geri,
Nofələ söylədi haman sözləri.
Nofəl acıqlamb, dedi qasidə:
"Bu saat piyada qayıdıb уепэ,
De: - Dadmamışsımz qılıncımı siz,
Bu köhlən atımdan xəbərsizsiniz,
Dəniz dalğasıyam, qaçın qarşımdan, 
Yoxsa tufan qopar hər bir daşımdan. 
Qasid уепэ gedib cavab gətirdi,
Nofələ nalayiq sözlər yetirdi,
Nofəl acıqlandı qəzəblənərək, 
Köksündə od tutub alışdı iirok.
Sonra qılıncını çəkdi dörd yana, 
Qoşunla şir kimi girdi meydana.
Onlar da qabağa ordu tökdülər,
Dağ kimi tərpənib nərə çəkdilər. 
Nofəlgil tərəfə at oynatdılar,
Şirin qarşısına qılınc atdılar.
Coşdu dəniz kimi, qızışdı meydan, 
Havadan od yağdı, gölə döndü qan. 
Qılıncın əlində qan piyaləsi,
T c ^ a ğ ı məst etdi bu qan laləsi. 
Aslanlar gəldikcə рэпсэ-рэпсэуэ, 
Toqquşdu nizələr, intiqam, deyə.
О tökülən qanlar çatdıqca dizə,
Oxlar quzğun kimi töküldü düzə. 
Qılınclar beyinlə şirələndikcə, 
Bədəndən aynlan başlar əndikcə,
112


Qızmış ərəblərin о nərəsindən 
Göylərin qulağı kar oldu bilsən. 
Əcəl ildınmı şığıyan zaman 
Alov püskürürdü daşın ağzından. 
Deyləmi tükünün uclan kimi 
Qəhr edən zubinin ucu itiydi.
Günəş on cıqqalı bayrağa bənzər, 
Sanki qızamuşdı уепэ ilk səhər. 
Daşlar deşik-deşik Sürəyya kimi, 
Yer qana dönmüşdü bir dərya kimi. 
Нэг şirin baxışı alov saçmışdı,
Qara ilan kimi ağız açmışdı.
Yırtıb dağıtdıqca о qara şirlər,
Ağ atlar div kimi əlləşirdilər.
Нэг kəs bu döyüşə atlanan zaman 
Məcnun can verirdi ruhu pərişan. 
Hamı at çapdıqca müharibəyə,
О dua edirdi banşıq deyə.
Нэг kəs çıxardıqca düşmən gözünü, 
О həlak edirdi dərddən özünü.
Açıb öz qəlbində dua yelkəni,
Sülhə çağınrdı müharibəni.
О utanmasaydı, qalxıb durardı, 
Bulud tək özünə qılınc vurardı.
E1 qınamasaydı bu dəmdə onu, 
Qınb qurtarardı öz qoşununu. 
Olmasa düşmənin tənəsi əngəl, 
Dostlann başını kəsərdi əw əl. 
Təqdir kamanına çatsaydı əli,
Ox atıb dostlan qırardı, bəli.
Onun dediyini desəydi ürək,
Öz yoldaşlannı qırardı, gerçək.
Bu qoşun içində coşurdu Məcnun, 
Istərdi ki, bassın о biri qoşıın. 
Burda axtanşa at səyirdərdi,
Ordakı qoşuna dua edərdi.
Öz tərəflərindən ölsə bir nəfər,
113


Onu öldürənin əlindən öpər.
Leyligil tərəfdən məhv olanlara 
Göz yaşı tökərdi bu bəxti qara.
Bu yandan о yana nizə tutardı, 
Düşmən nizəsinə duası vardı.
Bəzən öz qoşunu gələndə üstün 
Atardı kamanı, oxu büsbütün.
Elə ki, yar tərəf qalib gələrdi 
Şir kimi nərəsi dağlar dələrdi.
Bir nəfər soraşdu: "Niyə, ey cavan, 
Döyüşdən çarx kimi kənar qaçırsan. 
Biz sənin uğrunda can qoyuraq bil, 
Düşmənlə dostluğun heç insaf deyil". 
Dedi: "Sevgilimdirdediyinəğyar, 
Mənim qılınclarla пэ işim aşar. 
Düşməni qanına qərq etmək olar, 
Dostia vuraşmağın mənasımı var? 
Döyüşdən su kimi qanlar çağlayır. 
Canansa о tayda yara bağlayır. 
Məşuqə verdikcə aşiqə nəfəs,
Aşiq də verməli ona bir əvəz.
Yar sürmə göndərir ayaq tozundan, 
Мэп ona daş atsam, qıyarmı vicdan? 
Мэпэ bal vədəsi vermişdir о yar, 
Мэп sirkə göndərsəm layiqmi olar? 
Y ann əli varsa о yanda əgər,
Kim canan tərəfi zəlil istəyər? 
Ordadır istəyim, qəlbim, həvəsim, 
Qəlbim hardadırsa orda nəfəsim. 
Canana can vermək xoşdur əzəldən, 
Canmı əsirgəyim т э п о gözəldən? 
Мэп ki, öz cammdan keçmişəm belə, 
Yazığımgələrmi sizlərə, söylə! " 
Soruşan bir ona, bir уегэ baxdı,
Göz yaşı torpağa sel kimi axdı. 
Məcnunsa döyüşdən uzaq düşərək, 
Tozlann içində oynayırdı tək.
114


Nofəl qılmcım çəkib dörd yana,
Bir sərxoş fil kimi girib meydana,
Нэг oxda bir nəfəs, bir can alardı,
Нэг bir həmləsində cahan alardı.
Qan arxı çəkirdi gəzdiyi yerdə,
Qan yeyib-içməkdən doymuşdu yer də. 
Qılınc oynadırdı şöhrət gəzənlər, 
Axşam qaranlığı çökənə qədər.
Canan zülffl kimi qaraldı göylər, 
Gündüzün üzünə töküldü ənbər.
Siyah tellərini düzdükcə gürcü,
Qaraldı get-gedə göylərin bürcü.
Bu zaman aynldı düşmən qoşunlar, 
Döyüş meydamnda yatışdı onlar.
Elə ki, о qara ilan büküldü,
Ağ nəfəsli Zöhhak-günəş də güldü. 
Qalxdı hər pəhlivan, hər igid əsgər, 
Zöhhak ilanına döndü nizələr,
Qoşunla dolmuşdu Leylinin yurdu,
О yerdə dağ kimi ordu durardu. 
Düşməni qarşıdan, arxadan səf-səf 
Oxlara tutmuşdu Leyligil tərəf.
Nofəli qorxutdu о daşğın ordu,
О artıq, sülh üçün dayanıb durdu.
Öz adamlanndan tapıb bir nəfər, 
Tapşırdı: "Sülh üçünbir tədbir göstər. 
De ki, qan tökməyə gəlməmişik biz, 
Yalnız bir könüldür istədiyimiz.
Divanə bir gəncə söz vermişəm mən, 
Yalnız bir gözəldir istəyim sizdən.
Öz dövlətimdən də keçirəm bu dəm, 
Sizə xalvar-xalvar qızıl verirəm. 
Məsləhət görsəniz bu sövdanı siz,
Qəlb açan bir cavab verməlisiniz.
Şəkər satmasanız bu yerdə bizə,
Sirkə də tökməyin istəyimizə.
115


Yaxşılıq gəlməsə əllərinizdən,
İntiqam almayın qılıncla bizdən..."
Elçi bu sözləri verincə xəbər,
Qızmış ordulan geri çəkdilər.
Hamıya xoş gəldi bu gözəl dilək,
Ordular döyüşdən geri dönərək,
Banşıq nəğməsi çaldıqca, çənglər,
О qanlı döyüşdən qalmadı əsər.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə