Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


İBN-SƏLAMIN LEYLİNİ İSTƏMƏSİ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə29/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   83
Leyli ve Mecnun

İBN-SƏLAMIN LEYLİNİ İSTƏMƏSİ
Bağın calalını yaradan usta 
Böylə nəql edirdi dastan xüsusda:
О gün ki, о bağa girdi aypara,
Yaydı şəfəqini asimanlara.
Giil sərvin başında dəstə bağladı,
Gülün və gülabın alçaldı adı.
Zəncir halqası tək biri-birinə 
Keçmişdi Leylinin saçlan уепэ.
Yolda Bəni-Əsəd qəbiləsindən 
Bir nəfər, Leyliyə rast gəldi birdən.
103


Böyükdü ondakı vüqar və hünər, 
Ehtiram saxlardı ona ərəblər.
Çoxdu qəbiləsi və qohumlan, 
Hörmətlə keçərdi bütün ruzgan. 
Xalq da baş əyərdi о gəncə müdam, 
Ona ad vermişdi bəxt-Ibn-Səlam. 
Gümüşlə, arxaydı ondakı hünər, 
Onu barmaq ilə göstərərdilər.
О parlaq çırağı-Leylini görcək,
Bir çarə tapmağa əsdi külək tək. 
Lakin о baxmadı heç də gərdişə 
Ki, çıraq küləklə gəlməz sazişə. 
Vətənə qayıdıb, cumdu xəyala, 
Qəlbi can atırdı onun visala.
Ayı qucaqlaya bilməmiş heç kəs, 
Bəlkə xəbərsizdi bu işdən о şəxs. 
Başında gəzirdi visalın dərdi,
О рэп qızına elçi göndərdi.
Istəyi buydu ki, getsin elçilər, 
Versin öz könlünü ona bu dilbər. 
Hiylələr düzəldib düşdü ayağa, 
Qızılı gül kimi tökdü torpağa.
Min xəzinə yığıb göstərdi elə, 
Sürüsü, ilxısı səs saldı çölə.
Könül ovçusuydu о gözəl mələk, 
Onun arxasınca elçi gedərək,
Ələ gətirməkçin haman gəlini,
Ata, anasının öpdü əlini.
Ata da, ana da cüt əyləşdilər,
Onlara xoş gəldi bu xeyir xəbər. 
Dedilər: "Başqa bir məsləhət olmaz, 
Ancaq ki, gözləmək lazımdır bir az. 
Çünki pərişandır bizim novbahar, 
Leylinin azacıq xəstəliyi var.
Qoyun yaxşılaşsın, şadlanaq biz də
Kəbin kəsərsiniz о zaman siz də.
Bu kəbin, qəlbaçan bu xeyir xəbər
104


Allahın iznilə tez başa gələr.
Hələlik dayanıb bir az səbr edin.
Hələlik vədəylə şadlamb gedin.
Taki gül qonçası açsın bu taqda,
Tikanlar çürüsün bu gözəl bağda.
Qızıl boyunbağı taxıb boynuna,
Verərik, sizinki olarbu sona".
Bunu Ibn-Səlam eşidən zaman 
Bilmədi neyləsin о şadlığından.
Çapdı öz yurduna atım о dəm,
Silindi könlündən qüssə ilə qəm.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə