Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə32/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   83
Leyli ve Mecnun

MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI
Sülhün qoqıısıınıı duyunca Məcnun 
Kinlə qəzəbləndi ürəyi onun.
О igid Nofələ acıqlanaraq,
Rişxəndlə dedi ki: "Qəhrəmana bax!
Sən, ey qucaq-qucaq vədlər verən,
Yaman başa vurdun öz vədini sən.
Buydumu sözündə möhkəm durmağın?
Bir də at oynadıb qılınc vurmağın?
Damş, qəribliyə salma sorğumu,
Vəhşini ram edən əfsunun bumu?
Buydumu meydanda at oynatmağın?
Havada ox tutub kəmənd atmağın?
Zidmiş iradəmə sənin iradən,
Nə yaxşı bir hünər göstərmisən sən?!
Salam düşməniydi о canan тэп э,
Indi sən döndərdin tamam düşmənə.
Vəfaya açılmış о qapıya sən 
Min qıfıl vuraraq bağladın nədən?
Ey dost, köməyindən əlim üzüldü,
Işimi korladın, belim büküldü.
Bu dostluq telləri qınldı nədən?
Çox şalılar yıxılmış bir süvaridən.
Qurda ox atdısa dağlarda çoban,
Gedib itə dəydi aldığı nişan.
Hünərin aləmə səs salan zaman 
Əfsus ki, əhdini ayaqlayırsan.
116


Bu acı sövdaya düşməmişkən т э п
Sənə bel bağlardım bəlkə ürəkdən.
Bu yazıq aşiqdən niyə vaz keçdin? 
Əkmədiyin yeri пэ üçün biçdin?
Sən ki, başlamışdın bu böyük işi, 
Hünəri yanmçıq qoyarmı kişi? 
Qaranlıq könlümə işıq verənsən,
Bu xəstə ömrümün dərmanı sənsən." 
Döyüş qalxamm ataraq, əw əl 
Şirin dilə tutdu Məcnunu Nofəl;
Dedi: "Qoşunsuzam, köməksizlikdən 
Siyasət işlədib sülhə girdim тэп . 
Qayıdıb yurdumdan qüw ət alaram, 
Yenə qılıncımı işə salaram.
Qoşun toplayaraq qəbilələrdən, 
Daşdan kcçirorom poladımı тэп . 
Qılıncla basmasam о qudurğam".
Kor olsun Nofəlin qəlbi, vicdanı". 
Sonra Mədinədən Bağdada qədər 
Qoşun toplamağa getdi elçilər.
Nofəl hiddətindən yandı bir zaman, 
Qoşun tələb etdi bir çox diyardan. 
Nəhayət, topladı böyük bir ordu, 
Dağlara döş gərib üz-üzə durdu. 
Birinci hücumda sərhəddi aşdı, 
Düşmənlər kor olub qorxudan çaşdı.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə