Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


LEYLİNİN İBN-SƏLAMIN EViNƏ KÖÇMƏSİ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə40/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   83
Leyli ve Mecnun

LEYLİNİN İBN-SƏLAMIN EViNƏ KÖÇMƏSİ
Günəş səhər-səhər yuxudan durdu,
Çadnm göy rəngli gülşəndə qurdu.
Gecə səyyarəsi alışıb yandı,
Nil rəngli Dəcləyə tərəf yollandı.
Sevincək yerindən sıçradı damad,
Kəcavə bəzədi ürəyi çox şad.
Elə ki, əyləşdi kəcavədə qız,
Onu çox hörmətlə apanb yalnız,
Taxtım, tacım tapşırdı ona,
Dedi, hakim olsun bu gözəl sona.
Keçdi iki-üç gün, həya üzündən 
О mumu səbr ilə yumşaltdı, bilsən.
Xurma ağacına bir gün əl atdı,
Xurmalı budağa о əl uzatdı.
Lakin, o, Leylidən bir zərbə aldı,
Ağndan sustalıb yerində qaldı.
Qızın silləsindən о birdən-birə,
Cansız ölü kimi sərildi уегэ.
Qız dedi: "Bir daha belə iş görsən,
Təqsiri məndə yox, özündə gör sən.
139


Mənim surətimi qurab bəzəyən 
Böyük sənətkara and içirəm mən, 
Qanımı töksə də sənin inadın,
Hasil olmayacaq məndən muradın".
Bu and təsir etdi Ibn-Səlama,
О da razılaşdı qura salama.
Bildi ki, sevməyir onu bu nigar
Qəlbinin bambaşqa bir çırağı var.
Lakin о məğrurluq üzündən уепэ,
Yox deyə bilmirdi öz ürəyinə.
On dörd günlük о ay, о nazik bədən 
Bunu da salmışdı eşqiylə əldən.
Dedi: "Mən ki, düşdüm onun eşqinə, 
Uzaqdan da görsəm, bu bəsdir mənə. 
Qura bir baxışla şadlansam da mən,
Bu xoşdur, ömürlük yad düşməyimdən. 
Dedi ki: - Qarşında çoxdur günahım, 
Keç bu təqsirimdən, ey qibləgahım. 
Qura tamaşana razıyam, inan, 
Namərdəm çəkilsəmbu iqranmdan".
О da ömr elədi, dözdü bu dərdə,
Başqa təmənnası olmadı bir də.
Həsrət içindəydi о bağ bəzəyi,
Yollarda qalmışdı gözü, ürəyi.
Bəlkə, xoş xəbərlə əsən bir külək 
Məcnundan ona bir toz gətirəcək. 
Ağlaya-ağlaya döyüb köksünə, 
Çadırdan çıxardı yollar üstüno. 
Bülbüldən yaralı bir səsi vardı,
O, sərxoşlar kimi addım atardı.
"Aşiqim hardadır" söylədikcə qız,
Öz incik rahuyla yaşardı yalnız.
Nə səbri qalmışdı, пэ də qəran, 
Dərddən axıtdıqca о göz yaşlan,
О п ш gizli sirri düşdü dillərə,
Eşqi günəş kimi güldü ellərə,
140


Üzülməz qəmlərin sarsıntısından 
Ər, ata qorxusu qalxmış ortadan.
Sövda ki, soxulur insan rahuna,
Ər, ata qorxusu neyləyər ona?

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə