Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


MƏCNUNUN QARĞA İLƏ SÖHBƏTİ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə36/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   83
Leyli ve Mecnun

MƏCNUNUN QARĞA İLƏ SÖHBƏTİ
Açdı gözlərini yuxudan səhər,
San köynək geydi о mavi göylər.
Güldü о san gül, о göylər qızı,
Dünya başdan-başa geydi qırmızı. 
Məcnun xəzan görmüş gül kimiydi, ah! 
Gözündə ağlardı gülüzlü sabah.
Bu sonsuz sulara od düşən zaman 
О da gəmisini çəkirdi sudan.
Günəşdə yandıqca əli, ayağı,
Nəfəsdən düşmüşdü günorta çağı.
Çılpaq qaldığından o, kölgələr tək 
Oturdu bir ağac kölgəsində tək.
О hündür ağacın kölgəsində, bax,
Sular axışırdı şınldayaraq.
Göy kimi, girdə bir hovuz ki, vardı,
Suyu kövsər kimi panldayardı.
Onun dövrəsini almışdı otlar,
Yaşıl geyinmişdi о yerdə bahar.
Ciyəri istidən kababa dönən 
О sudan doyunca içərək həmən,
Kar kimi, lal kimi dinib danışmaz,
Ayaq saxlayaraq dincəldi bir az.
О yaşıl çəmənə heyran qalmışdı,
129


О gözəl ağacı seyrə dalmışdı.
Budaqda qaraca bir qarğa vardı,
Gözü çıraq kimi işıq salardı;
Gözəllər saçı tək qaraydı rəngi, 
Baxdıqca oxşardı qəlbi, ürəyi.
Saleh bir quş idi о yazıq qarğa, 
Salehilər kimi geymişdi qara91 
Sakitcə durmuşdu budaqda о quş, 
Sanki mina üstə şəvə oturmuş. 
Məcnun fikrə getdi görəndə onu, 
Duydu qəlblərinin bir olduğunu.
"Sən, ey yas libaslı, aç, söylə ban
Nədir əynindəki bu yas paltan? 
Nədəndir, gecənin rəngi var səndə? 
Qara günlərəmi düşmüsən sən də? 
Qəmə mən yanıram, alışansa sən, 
Mənim əvəzimdə qara geymisən. 
Ürəyin yamqlı deyilsə bu dəm 
Nədən qaralmısan, ey dərdli həmdəm? 
Sinən yanmamışsa, zavallı qarğa, 
Sinəsi dağlıdan qaçma uzağa.
Zənci rəngi yağır sənin rəngindən, 
Bəlkə də, soyğunçu hindu kimisən. 
Bəlkə də, mən şaham, sən т э п э çətir
De, nədən qarasan? Açıq söylə bir. 
Canana rast gəlsən, ərz elə ki, mən 
Onun həsrətiylə düşmüşəm əldən. 
Mənim dadıma çat, yetiş amandır, 
Dadıma yetməsən halım yamandır. 
Demişdin, əlindən tutaram bir dəm
Qorxuram bu həsrət gözümdə öləm. 
Bir göz kor olarsa, ey nazlı nigar, 
Tutiya verməyin пэ mənası var. 
Canavar quzunu aparsa əgər,
Çobamn hay-küyü пэ fay da verər.
Sel ki, bir binam dibdən uçurar, 
Poladdan olsa da neyləsin divar.
130


Bir əkin yerini vursa quraqliq,
Yağışın mənası qalarmı artıq?
Məcnun dil oxunu atır uzağa,
Budaqdan-budağa uçurdu qarğa.
Məcnun damşdıqca coşub daşırdı,
Qarğa da uçmağa hazırlaşırdı.
О söhbət açdısa əfsanələrdən,
Qarğa dərdlə uçdu durduğu yerdən.
Gecə qarğa kimi geyindi qara,
Yarasa göz açdı qaranlıqlara.
Göydə çıraq kimi yandı ulduzlar,
Qarğa gözü kimi parladı par-par.
Məcnun çıraq kimi söndü, qaraldı,
Sanki gözlərini qarğa apardı.
Y ananbir şam-kimi о sinə dəftər 
Göz yaşı tökürdü səhərə qədər.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə