Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


QARININ MƏCNUNU LEYLİNİN QAPISINA



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə37/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   83
Leyli ve Mecnun

QARININ MƏCNUNU LEYLİNİN QAPISINA
APARMASI
О göylər pərisi günəş yananda,
Səhər pərdəsindən baş qaldıranda 
Нэг baxış bəzənib durdu bağ kimi,
Нэг göz də parladı, bir çıraq kimi.
Məcnun da qaçırdı qarğa kimi tək,
Bir şam axtanrdı pərvanələr tək.
Basıb köç yolunda tikanlıqlan,
Qaçırdı cananın yurduna san...
Canan qoqusunu havadan duydu,
Bir anlıq əlini köksünə qoydu.
Elə bil, canlandı ölmüş bir bədən,
Dayannuş bir ürək çarpdı yenidən.
Uzaqdan bir qan göründü bu dəm,
Yanınca gəlirdi bir talei kəm.
Zəncir vurulmuşdu о divanəyə,
О da şadlamrdı, xoşbəxtəm deyə...
131


Qan çox sürətlə addım atırdı,
Boynu zəncirlini çəkib dartırdı. 
Məcnun о əsiri gördüyü zaman 
Qanya and verib dedi: "Bir dayan, 
Kimdir yanındakı bu zəncirli kəs? 
Neçin zəncirlidir bu divanə şəxs?" 
Qadın cavab verdi: "Düzünü desəm, 
Divanə deyildir, bu talei kəm,
Мэп dulam, bu da bir kasıb insandır, 
Bunun da, mənim də günümüz qandır. 
Ah, bizi salmışdır yoxsulluq əldən, 
Bunu zəncirlərə bağladım ki, т э п
Əsir sifətində gəzdirim ban,
Gəzib dolandınm bu obalan,
Gəzək şəhər-şəhər, həm ölkə-ölkə,
Bir ovuc yem tapam evimə, bəlkə. 
Bundan əlimizə düşənləri biz 
İkicə hissəyə bölək tər-təmiz.
Bir toz da qalmasın haman ruzidən, 
Nə tapsaq, bölüşək biz onlan tən". 
Мэспип, qol-qanadı sınmışlar kimi, 
Yıxıldı qanmn ayağına ki:
"Aç onun boynundan о zənciri sən, 
Gəl mənim boynuma bağla əlinlən.
О divanə deyil, divanə mənəm,
Çünki т э п layiqəm zəncirə bu dəm. 
Hayana istəsən, al apar məni,
Üzü qaralıqla gəzdir ölkəni.
Bu işdən əlinə nə düşsə hər gün, 
Yalnız sənin olsun onlarbüsbütün". 
Qadın bu şikan görüncə həmən,
Nə qədər şad oldu bu təsadüfdən.
Atıb yoldaşım, çox razı qaldı,
Zənciri Мэспипип boynuna saldı. 
Qadın zəncirlədi yazıq Мэспипи, 
Boynuna ip salıb apardı onu.
Gəzdirdi aşiqi о diyar-diyar,
132


Bir yerdə dayanıb tutmadı qərar.
El yazıq aşiqi görüncə darda,
Gülənlər də oldu, ağlayanlar da. 
Qafillər Məcnuna baxıb gülürdü, 
Aqillər gözündən yaş tökülürdü. 
Ayağında buxov, boynunda zəncir 
Məcnun tənələrə dözürdü bir-bir.
Bir çadır yaıuna yetişdi birdən,
Od, alov parladı nəğmələrindən.
О "Leyli" dedikcə, daşlar yeyirdi,
Daş altda rəqs edib canan deyirdi. 
Qadın yedəyində çəkdi Məcnunu, 
Leyli qapısına gətirdi onu.
Çəmənin nəsimi ona dəyəndə 
Dayandı sərv tək yaşıl çəməndə.
Aşiq о çəməndə ağladı zar-zar,
Sanki ilk baharda yağdı buludlar.
О, уегэ baş döyüb deyirdi: "Canan, 
Özündən aynyam, dərdinlə həmcan. 
Zəncirdən, quyudan qaçdığım üçün 
Yamnda təqsirkar olmuşam bu gün. 
Indisə zəncirdə sızlayır bədən, 
Verdiyin cəzaya şadam ürəkdən. 
Yanında çox oldu mənim günahım, 
Üzürsüz gəlmişəm, ey qibləgahım.
Bil ki, hakimimsən, məhkumam sənə, 
Öz bildiyin kimi cəza ver mənə.
Qılınc vurmağıma baxma, ey sənəm, 
Sənin hüzuranda уепэ əsirəm.
Atımı sürdümsə siz tərəfə mən,
Min yara almışam mən öz zərbəmdən. 
Ayağım etdisə dünən bir günah.
Bu gün baş qoymuşam ayağına, ah! 
Sizə ox atdısa bu sınmış əlim,
İndi zəncirlidir о da, gözəlim.
О zaman bir günah etdimsə əgər, 
Bəsdir bu çəkdiyim ağır cəzalər.
133


Qıyma ki, bu cürə zəlil olum mən,
Bir dəfə cammı çıxar bədəndən.
Səndən özgəsinə meyl etsə ürək,
Gəl, məni xaç kimi çarmıxlara çək.
Ey vəfasızlığı vəfadan parlaq,
Xətadır yanında xətasız olmaq.
Qarşında xətasız dayanıb bu dəm,
Özümü xətaya düçar edirəm.
Bəlkə vəfa görəm bu yolla səndən,
Ya da atdığın ox keçə sinəmdən.
Nə qədər ki sağam salamımı sən 
Alıb bir başıma əl çəkməyirsən.
Razıyam, gəl öldür məni, ey mələk,
Öldür ki, başıma əlin dəyəcək.
Bir qılınc endir ki, başıma, canan 
Man olum qapında kəsilən qurban.
Мэп İsmayıl kimi saxlaram ədəb, 
İncisəm, qoy olum İsmayılməzhəb92 
Şam kimi alışıb yanır bədənim, 
Qorxmaram başımı qoparsan mənim.
Bir şamın başını qoparanda biz,
O, baş ağnsından xoş olar şəksiz.
Ayağın altında can verib ölsəm,
Sənsiz yaşamaqdan bu xoşdur, пэ qəm. 
Madam ki bağlıdır yamna yolum,
İşim ah olacaq, qurbamn olum!
Başım aynlmayır qəmdən, qüssədən, 
Səninsə başım ağntmayım mən.
Istəsən başından dərd uzaq olsun,
Dərd т э п э т , qoy ölüm, başın sağ olsun". 
Deyərək, ox kimi qalxdı yerindən,
Tutub parçaladı zənciri birdən. 
Qəmlərdən şadlanan о bəxti qara 
Dağ vəhşisi kimi qaçdı dağlara.
Nəcdə çatan kimi inləyib durdu,
Özünə ox kimi sillələr vurdu.
Ondan soraq alıb getdi qohumlar
134


Görünməmiş bir hal gördülər onlar. 
Atası, anası ağlayıb qəlbən,
Artıq əl üzdülər о divanədən.
Heç kəsə yovuşmaz görüb Məcnunu, 
Yalnız özbaşına qoydular onu. 
Gördülər yamandır onun bu halı, 
Leylini axtanr darğın xəyalı.
Yanında başqa bir söz danışsalar, 
Özünü döyərək tutmazdı qərar...

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə