Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə38/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   83
Leyli ve Mecnun

İBN-SƏLAMIN DASTANI
Мэпа dənizinin qəw ası insan 
Səpmiş bu şəkəri dodaqlanndan: 
Nofəlin qələbə çaldığı gündə 
Şadlandı Leylinin qəlbi köksündə. 
Qəlbə işıq saçan о gözəl nigar 
Dedi: "Sevin, Leyli, qalib çıxdıyar..." 
Bu zaman atası gəldi vüqarla,
Güldü bığ altından o, iftixarla,
Öz əmmaməsini кэс qoyub haman, 
Dil açıb dəm vurdu dilbazlığından: 
"Bu gün hiylə töküb tor quraraq mən 
Qurtardım yaxamı о divanədən. 
Verdim cavabını dönməz bir üzlə, 
Onu suya verdim quruca sözlə.
Bu tann vergisi dilimə görə 
О allah qarğamış Nofəl bilmərrə 
Ə1 çəkdi fikrindən, о xam xəyaldan, 
Öz tamah dişini çəkdi visaldan. 
Allaha şükür ki, qurtardıq ondan, 
Onun da payını versin yaradan".
Leyli eşitdikcə bu hekayəti 
Gözündə çağladı can şikayəti... 
Çadırda gizləndi о dərdli pəri,
Qan sıxıb, qan tökdü ağlar gözləri.
135


Gözlərindən axan о qanlı yaşlar 
Keçdiyi yollarda qoymadı qubar. 
Bilincə itmişdir уепэ о baxtsız, 
Əlini, qolunu dişləyirdi qız.
Saf qan axıdırdı gözündən mələk, 
Bu sudan özünə zinət verərək. 
Nərgislə suvardı qız ərğəvanı93, 
Hovuza batırdı o, xeyzəranı.
Onun пэ hal duyan bir kəsi vardı, 
Nə bir dost dərdinə çarə tapardı. 
Qapını, bacanı bağlayıb möhkəm, 
Dustaq ilan kimi yaşardı sənəm. 
Yalnız, qapısından əsən küləklər 
Ətrindən hər yana verirdi xəbər. 
Adlı adamlar da evlənək deyə,
Elçi göndərirdi hər gün Leyliyə. 
Hamısı dəm vurab öz dövlətindən, 
Ər olmaq istərdi ona hər yetən.
О dürrün dalınca hey mahal-mahal 
Düşmüşdü ortaya minlərlə dəllal. 
Birinin о bala iştahı vardı,
Başqası о taxta əl uzadardı.
Atası qızını tutub ürəkdə,
Onu inci kimi saxlardı bərkdə. 
Kamala yetişmiş о gümüşbədən 
Şüşəni gözlərdi daşdan, küləkdən. 
Yüz min ehtiyatla yeyirdi dildar, 
Qəlbini gizlincə, şərabı aşkar.
Şam kimi gülərək, qızarsa da qız, 
Bu gülüş altında yanardı yalnız 
Gül kimi iki lay kəmərli müdam 
Ayağında nizə, əllərində şam.
Bütün möhnətlərə о dözə-dözə, 
Çəkdiyi ağnm vurmazdı üzə. 
Ulduzlar içində bir ay durmuşdu, 
Çadnna yüz Zöhro halqa vurmuşdu.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə