Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


LEYLİNİN İBN-SƏLAMA VERİLMƏSİ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə39/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   83
Leyli ve Mecnun

136


LEYLİNİN İBN-SƏLAMA VERİLMƏSİ
Bir xəbər tutunca tez Ibn-Səlam 
Tələsdi vədəyə versin sərəncam.
Şalılıq cəlalilə, dəbdəbəsilə 
Keçirmək istədi Leylini ələ.
Çoxlu xəzinəylə elçi gəldilər.
Xalvarla qənd gəldi, batmanla ənbər. 
Nafə müşkü ilə mədən ləlləri 
Bəzədi büsbütün qumlu çölləri. 
Geyinsin, bəzənsin deyə о dilbər, 
İpəklə yükləndi gələn dəvələr. 
Atlardan "ərəbi", "bəxti", "təkavər"94 
Gətirdi ağıla sığmayan qədər 
İnsan döyüşdürən qızıllar ki, var,
Qum kimi dağıdıb səpirdi onlar.
Qızılı qum kimi səpdikcə уепэ,
Sanki qum tökürdü düşmən gözünə. 
Nəydi о səxavət, nəydi о rəftar!
О böyük calala heyran qaldılar.
İki gün dincəldi о yol yorğunu,
Elçini çağınb öyrətdi onu.
Elçinin cadulu bir dili vardı,
Daşı xəcalətdən yumuşaldardı.
Sözü Isa kimi can təzələrdi,
Ölülər yenidən dilə gələrdi.
Alıb Rum elindən, Çindən, Məkkədən, 
Peşkəşlər gətirdi nadir şeylərdən.
Elçi xəzinəylə düşdü yollara,
Hamsını çatdırdı xəzinədara.
Öz şirin dilinin açan ilə 
Gizlin xəzinəni о açdı belə:
- Asian ürəklidir bizim qəhrəman, 
Ərəbin fəxridir, şənidir, inan.
Nəsəb sahibidir, adlı-sanlıdır, 
Böyükdür, nəcibdir о çox şanlıdır.
137


Siz qan istəsəniz, qum kimi tökər. 
Davadan-dalaşdan azad olaraq, 
Onunla səadət taparsan ancaq.
Elçi bu sözləri dediyi zaman 
Qızcığın atası qalmışdı heyran. 
Sonra, məsələnin əslinə yetdi, 
Qəbul etdiyini etiraf etdi,
Bu işi qızına о rəva gördü 
Ayı əbdəhamn ağzına verdi.
Sabah günəş doğub şölə salanda, 
Cəmşidin camını э1э alanda 
Bəylik xələtini rus oğlu aldı,
Ərəb damadımn çiyninə saldı 
Gəlinin atası çıxdı eşiyə,
Çadın bəzədi, bayramdır deyə.
O, qonaq çağırdı Ibn-Səlamı, 
Şadlıq məclisində əyləşdi hamı.
O, keyf məclisini sevinclə qurdu, 
Ona layiq olan bir zinət vurdu. 
Ərəb qaydasınca onlar bir yerdə 
Öncə sınan əhdi bağladı bir də. 
Göylərə sovurdu pul tufamm 
Süd həqqinə girov dedi camm. 
Qızın otağında onlar bu səhər 
Tünglərə пэ qədər şəkər tökdülər. 
О kiçik ağızlı, qaragün sənəm 
Ətir yandınrdı ud kimi о dəm.
Ətir dağıdırdı ah çəkən qəlbi,
Göz yaşı tökürdü gülablar kimi. 
Ləli od verirdi, bulağı da su,95 
O, ənlik qayınr, gülab yayır bu. 
Y an çatmışdısa bu gün murada, 
Muradsız qalmışdı özü dünyada. 
Ağıza çatarkən düşüb sındı cam, 
Qoğalı bişmişkən dönüb oldu xam. 
Qaydadır, ayağa batar hər tikan,
138


Od ağız yandırar ağıza qoysan.
Kim ki, müxalifət göstərə bir az,
Heç kimin əmrinə о qulaq asmaz.
Öz qəbiləsinə asi olan şəxs 
Onunla bir yerdə yaşaya bilməz.
Barmağın birini çalarsa ilan,
Barmaq kəsilməsə zəhərlənər can.
Təbə can dərmanı olmuş məhəbbət,
Ölümə səbəbdir hər müxəlifət.
Ruhu şənləndirən Leyli ki, vardı,
Ixtilaf üzündən canlar alardı.
Şalılıq çırağından alışıb yanan,
Çıraqla gəzirdi onu hər zaman.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə