Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


MƏNİ İNKAR EDƏNLƏRDƏN ŞİKAYƏT



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə10/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   83
Leyli ve Mecnun

MƏNİ İNKAR EDƏNLƏRDƏN ŞİKAYƏT
Coşmaq zamamdır, coş, ey könül, sən, 
Dünyaya dil verən dinməyir nədən?
Gəldi söz meydanı, mənəm sənətkar,
Bu gün məndən gözəl söz deyənmi var? 
Əlimin muzduyla dolamram mən,
Calalım yaramr söz xəzinəmdən.
Bu səhər sehrini yaradan zaman,
Bütün yeddi fəsli dedim qurandan.
Bu halal, bu açıq sehrə baxın siz,
Günahdır bu seM danmaq, şübhəsiz.
Bu söz sənətində elə kamiləm 
Ki, qeyb ayinəsi adımdır bu dəm.
Mənim dil qılıncım iti füsunkar,
Isa möcüzundən onda nişan var.
Nəzmimdə nə qədər mənim əsər var 
Lal gər eşidərsə onu, dil açar.
Alışar göz kimi sözüm qızanda,
Barmaq toxundurma, alov var onda.
A m m dan su içdi şerlə sənət,
Mənlə şöhrət tapdı sözdəki qüwət.
Bu qann otaran duzsuz şairlər 
Sayəmdə dünyam basıb yedilər.
Şikan tutmağa aslan gərəkdir,
Tülkünün işi də müftə yeməkdir.
Mənim öz nəfsimə yeməyimdənsə,
Qoy məndən yesinlər, verib səs-səsə.
Paxıl! Göz yumaraq açıq nemətə,
Saqqız çeynəyirsən, girib xəlvətə.
Ey mənim yazımın oğrasu insan,
47


Qarşımda kölgə tək çox alçalırsan. 
Mən qəzəl deməyi edəndə peşə,
О da zumasım çalar həmişə.
Mən hər gün düzəndə xoş qəsidələr,
О da quraşdınr boş qəlidələr. 
Hədərən-pədərən dilinə bax bir,
Yenə də nəzm ilə hekayə deyir.
Mən yaxşı qalıbda sikkə vururam,
О da, döyəşdəyir, qəlp çıxır müdam. 
Meymun da yamsılar, bu deyil hünər, 
Bulanlıq suda da ulduz görünər.
Gözlər işıqlamr hər əsərimdən,
Lakin о incikdir kölgələrimdən. 
Bəllidir, insam kölgə yamsılar, 
Kölgədən də betər kölgələrim var. 
Yamsılar, yamsılar utanmaz bir az, 
Çünki gözü görməz, üzü utanmaz. 
Kölgəsi olmayan peyğəmbər belə 
Təqib edilmişdirbu kölgələrlə.
Mühit dənizində pakdırsa sular,
Itin seliyindən пэ qorxusu var.
San qulaqlan düşündükcə mən 
Coşub qızıramsa bəzən hirsimdən, 
Sahili yusam da, sanki bir dəniz,
Bunu acığımdan zənn etməyiniz.
Çıraq tək aldığım sərt bir zərbədən 
Şam tək gülümsəyib sönürəm bəzən, 
Mən ki, ayna kimi dəmir deyiləm56, 
Ürəyi daşlara olmaram həmdəm. 
Xəzinə qazsam da, bir kişiyəm mən, 
Düşmən can çəkişir mənim dərdimdən. 
Sənətimi danan bir də sağalmaz, 
Çarşənbə cinlisi ağıllı olmaz57. 
Qapımın oğrusu haqq əvəzinə 
Mənim qeybətimi damşıryenə.
Evin sahibini görən oğralar 
Haray qopardaraq deyir: "Oğra var".
48


Malım doyursa da ас oğralan,
Pis söz deməsinlər haqqımda ban. 
Hünəri görsə də etiraf etməz,
Pis yolu buraxıb yaxşıya getməz.
O, gözsüz yaşasın gözsüzsə əgər, 
Korsa açılmasın bir də о gözlər. 
Oğurlayan odur, utanansa mən, 
Oğurluq şöhrətdir ona əzəldən.
Yox, yox, alçaqlığa qurşandı murdar, 
Qapını aç ona de ki: "Gəl, apar".
Onun ki, qazancı oğurluqdur tək, 
Neylərdim, olsaydım mən də оп ш tək. 
Bu iki aləmin xəznəsi məndə,
Nolar bir müflisə bir pay verəndə; 
Borcumdur gədaya sadağa vermək, 
Açıq almayanda, о çalsın gərək. 
Xəzinəm yer altı, dürrümsə ümman, 
Nə üçün inciyim lağım atandan? 
Xəzinə sandıqda saxlana bilər,
Gözəl üzərliklə bəslənib gülər58.
Mənə anam verdi bu xəzinəni,
Üzərlik üstündə mərd doğdu məni. 
Baxsan Nizaminin çizgisinə sən,
Min bir ad sayını orda görərsən. 
Ilyasın "əlf'ini, "lam"ından kəssən. 
Yenə doxsan doqquz tamı görərsən59. 
Dayanmış dövrəmdə bu minbir hasar, 
Yüzdən də bir əskik qaravulçum var. 
Zəhmətə düşməkdən azadam hər an, 
Qorxmayır xəzinəm heç bir oğradan. 
Bir xəzinənin ki, bu hasan var,
Ona neyləyəcək lağım atanlar?
Lakin, xəzinələr olmaz ilansız,
Yoxdur bu dünyada bir gül tikansız. 
Kim ki, ad qoymuşdur qoca dünyada, 
Onu öz dostian vennişdir bada.
Ay üzlü Yusifi yad edin ban,
49


Ona quyu qazdı öz qardaşlan.
İsa ki, insanlıq elmində təkdi,
Hər bir yəhudidən cəfalar çəkdi. 
Əhməd ki, rəhbəri oldu ərəbin 
Gördü cəfasım Əbüləhəbin60 
Əzəldən dünyamn bir qaydası var:
Bal tutan barmağı anlar sancar.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə