Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə8/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   83
Leyli ve Mecnun

PADŞAHA XİTAB
Sən, ey can aləmi, ey aləmə can!
Ey insan qəlbini güldüron insan! 
Günəşin taxtından tacın ucadır, 
Cəmşidin taxtından taxtın qocadır. 
Sənin idrakınla dünya abaddır,
Sənə qul olmaqla insan azaddır. 
Sənin fərmanınla ЬйШп ölkələr 
Azad nəfəs alır, düzdür bu xəbər.
Bir sən əzizlədin bütün dünyanı, 
Sənindir dünyanın hökmü, fərmanı, 
Islamın bəzəyi olmuşdur xütbən, 
Xəlifə puludur sənin bu sikkən.
Biz sənin duanla öpsək tc^ağ ı.
Qızıl güllər açar qanqal yarpağı.
Bir sənin sikkəni vursalar daşa, 
Qızıl-gümüş olar yer başdan-başa. 
Nədir о səndəki şanlı əzəmət? 
Keşikçin olmuşdur sənin səadət. 
Mehtərin olmuşdur fələk, hər zaman, 
А ф а-saman alır о anbanndan.
Nədir, mən dediyim bu arpa-saman9 
Bu аф а-sünbüldür, saman-kəhkəşan. 
Sən səhər yelinin ətrini çaldın,
Bu xoş təbiəti havadan aldın.
Həyat çeşməsidir bu səxavətin, 
Dünyanı doydurur sənin dövlətin.
Bu əlvan çiçəkli nazənin bahar 
Sənin ayağını öpmək arzular. 
Məşriqi, məğribi alan könüllər 
Sənin hüzuranda qul olmaq dilər. 
Zəfər əli kimi tac bağışlarsan, 
Günahı, tann tək, sən bağışlarsan 
Bu dünya səninlə olmuş bərqərar, 
Sənə bütün aləm keşikçi durar.
43


Sən qabaqda getsən, yol çırağısan, 
Arxada qalanda el dayağısan.
İşıqsan yollara məşəllər kimi,
Şəfəqin aydındır son səhər kimi. 
Səndədir işlərin hökmü, divanı, 
Hökmün dolandınr bütün dünyanı. 
Kimsə bu dünyada эп baş hökmüran 
Özünü qul sayır qarşında, inan.
Ağlın, iradənin gücü var səndə,
Onlar iş apanr sənin ölkəndə.
Məqsəd nişanəsi yaranmışsa vaxt,
Bir sənə inanıb, sığınır hər vaxt, 
Qələbəm düşməni qaçıra bilir,
Bu, sənin sayəndə əldə edilir.
Səndəki göz nuru sayılan sancaq 
Dövlətdən, nüsrətdən yaranmış ancaq 
Hər kimlə döyüşsən, onu dağlarsan, 
Min igid belinə qurşaq bağlarsan. 
Onun vücudundan tökülməmiş qan, 
Başını qarşında уегэ salarsan. 
Cahanda hər kimə yetirsən nəzər, 
Səadət taxtında gəlib, əyləşər.
Onun taleini sən şad edərsən,
Xarab ölkəsini abad edərsən. 
Böyüklük, ucalıq səndədir deyə, 
Xoşbəxtlik gətirdin bu Nizamiyə.
О da sarayının keşikçisidir,
Sayəndə özünü bəxtiyar bilir.
Gör, hüma qıışıınıın gülür varlığı, 
Sonsuzdur bu quşun bəxtiyarlığı.
Bu quş ki, eşqinlə qidalamr, bil,
Sənin kölgəndədir, pərişan deyil.
Səba quşlan ki, ötür hər səhər,
Şahın duasıdır dilində əzbər. 
Böyükdür cahanda şöhrətin, namın, 
Zəfərdir, fəthdir yalnız məqamın. 
Ucalsın calalın, ağ olsunbaxtın,
44


Zəfərlə bəzənsin sarayın, taxtın.
Л boyu şadlamr sayəndə aləm,
Aləm aynlmasın sayəndən bir dəm.
Səadət daima sənə yar olsun,
Səninlə bir yerdə о da var olsun.
Verirəm dostlara şad xəbəri man,
Şahın, şahzadənin mərhəmətindən.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə