Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


ŞAHZADƏNİN TƏRİFİ VƏ OĞLUMUN ONA



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə9/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   83
Leyli ve Mecnun

ŞAHZADƏNİN TƏRİFİ VƏ OĞLUMUN ONA
TAPŞIRILMASI
Səhərin qırmızı gövhəri erkən 
Zülmətdən bir işıq zahir edərkən,
Mənim xəzinəmin gövhəri olan,
О belimdən gələn, qəlbimə sultan 
Öz ata tacına gövhərlər saçdı,
Şirvanşah oğlundan mənə söz açdı,
Dedi: - Adamsızam, qınlmaz bağla 
Məni şah oğlunun lütfünə bağla.
Qoy onun əhdinə bağlamm bu dəm,
О gənc bir ustaddır, mən öyrənənəm.
Kərəmi kamala yetişən zaman 
Dərs alsın о sənin kəlamlanndan.
О az yaşlıdırsa, bir hökmüdardır,
Onda yenilməyən iradə vardır.
Vətən göylərinin ulduzudur bu,
Şahın vücududur-ölkənin ruhu.
Yerlərin, göylərin Yusifidir tək,
Zaman vəliəhdi bir odur, gerçək.
Məclisi, büsatı, sevdası yeni,
Padşah Mənuçelırin, bəlkə də, eyni.
Bu iki dünyamn о can sirdaşı,
Ağılda, idrakda şahlann başı.
Bu yeddi ölkəyə varis qəhrəman,
Bu dörd gövhərin də sirrini açan.
Böyük insanlann gözlərinə nur,
45


Şalılar namazının qibləsi odur.
O, taca fəxrdir, taxta da zinət,
Üzünə möhtacdır onun səadət. 
Şahzadə, güldükcə şərəfin, şanın, 
Açıldı gövhəri şah Axsitamn.
Sübhün iki çalan rəngidir roııgin. 
Səndə şah qanı var iki ölkənin. 
Şahlığın bağında əkilən budur, 
Keyqubad nəslinin bir toxumudur. 
Şirvan bəzənmişdir əzəmətinlə, 
Xozan abadlaşmış ədalətinlə.
Yeddi dairənin mərkəzində tək,
Durub əyləşirsən, sən bir nöqtə tək 
Tann sayəsində yaşayırsan sən.
О səni saxlasın yaman gözlərdən. 
Mənim ümidim var böyük allaha,
Öz zehnin, ağlınla səni bir daha 
Göylərə qaldırsın о gülə-gülə, 
Çatasan dünyada hər təkamülə.
Şah kitablanm öyrən dərindən,
Dərs al aqillərin dediklərindən. 
Sandıqda gizlənmiş xəzinəni sən 
Göydə on dörd günlük ay tək görəsən 
Bil ki, bu gəlinə yoxdur bir əvəz,
Bu cam heç bir əhd yarada bilməz. 
Onun atasını görə bilməsən,
B an qardaşına hönnət saxla sən55. 
Min bir nəvazişlə gətir yadına,
Əbədi bir hönnət bəslə adına.
Qoy oğlum heç kəsə möhtac olmasın, 
Heç kəsin əlində gözü qalmasın. 
Bununla qurtardım bu hekayəti,
Olsıın səadətin şahın dövləti.
О göz, bu işıqla parlasın ancaq,
Bu sərv о çəməndən düşməsin uzaq. 
Şaha arxalanmış sənin surətin, 
Düşmənin belini qınnış qüwətin.
46


Həyat bulağıyla Xızır yaşadı,
Səninlə yaşasın şahlığın adı.
Göydə nə qədər ki, səyyarələr var,
Bu iki vücuddan işıq alsınlar.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə