Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə5/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   83
Leyli ve Mecnun

HİKMƏT VƏ MOİZƏ HAQQINDA
Ellik məclisinə verəndə ehsan,
Şəhərdə badəsiz qalmasın insan. 
Səxavət buludu yağsın aləmə,
Bütün vücudlan gətirsin dəmə.
Mey kimi tökülsün müzayiqəsiz.
Gül kimi açılıb gülsün pərdəsiz. 
Parlasın aləmdə bir günəş qədər. 
Ondan işıq alsın sonsuz üfüqlər.
Нэг şeyi elliyə bağışla, gerçək,
E1 borclu qalsa da, bu borcdan əl çək. 
Bütün insanlara sual ver bu dəm:
Nə yolla yarandı boşluqdan aləm?
Bir söz lazımdır ki, bağlı sirrlər 
Açılsın qönçə tək, şadlansın səhər. 
Baxın əlimdəki şirin şəkərə,
Onu paylayıram nazəninlərə.
Dünyaya səpirəm bu şimini mən, 
Oğlum qulaq assın buna ürəkdən.
Mən bütün bədənə yem vcroıı zaman 
Öz ciyər param da pay alar ondan35.
Ey varlıq nəqşinin naziri olan,
Qaldır əngəlləri idrak yolundan. 
Yolunda пэ qədər canlilar vardir,
Sənin varlığına pərəstişkardır.
Boş təbli döyərək, hay-haray salma, 
Heç kəsin səsinə biganə qalma.
Bir toz görünsə də hər zərrə əgər,
27


Dünya pərdəsində о da iş görər. 
Göylərə yüksələn bu yeddi hasar 
Zarafat deyildir, öz mənası var. 
Pərdə altındakı bu yeddi rəvaq 
Lovğalıq deyildir, hekmətə bir bax. 
Qısa söz, dünyada пэ sən, пэ də mən 
Oyuncaq deyilik xilqətimizdən.
Nə şəhvət, nə yuxu, пэ də ki, yemək 
Həyatın mənası olmasın gərək. 
Yatmağı, yeməyi bu aləmdə sən, 
Eşşək, öküzdə də görə bilərsən. 
Təbiət quranda xilqətimizi,
Başqa səhifədə yazmışdır bizi. 
Anlayıb, düşünək hər şeyi gərək,
Нэг sirri açmaqla hünər göstərək. 
Yerləri, göyləri öyrənək bir-bir, 
Qalmasın bizimçin açılmamış sirr. 
Görək, kim yaratmış bu təbiəti,
О kimdir, işinin nədir hikməti?
Bu varaq üstündə çəkilən hər xətt 
Sənətkar əliylə yaranmış, əlbət. 
Qurğusu düz olan bu şeylər bir-bir 
Mahir bir ustada canlı şahiddir.
Səni, öz adıyla düz yol göstərən 
О böyük allaha and verirəm mən, 
De, görüm, dünyada bir aynamı var 
Ki, seyqəl verməsin ona sənətkar? 
Seyqəlsiz bir ayna olmaz dünyada, 
Нэг sənət bir ustad gətirir yada. 
Həqiqət gözüylə xəyala varsan,
Нэг şeydə qüdrətdən nişan taparsan. 
В а х т а ki, пэ yolla yaranmış onlar, 
Sənin gözlərində bu qüdrətmi var?! 
Нэг şey öz-özünə necə düzəldi,
Bax, nə cür kainat əmələ gəldi?
Qoy, sənə şübhəsiz olsun aşikar
Onun başqasına ehtiyacı var.
28


Rəsm işi rəssama düşdüyü zaman 
Mən qaxıncdan çıxdım, sən avamlıqdan. 
Dünyada gördüyün hər incə sənət 
Allah əsəridir, ondadır qüdrət.
Bax, bu ipək rəngli yeddi pərdədən 
Üzsən ayağını, daş yeyəcəksən.
Bu pərdə dalında о sirrlər ki, var,
Zənn etmə, çalışsan məlumun olar. 
Xilqətin sirrini az ara, az gəz,
O, adi gözlərlə görünə bilməz.
Elə toxunmamış bu ip əzəldən 
Ki, onun ucunu tapa biləsən.
Tann qüdrətiylə düyüm bağlayan 
Bu ipi açmamış, açammaz insan.
Bu tann dastanı песэ dastandır?
Ağıl sahibləri ona heyrandır.
Xilqətin sirrini bilsə bir nəfər,
Bu qoca dünyanı о da xəlq edər.
Acizik aləmi yaratmağa biz,
Onun əslini də tapmaz əqlimiz.
Göyün sirr pərdəsi ki, bərqərardır,
Gözə görünməyən bir sirri vardır.
Nə qədər oraya at çapsam da mən,
Bir xəbər öyrənmək gəlmir əlimdən. 
Göyün lövhəsində yamr rəqəmlər,
О saf ulduzlan mən birər-birər 
Nə qədər oxuyub öyrəndim, heyhat, 
Yenə də qəlbimi görmədim rahat. 
Bilirəm, yaranmış hər böyük əsər 
О п ш qüdrətiylə açıla bilər.
О şey ki, bizlərə lap aşikardır,
Orda da gizli bir xəzinə vardır.
Çalış, xəzinənin böyük açan 
Şüşə yox, poladdan qaynlsın ban,
Taki xəzinəyə çatdığın zaman 
Sən orda zəhər yox, şərbət tapasan. 
Bilirsən, harda ki, bir xəzinə var,
29


Qoynunda zəhər də, dərman da saxlar. 
Musa gövhər tapdı xəzinələrdə,
Qaran da boğuldu ləli-gövhərdə36. 
Arada ixtilaf, dava oldusa,
Yenə Qaran öldü, qazandı Musa.
Varlıq cədvəlini quran sənətkar 
Bilinməz şeylərə çəkmişdir hasar.
Ən uca nöqtəni aşarsa bir xətt,
Öz əski halına meyl edər fəqət.
Fikir nə zaman ki, son xəttə çatar, 
Dayana bilməyib geri qayıdar.
Pərgar dolansa da öz dövrəsinə,
Birinci nöqtəyə qayıdar уепэ.
Dünya dövrəsində bu həlqə ki var,
Onu bu məqsədlə bağlamışdırlar.
Ki, hər kəs başını çıxartsa ondan,
Qapı həlqəsi tək qala sərgərdan,
Ə1 Mirıııa fələyin bu zəncirinə,
Bil ki, bu zəncirin sonu var уепэ. 
В а х т а ki, пэ höküm vermiş təbiət, 
Onun da bir sonu olacaq, əlbət.
Bundan xaricdə də bir dərgah durur, 
Ağlayıb sizlamaq onun yoludur.
Е1э bir pərdədən nəfəs al ki, sən,
Нэг şey düz qurulmuş haman pərdədən. 
Bu yeddi fələyə nəzər yetir bir,
Xəyalın rəqsinə pərdə düzəldir.
Olmaz о pərdəylə səsləşmək bir az, 
Onu öz-özünə tanımaq olmaz.
Sən haman pərdəni axtarsan əgər,
Bil ki, öz pərdən də yadından gedər. 
Çalıb oxumaqda Barbüd olsan da37, 
Pərdəsiz bu saza toxunma əsla 
Pərdəsi yırtılmış xudbinlə yəqin, 
Dalında durma sən heç bir pərdənin. 
Sən də Nizami tək bir pərdə axtar,
О vaxt yaxşılıqla şöhrətin artar.
30


Yenəmi alçalaq biz torpaq kimi, 
Ruzgara baş эуэк bir yarpaq kimi? 
Yenəmi yel olub toфaq sovuraq, 
Xəzəllə, tikanla oynayıb duraq? 
T c^aqdan пэ qədər хэгс alsa ruzgar, 
Aldığı toфaqla çuxur doldurar. 
Bundan aldığım ona verərək,
Aldığı mayanı qaytanr külək.
Bu qat-qat yerlərə diqqətlə bir bax, 
T c^aqdan quralmuş bu yerlər ancaq, 
Gah zəlzələ qopar, gah sellər axar, 
T c ^ a q tuta bilməz bir yerdə qərar. 
Zəlzələ batırar, su yuyar onu,
Sonra düzəngaha çevrilər sonu.
О vadi, zamanın hökümləriylə 
Dönüb qışlaq olur obaya, elə.
Bu fani tc^aq d an hər arxı bir su,
Bir də külək qazmış, sözün doğrasu. 
Yerin hüdudundan о tərəfdə də 
Bulutlar, fələklər qaçışıryenə.
Onlar bir-birinə sanlmış bərk-bərk, 
Hamsı top kimidir, gəzir kiiro tək.
Bu kürə şəklində yalnız yer deyil,
Нэг xətt ki, hərlənir yuvarlaqdır, bil. 
Tüstü bu dərədən qalxar yuxan, 
Iki-üç cidalıq gəzər razgan,
Sonra əyilərək, geriyə dönər,
Bu yer kürəsinin başına епэг.
Pərgar xətti kimi dolanan fələk 
Yalmz bu qaydayla dövr edir, gerçək. 
Səhradan bir bulut qalxarsa əgər, 
Ucalar müəyyən nöqtəyə qədər.
Uçar ucalığın son zirvəsinə,
Lakin о sərhəddi aşammaz уепэ.
О da dairədə dolanıb qalar,
О da bir dairo şəklini alar.
Çadır tək çataraq bulut qaşım,
31


Yerin üfüqünə qoymuş başım.
Onun qoşununa yetirsən nəzər,
Dairə olmağa о da meyl edər.
Нэг sadə damcımn əsil cövhəri 
Dəryaya meyl edir əzəldən bəri38. 
Bax, yeddi dalğalı bu çərxi-fələk 
Getdikcə yüksəlir, hey yüksələrək. 
Üfflqdə də olsa, göydə də olsa, 
Həmişə yüksəlmək adətdir ona. 
Onun bu uçuşu bənzər xəyala,
О da ucaldıqca yetər kamala. 
Fələkdən yuxan dolaşma artıq, 
Ondan da yuxan yoxdur ucalıq.
Нэ1э açılmamış elm ilə göylər,
Lakin hər elm də gülür bir səhər.
Bir qara pul olsun, bir arpa əgər, 
Onda dörd gövhərdən tapılar əsər39 
Toxum göyərsə də toфaqdan, sudan, 
Bu sirri axtanb tapmamış insan. 
Toxumu bəsləyən toфaqdır ancaq. 
Ona şəkil də mi verir bu tc^ a q ? 
Nizamsız olsaydı yeraltı bir an, 
Salxım olardımı, deyin, toxumdan? 
Tutaq, salxım olur bir dənin sonu, 
Şəkil qalıbına kim salır onu?
Fikri dolaşdıran bu pərdə də bir, 
Hallan dəyişən səbəb gizlənir.
О səbəb nədirsə sənin yanında,
Aç, söylə, gizləmə onu canında.
Bir səbəb gördükdə arif olanlar 
Anlar ki, yaratmış onu səbəbkar. 
Nizami, uzaqlaş bu fikirlərdən, 
Düşmə bu dünyamn tələsinə sən.
32



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə