Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə7/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   83
Leyli ve Mecnun

AXSİTANIN TƏRİFİ
Sən şahlıq taxtının şahsüvansan, 
Qaramn və ağın hökmdansan.
Tac sahiblərinin başçısısan sən, 
Şalılar ordusunun sərkərdəsisən.
Ey şahlar içində mütləq olan şah!
Ey dünya xaqam, böyük padişah! 
Şöhrətin tutmuşdur bütün mahalı, 
Dinin və dövlətin sənsən calalı. 
Şahlığın taxtını sənsən saxlayan, 
Hökmünə baş əyir bu yer, bu ümman. 
Şahlann tacısan, Əbülmüzəffər, 
Yeddi məmləkətə sən oldun zivər. 
Kölgən bir günəşdir, sən alov kimi
Keyqubad rütbəli Keyxosrov kimi. 
Adın Axsitandır, özün söz bilən, 
Göydəki günəşin ağasısan sən.
Sən ki, padişahsan, açıq, aşikar,
Gizli xəlifəsən, böyük hökmüdar.
Bu Bəhram nəsəbli, ülkər üzlü sən47, 
Məlik M ənuçeM n sədəf dürrüsən.
Bu tayfa şahlığı nəsildən-nəslə,
38


Gəlib keçə-keçə oldu silsilə.
Onun şah əcdadı aransa əgər, 
Şahdan-şaha gedir Adəmə qədər, 
Istərəm, bu böyük şahda daima, 
Qılınc uzıııı olsun, qələmsə qısa. 
Daimi bir taxtda о bərqərardır.
Ağıl tək nöqsansız bir hökmüdardır. 
O, yeddi göylərə boyun эутэуэп
Yeddi ərənlərə qiblədir, bilsən.
Ruzi verən deyil, razi göyüdür, 
Dünyamn sərdan, həm böyüyüdür, 
Mənalar çeşməsi gözündə qaynar, 
Qəlbində göylərin gizli sirri var.
On iki elmin də sirrləri bütün 
Əlində mum kimi yumşalır hər gün. 
Bu yeddi örtüklü, altı barmaqlı,
Bir gözlü, dörd əlli, doqquz ayaqlı48, 
Onun çəmbərindən çıxmasın deyə, 
Qalıb çəmbərində dönmüş həlqəyə. 
Adı şirin sulu bir kainatdır,
Varlığı aləmə abi-həyatdır.
Dağılmış mədənlər onun əliylə, 
Artmış kərəmindən dənizlər belə.
Bir yandan dünyanı tutur zəfəri,
Bir yandan əfv edir kərəm əlləri. 
Cövhərli qılıncdan tutaraq çapar, 
Yaxından ötəni vurar, qamçılar. 
Bəxtinin bumunda kövsər suyu var, 
Onun toppuzundan alovlar qalxar.
O, dünya mülkünə böyük işıqdır, 
Məclisə, meydana bir yaraşıqdır. 
Mərrixdə bir qılınc, Zöhrədə bir cam, 
Sağında, solunda durmuşlar müdam. 
Zöhrə şərab verir cam ilə ona,
М э т х silah alıb düşür ardına.
Qılıncı qaldınr bir ləl dağı,
Camından töküliir ləl bulağı.
39


Bu iki qan rəngli 1э1э baxanda, 
Ləlin rəngindədir şərab da, qan da. 
Sübhün saqisidir onun kərəmi, 
Lütfü çox yaşasın, tutsun aləmi. 
Düşməni qəhr edən zərbələri var, 
Ondan uzaq olsun yaman baxışlar. 
Lütfu-səhər yeli, əsər hər yerə, 
Əsər, nəfəs verər ağciyərlərə.
Elə bil zərbəsi odlu şimşəkdir, 
Toxunsa hər kəsə qəhr edəcəkdir. 
Sabah yeli kimi lütfü can verər, 
Hicran axşamı tək zərbi öldürər. 
Gəlsə hərəkətə şahlıq sancağı, 
Deşər polad kimi döşündən dağı. 
Bayraq qotazlan titrəsə əgər, 
Zəlzələ görünər bir arpa qədər.
Belə bir qanun da vardır dünyada: 
Od yüksəkdə durur, su aşağıda.
Atı oda bənzər, özü suya, bax, 
Bulut od iistımdə qərar tutaraq. 
Onun qapısında mehtərdir Qeysər, 
Fəğfur о qapıda gəlib dilənər49.
Nə qədər parlasa günəşin üzü, 
Şahın məclisində sönükdür, düzü. 
Ay ki, bədirlənib, nura bürünər,
О da qapısında solğun görünər. 
Uçarmış Arəşin oxu deyirlər,
Ad qəbiləsinin nizəsi qədər50 
O, ox şahımızla yanşsa əgər, 
Kamandan çıxmamış toфağa düşər 
Deyirlər, Pərvizin hüsnü, cəmalı 
Baxdıqca oxşarmış qəlbi, xəyalı, 
Atımn tozuyla tutuşsa Pərviz. 
Qalmaz camalından zərrə qədər iz. 
Kimə şah qılıncı dəydisə bir əl, 
Qurtuluş yolunu bağladı əcəl.
Hansı bir zirehə dəydi nizəsi,
40


Parça-parça oldu bütün həlqəsi.
Atdığı zubinin hər nişamndan51 
Ikiyə bölündü bu iki cahan.
Lütfü parlaq olan bir günəş kimi,
Qəhr edər tufan tək qəzəbi, kini.
Qılığı bir səhər yelidir, gerçək,
Qəzəbi şir tutur göydə günəş tək.
Altı hərfi olan adıyla bilsən,
Dünyanı bağlamış altı tərəfdən52.
Bu altı hərf ki, şeş atdı yenə,
Düşdü nərd oyunu şahın xeyrinə. 
Düşməni milçək tək qaynasa belə,
Tab etməz qəhrindən əsən bir yelə. 
Günəşin ordusu boy versa əgər, 
Xəlvətə çəkilər qaçar kölgələr.
Atının dımağı dəyən yerlərdə 
Pələnglər, aslanlar görünməz bir də. 
Ölümün baratı yağsa oxundan,
Həyat naməsini olmaz oxuyan. 
Qımndan qılıncı çıxarsa bir əl, 
Daşlann bağnnda qana dönər ləl. 
Ağzım açarsa qılıncı bir an,
On-on baş itirər önündə düşman. 
Düşmən qarşısında Əfrasiyabdır, 
Təkbətək döyüşdə günəşə babdır, 
Qoşun kəmərini bağlamamışdan, 
Düşməni məhv edər bu mərd Axsitan. 
Qoşunu arxadan gələnə qədər 
Düşmən ordusundan qoymaz bir nəfər. 
О п ш rikabında yüz Rüstəm durar, 
Yenər qarşısında böyük ordular.
Şalılıq məclisini açıb quranda,
Ilk bahar bulutu görünər onda.
Nə qədər çox olsa orda simü-zər, 
Bağışlar hamsını sonuna qədər.
Bir günlük xərcinə qoyduğu maya 
Uzun illər boyu alınmaz saya.
41


Bu şah çanaq-çanaq pullar bağışlar,
Bir də dəstə-dəstə qullar bağışlar.
О camdan ki, Cəmşid qıymaz özünə, 
Bəxş edər qullardan hər gün yüzünə. 
Hələ yer üzündə yoxdur bir insan 
Onun xələtindən geyməsin nişan.
O, müşgü qır kimi paylar hər yana,
Çini bir hədiyyə verər mərdana.
O, bircə fərmanla bir qala alar,
Bircə qəsidəyə ölkə bağışlar.
Hesabsız, ölçüsüz nemətləri var,
Dərya qucağına sığışmaz onlar.
Qəlbi çox genişdir, ora nəzər qıl, 
Çınqıllar kimidir əlində qızıl.
Kimin xəzinəsi artsa dünyada, 
Şirvanşah puluyla çoxalır о da.
Milçəyi doydursa bizim hökmüdar, 
Mahmudun filindən qüw ətli olar53.
Fil boyda təxtinin sayəsində, bil,
Içilən qədəhi götürməz bir fil.
Şahımız dənizdir, Fəratdır, lakin, 
Dəryası axandır, Fəratı sakin.
О gün ki, bar verər böyük hökmüdar. 
Ən böyük bir novraz bayramı olar. 
Səyindən, bəxtindən yazdım görmədən, 
Nə yazım təxtdəki əzəmətindən?
O, dağ arxasından çıxan bir aydır, 
Yanında ulduzlar alay-alaydır.
Günəş çeşməsidir böyük hökmüdar, 
Onunla canlamr bizim çəmənzar. 
Göyün yerə enmiş bir səhəridir,
Allahın mərhəmət şəfəqləridir.
Hər göz ki, о nura görər cahanda,
О yaman gözlərdən olar amanda.
Yarəb mən ki, Üveys adını aldım, 
Məhəmməd eşqinə mən sadiq qaldım54. 
Məhəmməd sifətli о şah həzrəti 
Versin xəyalımda olan neməti.
42



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə