Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


SONUNCU PEYĞƏMBƏRİN TƏRİFİ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə3/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   83
Leyli ve Mecnun

SONUNCU PEYĞƏMBƏRİN TƏRİFİ
Ey varlıq mülkünə böyük şahsüvar, 
Əqlin sultamsan, zəkavətin var. 
Sonusan о mürsəl peyğəmbərlərin 
Sonun halvasısan, duzu əwəlin.
Varlıq bağçasının ilk gülü sənsən, 
Zamanın sonuncu sərkərdəsisən. 
Kifayət mülkünə sənsən hökmüdar, 
Vilayət hökmüdür verdiyin qərar.
Нэг kəs lovğalıqla çıxsa qarşına,
Bir ədəb qılıncı enər başına.
Gözlər işıq alır ayaq tozundan,
Aləm işıqlamr daima ondan.
Səndən işığını almayan bir şam 
Sönər öz yeliylə, qaralar müdam.
Ey qəbilələrlə aydın dil tapan 
Vazeh dəlillərlə zərbə vuransan 
Allahın höccəti bütün səndədir, 
Səhərin sirri də о sinəndədir.
Ey iki dünyamn saray ağası,
О qabe-qövseynin mahir ustası9,
Ey sonsuz göyləri gəzib bac alan, 
Yetmiş min pərdənin üstə ucalan,
Ey əqlin və camn fövqində duran, 
Sənə səcdə qılır yerlə asiman.
Yer göyə dönmüşdür dininlə, gerçək, 
Yox-yox, döşəməndirbu sonsuz fələk. 
Ey altı cəhəti heyrətləndirən,
Atım çapırsan yeddi göyə sən. 
Altı-yeddi min il keçir о andan 
Ki, bu dəbdəbəni eşitmiş cahan10.
Нэг əqlə süfrəndə bir nemətin var 
Qapında qul kimi dayanar гаЫаг.
Ağıl sənsiz olsa, пэ çıxar ondan? 
Sənsiz yaşayarsa ölüdür hər can.
21


Öz adın oğluyun adıylə birdir.
Aləm "Əbülqasım Məhəmməd" deyir. 
Ağıl ki, görünməz bir xəlifədir, 
Qüw əti, qüdrəti sözlərindədir. 
Məhəmməd eşqiylə yanmasa ürək, 
Eşqin çəmənində açılmaz çiçək.
Tann dostlanna sənsən şahsüvar, 
Yeddi göy üstündə bir məclisin var. 
Səxavət mülkünün sənsən ağası, 
Dünya məqsədisən, məqsəd dünyası. 
Mənalar mülkünün ilk qaynağısan, 
Dirilik sııyuıuııı baş bulağısan.
Sənin tc^ağınla bəzəndi Adəm, 
Nurinlə parladı hər iki aləm.
Sən ki, öz "atını" sürdün dövrana,
O, yeddi atıyla çatmadı sana.
Günəş can atırdı səcdənə, gerçək,
Ona bəhanəydi məğribə getmək. 
Ulduzlar başına dolanır dəm-dəm, 
Yalnız bu arzuyla fırlanır aləm.
Varlıq büsatında varmı bir insan, 
Qarşında olmasın yer ilə yeksan? 
Sənin iksirinlə rəngləndi toфaq,
Bu dünya səninçin yaranmış ancaq. 
Böyüksən, qarşında kiçikdir hamı, 
Bütün möhtaclann sənsən ilhamı. 
Kainat taxtının padişahısan,
Həyat ölkəsinin şalılar şahısan.
Yaşıl göy səninçinbir ordugahdır, 
Qəmzən bir fərmandır, hörüyün çadır. 
Bu beş vaxt namazdır əsli tövbənin, 
Beş növbə təblidir qapında sənin11. 
Quraldu diniyin beş binövrəsi,
Yüz min zülm evinin kəsildi səsi.
Bu evə yeddi səqf yaratdın уепэ, 
Tapşırdın onu da dörd xəlifənə12 
Siddiq sədaqətə olmuşdur rəhbər,
22


Faraqi fərq-dən uzaq bildilər13.
O, allahdan qorxan həyalı qoca14, 
Tannnın şiriylə həmdərs olunca,
Dördü də bir yolun sarbanı oldu,
Dördü də bir ləkin reyhanı oldu.
Bu dörd xəlifəylə güldü məmləkət,
Нэг ev dörd divarla qurular, əlbət.
Bu dördlük birləşdi qoca dünyada,
Bu dördbucaq evi gətirdi dada.
Sən, dinin evinə dörd dirək vurdun, 
Ona bu qaydayla dörd çatma qıırdıın. 
Sənin qaşın kimi haman dörd nəfər 
Gah ayn düşdülər, gah birləşdilər. 
Yerin əl bağlayan bu halqasından 
Bircə sıçrayışla ərşə qalxırsan.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə