Filin vücudundan milçəyə qədər,
Bu zülmü çəkməyən varmıdır məgər?
Xalqın istəyincə olsaydı hər iş,
Bir iş qalardımı xalq istəməmiş.
Daşlan əridir çəkdiyim kədər,
Kim öz ürəyinə sıxıntı istər.
Məni pis taleim təqib edir, bil,
Heç kəs bədbəxtlikdən qurtaran deyil.
Neyləyim, olsaydı əlimdən tutan,
Ya günəş, ya da ay olardım, inan.
Bizdən ixtiyarsız yaranmış hər iş,
Insan iradəsi ona dəyməmiş.
Başım bəlalıdır, ürəyim xal-xal,
Dünyada varmıdır bir nəfər xoşhal.
Vətən tozu kimi mənəm sərgərdan,
Axır gözlərimdən yaş yerinə qan.
Bükdüm ildınm tək dodağımı mən,
Qorxub gülmədim ki, od tutar bədən.
Deyirlər, nə üçün gülməyirəm bir?
Ağlamaq qəmginlik əlamətidir.
Ömrümdə şadlanıb gülsəm bircə gün,
Qorxuram ağzımdan alov püskürsün.
Kəklik qanşqanı dimdikləyərək,
Onu dimdiyində sıxırdı bərk-bərk.
Qanşqa kəkliyə gülərək bu an,
Dediki: "Səngülməkbacarmayırsan"
Yazıq qanşqaya baxaraq dik-dik;
"Bu mənim peşəmdir" söylədi kəklik.
Sonra qəhqəhəylə о güldü birdən,
Saldı qanşqanı öz dimdiyindən.
Нэг kim bu dünyada gülərsə artıq,
Ondan uzaqlaşar тэп сэ xoşbaxtlıq.
Yersiz bir gülüşün пэ mənası var?
Yerində ağlamaq daha xoş olar.
Mənim ki,
nəsibim oldu əziyyət,
Hansı bir günümlə т э п olum rahət?
Belinda yük olan qoca bir eşşək
93
Orda gurladıqca Məcnunun səsi,
Bir qəzəl deyirdi hər zümzüməsi.
Ellər, obalar da yığışıb səf-səf
Gəlirdi heyrətlə о dağa tərəf.
Eşitdikdə ondan nadir bir inci,
Xatirə qələmə tutub birinci.
Töhfə apardılar diyarbədiyar,
Aşiqlər nəğmədən varlanırdılar.
Dostları ilə paylaş: