13
I Fə
sil. Müə
ssisə
nin gə
lir və
xə
rclə
rinin mahiyyə
ti,
tə
snifatı və
tanınması xüsusiyyə
tlə
ri
1.1 darə
etmə
qə
rarlarının qə
bulu üçün xə
rclə
rin
mahiyyə
ti və
tə
snifatı
Məhsulun maya dəyərinin aşağı salınması və bununla əlaqəli olaraq ehtiyatların
müəyyən olunması, məsrəflərin uçotunun aparılması məqsədilə onların
təsnifləşdirilməsi mütəmadi olaraq həyata keçirilməkdədir. Yeni Hesablar Planında
" stehsalat məsrəfləri" anlayışı üçün 202 saylı " stehsalat məsrəfləri" hesabı nəzərdə
tutulmuşdur. stehsal xərcləri bir çox əlamətlərə görə aşağıdakı kimi qruplaşdırılır və
uçotda əks etdirilir:
qtisadi elementlər, bu sırada həmçinin kalkulyasiya maddələri amilləri
üzrə;
Məhsulun - işin, xidmətin maya dəyərinə daxil olunması üsuluna görə
müstəqim və qeyri-müstəqim xərclərə;
stehsal prosesindəki roluna görə - əsas və əlavə xərclərə;
stehsalın həcminə münasibətdə - dəyişən və sabit xərclərə.
Bu zaman əsas diqqəti məsrəflərə yönəltmək daha doğru olardı. Mühasibat
Uçotunun Hesablar Planına uyğun mühasibat uçotunda istehsalla bağlı məsrəflərin
uçotunun aparılması prosesində bir sıra hesablardan istifadə edilir. Sözü gedən bu
hesablar istehsal əməliyyatlarının mürəkkəb strukturu və istehsal məsrəflərinin
müxtəlifliyi ilə birbaşa əlaqədardır. Bu zaman istehsala məsrəflərin uçotu 202
" stehsalat məsrəfləri", və s. bu kimi hesablarda uçota alınır. qtisadiyyatı yüksək
inkişaf etmiş ölkələrdə mühasibat uçotu maliyyə və idarəetmə uçotuna ayrılmışdır.
Mühasibat uçotunun bir hissəsi olan "idarəetmə uçotu" özlüyündə istehsal
məsrəflərinin və məhsulun maya dəyərinin kalkulyasiyasının aparılmasının uçotunu
14
yerinə yetirməkdədir. darəetmə uçotu mühasibat, statistika, operativ-texniki uçotu,
planlaşdırmanı təsərrüfat fəaliyyətinin təhlilini də həmçinin əhatə edir.
Aktiv hesab olan 202 " stehsalat məsrəfləri" hesabı müəssisənin yaradılmasının
ə
sas məqsədi olan məhsulun (işin, xidmətin) istehsalına çəkilən məsrəflər haqqında
məlumatların ümumiləşdirilməsi və maya dəyərinin kalyulyasiyası üçün nəzərdə
tutulmuşdur. 202 saylı hesaba əsasən sənaye, quraşdırma müəssisələrində məhsul
buraxılışı və kənd təsərrüfatı, tikinti, podrat, geoloji müəssisələrdə işlərin yerinə
yetirilməsi işləri üçün istifadə olunur. O həmçinin nəqliyyat və rabitə müəssisələrində
göstərilən xidmətlər, ictimai iaşə müəssisələrində buraxılan məhsul məsrəflərinin
uçotu üçün əsas vasitədir.
Xərcləri istehsalatda P.Y.Papkovskaya aşağıdakı kimi təsnif etmişdir:
Təyinata görə xərclər iki hissəyə bölünür:
Texnoloji xərclər - istehsal prosesi ilə əlaqəli xərclər;
nzibati - təsərrüfat xərcləri. Başqa sözlə desək təsərrüfat - idarəetmə xərcləri.
Maya dəyərinə aidiyyatına görə xərclər:
Birbaşa xərclər - ilkin sənədlər əsasında məhsulun müəyyən növünə aid oluna
biləcək xərclər;
Bölüşdürülən xərclər - məhsulların fərqli növlərinə görə müəyyən bölüşdürmə
bazalarına əsasən mütənasib şəkildə bölüşdürülən xərclərə deyilir;
Dolayı xərclər - bu xərclərə yalnız şərti şəkildə bölüşdürülən xərclər aiddir.
stehsal həcminə aid olunmasına görə xərclər:
Dəyişkən xərclərə - istehsal həcmi dəyişən zaman dəyişən xərclərə;
Sabit xərclərə - istehsal həcmindən asılı olmadan sabit xərclərə.
Yekcinslik dərəcəsinə görə:
Kompleks xərcələr - müxtəlif iqtisadi element qruplarını birləşdirən xərclər;
Birelementli xərclər - bircinsli iqtisadi elementlərdən ibarət xərclər.
Məqsədəuyğunluq kriteriyasına görə:
stehsal xərcləri - yararlı məhsulun buraxılışı ilə əlaqədar xərclər;
15
Qeyri-istehsal xərcləri - istehsalın dayanmasından olan itkilər, zay məhsullar,
çatışmazlıqlar.
stehsalla əlaqəsiylə bağlı xərclər:
Kommersiya xərcləri - məhsulların reallaşdırılması ilə əlaqədar xərclər;
stehsal xərcləri - buraya məhsulun buraxılışı ilə bağlı xərclər aiddir.
Maya dəyərinə əlaqəsiylə bağlı istehsal xərcləri:
Maya dəyərinə aid olunan xərclər;
Maya dəyərinə aid olunmayan xərclər;
Smeta hesablamalarına görə:
Planlaşdırılan xərclər;
Planlaşdırılmayan xərclər.
Yaranma vaxtına və maya dəyərinə aid olmasına görə xərclər:
Gözlənilən xərclər - qarşıda olan xərclər. Buraya həmçinin ödəmələr üçün ehtiyyat
yaratmış xərclər;
Gələcək dövrə adi olan xərclər;
Cari xərclər - cari dövrdə istehsal xərclərinə aid olunan məsrəflərə deyilir.
Məsrəflərin iqtisadi elementlər və kalkulyasiya maddələri ilə bağlı
qruplaşdırılma mühasibat uçotunda əsas faktorlardan biridir. Papkovskayanın
təsnifatına əsasən bu qruplar bir-birləri ilə sıx əlaqəlidirlər, lakin onlar başqa-başqa
nəticələr əldə etmək üçün nəzərdə tutulublar. qtisadi elementlər müəssisə üzrə nə
qədər, hansı məsrəflərin baş verdiyini özündə əks etdirir. Sadalanan bu keyfiyyətin
məhsul istehsalına və yaxud qeyri-istehsal sahələrindən asılı cəhəti yoxdur. Sözü
gedən iqtisadi elementlərdən müəssisədə dövriyyə vəsaitlərinin normalaşdırılması və
təhlil olunması, həmçinin istehsala xərclər smetasının pul formasında hazırlanıb
təqdim edilməsi zamanı istifadə edilir.
Məsrəflərin iqtisadi elementlərə görə təsnifatı, onların kalkulyasiya maddələrinə
görə təsnifatından bir sıra cəhətlərinə görə fərqlənir. Bu zaman kalkulyasiya
maddələrinə görə ilk növbədə cari dövrə aid edilən istehsal və məhsulların
reallaşdırılması ilə bağlı olan xərclər əks etdirilməkdədir. Əksinə, iqtisadi elementlər