Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə62/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   58   59   60   61   62   63   64   65   ...   75

Dezinfeksiya  -
  xarici  mühitdə  infeksion  xəstəlik  törədicilərinin  məhv  edilməsi  üçün 
keçirilən xüsusi tədbirlər kompleksidir.  
Dezinfeksiya - müxtəlif əşyaların səthindəki xəstəliktörədici mikrobların (bakteriyaların, 
virusların)  və  toksinlərin  məhv  edilməsidir.  Geniş  mənada  buraya  həmçinin  dezinseksiya, 
deratizasiya daxildir. 
Dezinfeksiya cari, son və profilaktik məqsədlə aparılır. 
Cari  dezinfeksiya  xəstənin  yatağı  yanında  yoluxmanın  yayılmasının  qarşısını  almaq 
məqsədilə keçirilir (xəstənin ifrazatını və onun istifadə etdiyi əşyaları). 
Son  dezinfeksiya  yoluxma  ocağında  xəstə  təcrid  ediləndən,  xəstəxanaya  qoyulandan, 
sağalandan  və  ya  öləndən  sonra  yoluxma  ocağını  xəstəliktörədicidən  tam  təmizləmək 
məqsədilə aparılır. 
Profilaktik  dezinfeksiya  yoluxcu  xəstəliklərin  baş  verməsi  və  ümumi  istifadə  olunan 
əş
yalar vasitəsilə yoluxmanın keçməsi imkanlarının qarşısını almaq məqsədilə aparılır.  
Zibil  tökülən  yerlər,  ifrazat  sularının  axıdıldığı  yerlər,  insanların  cəmləşdiyi  yerlər 
təmizlənir. 
Dezinfeksiya əsasən 3 üsulla: mexaniki, fiziki və kimyəvi vasitələrlə aparılır. Hər bir üsul 
sərbəst və ya digər üsullarla birlikdə aparıla bilər. 
Mexaniki
 - mənzilin nəm  yığışdırılması, paltar, yatacaq dəstlərini çırpılması, tozsoranla 
yığışdırma,  havaya  vermə,  divarlarvn  ağardılması,  rənglənməsi,  əllərin  yuyulması  aiddir. 
Mexaniki  üsul  mikrobları  məhv  etmir,  yalnız  əşyaların  üzərindən,  səthlərdən,  havadan 
mikrobları uzaqlaşdırır. Bu üsulla bina və paltarlar mikroblardan 50-60% təmizlənir. 
Fiziki
  -  günəş  şüalarından,  ultrabənövşəyi  şüalardan,  qızdırılmış  ütüdən,  zibilin 
yandırılması  üsulundan,  quru  qızmar  havadan,  su  buxarlarından,  habelə  qaynatma 
üsulundan istifadə olunur. Bu məqsədlə dezinfeksion kameralar və avtoklavlardan istifadə 
olunur.  Bu üsullar sadə  və  effektiv  olduğu  üçün  geniş istifadə  olunur.  Bağırsaq və  yuxarı 
tənəffüs yolları infeksiyaları törədiciləri 60-800

S temperaturda 30 dəq. qaynatdıqda məhv 
olur.  Qaynatma  üsulu  ilə  mətbəx  ləvazimatı,  qablar,  xəstəyə  qulluq  əşyaları,  tibbi  alətlər, 
həmçinin  yataq  ağları,  alt  paltarlar  dezinfeksiya  olunur.  Qaynatmaq  mümkün  olmayan 
ləvzimatlar və əşyalar quru isti hava vasitəsilə dezinfeksiya olunur. Su buxarlarında 100


hərarət olur və bundan xüsusi buxar kameralarında istifadə olunur. 
Kimyəvi  üsulla  dezinfeksiya  zamanı  kimyəvi  dezinfeksiyaedici  maddələrdən  istifadə 
olunur.  Kimyəvi  üsul  -  turşu,  qələvi,  xlorlu  əhəng,  xloramin,  fenol,  formalin  məhlulları 
müxtəlif qatılıqlı məhlullar şəklində tətbiq edilir. 
Xlorlu əhəng xlor iyi verən ağ tozdur, tərkibində 25-35% aktiv xlor vardır. Dezinfeksiya 
üçün  0,2-5%-li  məhlullarından  istifadə  olunur.  Əvvəlcə  10%-li  məhlul  hazırlanır-bunun 
üçün  10  litr  suya  1kq  və  daha  çox  toz  tökülür,  qarışdırılır,  bir  sutka  çökdürülür.  Sonra 
məhlulun üst duru hıssəsı götürülür, çöküntü hissəsi atılır. Durulaşmış məhlulundan yaşayış 
yerlərini, ümumi istifadə yerlərini, qablar, qida qalıqlqrı və xəstənin ifrazatını dezinfeksiya 
etmək  istifadə  olunur.  10-20%-li  məhlulundan  ayaqyollarının  divarlarını,  zibil  yeşiklərini, 
heyvandarlıq binalarının divarlarını ağartmaq üçün istifadə olunur. 
Xlorlu əhəng metalların korroziyasına, rəngli əşyaların ağarmasına, pambıq parçaların tez 
yeyilib xarab olmasına səbəb olduğu üçün bunların dezinfeksiyasında istifadə olunmur. 
Kimyəvi dezinfeksiya  üçün  kalsium  hipoxlorit duzundan,  neytral kalsium  hipoxloritdən 
istifadə olunur. 
Xloramin suda yaxşı həll olan, zəif xlor iyi verən ağ rəngli tozdur. 26-28% aktiv xlordan 
ibarətdir.  0,2-10%-li  məhlullarından  xəstələrin  ifrazatını,  qabları  və  qida  qalqlarini  alt 
paltarlar  və  yataq  ağlarını  binaları  dezifeksiyası  üçün  istifadə  olunur.  Vərəm  cöplərinə  və 
sibir yarası törədicilərinə qarşı az effektlidir. 


Dezinseksiya  -
  infeksion  xəstəlik  törədicilərini  yayan  həşəratlar,  məişət  həşəratları, 
buğumayaqlılar,  həmçinin  paltar  və  əmlaka  ziyan  vuran  həşəratlara  qarşı  aparılan  xüsusi 
tədbirlər kompleksidir. 
 Məişətdə dezinseksiya  milçəklərin, tarakanların, taxtabitilərin, birələrin məhv edilməsi, 
həmçinin ağcaqanadların, gənələrin dişləməsindən müdafiə kimi başa düşülür. 
Dezinseksiya  həm  sərbəst  həm  də  dezinfeksiya,  deratizasiya,  sanitar  təmizləməsi  ilə 
birlikdə  həyata  keçirilir.  Mexaniki,  fiziki,  kimyəvi,  bioloji,  genetik  və  kombinə  olunmuş 
dezinseksiya üsulları vardır.  
Dezinseksiya tədbirləri şərti olaraq profilaktik və məhvedici növlərə ayırd olunur. 
Profilaktik  tədbirlərə  aiddir
-  mexaniki  dezinseksiya  üsulunda  yaşayış  mənzillərinin, 
təsərrüfat  və  əlavə  otaqların  təmiz  saxlanması,  müntəzəm  nəm  yığışdırılması,  pəncərə  və 
qapılara  tor  setkaların  çəkilməsi,  qida  məhsullarının  xüsusi  taralarda  saxlanması,  şəxsi 
gigiyenanın gözlənilməsi,  bədən və  yatacaq  ağlarının  müntəzəm  yuyulub təmizlənməsi və 
dəyişdirilməsi,  müntəzəm  olaraq  mənzillərdə  zirzəmilərdə  havanın  dəyişdirilməsi,  xüsusi 
yapışdırıcı kağızlardan istifadə olunması, xırda su hövzələrinin, arxların təmizlənməsi, xırda 
gölməçələrin,  su  çuxurlarının  torpaqla  doldurulması,  su  saxlanan  sisternaların,  bakların, 
çəlləklərin,  su  quyularının  qapalı  saxlanması.  Zibil  və  ərzaq  tullantılarının  vaxtında 
təmizlənməsi də mexaniki dezinseksiyaya aiddir. 
Məhvedici tədbirələrə aiddir: 
- fiziki; 
- kimyəvi; 
- bioloji üsullar. 
Fiziki  üsullara  aiddir-  paltarların,  yataq  əşyalarının,  xalçalarnı,  pərdələrin  silkələnib-
çırpılması,  tozsoranla  tozun,  həşaratların  sorulub  təmizlənməsi,  tarakanlar  və  milçəklər 
üçün  müxtəlif  tələlərin,  milçək  və  tarakanların  qaynar  su  və  dezinfeksion  kameraların  və 
qaynar  ütünün  köməyilə  məhv  edilməsi.  Fiziki  dezinseksiya  üsulunda  oddan,  yüksək  və 
aşağı  temperaturdan,  buxardan,  quru  isti  havadan,  dezinfeksiya  kameralarından  istifadə 
olunur. Belə ki, 500

S temperaturdan yuxarı hərarət buğumayaqlı həşəratlara öldürücü təsir 
göstərir. Yataq ağları, alt paltarları və başqa geyimlər 30 dəq. ərzində (1%-li soda məhlulu 
ə
lavə  etməklə)  qaynatmaqla  həşəratlardan  təmizlənir.  Həşəratların  çox  toplandığı  yerlər, 
əş
yalar (zibil, yararsız mebel və əşyalar) yandırılır. Döşəklər, çarpayılar, kiçik şkaflar buxar 
vasıtısılə təmizlənir. 
Dezinseksiyanın kimyəvi üsulu kimyəvi zəhərli maddələrin həşəratlara öldürücü təsirinə 
ə
saslanır. 
Kimyəvi 
üsullara 
aiddir 
-xlorlu 
məhlullar-heksaxloran, 
DDT 
(dixlordifeniltrixloretan),  fosforlu  üzvü  birləşmələr-xlorofos,  karbofos  kimyəvi  vasitələr, 
yuyucu tozlar, məhlullar aerozol kimi tətbiq edilir. 
Bioloji üsul
 – “canlıya qarşı-canlı” prinsipi ilə həyata keçirilir. 
Bura aiddir -gəmiricilərin fiziki və kimyəvi metodla artımının qarşısının alınması. 
Deratizasiya -
 epidemioloji təhlükə yaradan gəmiricilərlə mübarizəyə deyilir.  
Gəmiricilər  taun,  tulyaremiya,  quduzluq,  yalançı  vərəm,  sibir  yarası,  ensefalit  kimi 
xəstəliklərin ötürücüsü ola bilər.  
Epidemioloji  təhlükədən  savayı  gəmiricilər  iqtisadi  ziyan  da vururlar-  qida  maddələrini 
xarab  edir,  yaşayış  yerlərini  və  ərzaq  anbarlarını  çirkləndirir,  rabitə  və  elektrik  xətlərini 
gəmirir, aparatları sıradan çıxarır. Yaşayış yerlərində və onlara yaxın ərazilərdə əsasən boz 
siçovul və ev siçanlarına rast gəlinir. Açıq sahələrdə isə çöl və meşə siçanlarına rast gəlinir.  
Deratizasiya-xalq  təssərüfatına  iqtisadi  zərər  vuran,  həmçinin  insanda  yolxucu  xəstəlik 
törədən gəmiricilərin məhv edilməsidir. 
Profilaktik  tədbirlərə  aiddir-  gəmiricilərin  yuva  qurmasına,  yemlənməsinə,  artıb-
çoxalmasına  şərait  yaranmasının  qarşısını  almaq  -bunun  üçün  yaşayış  evlərinə  daxil 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə