Fiziki üsul radioaktiv maddələri səthlərdən yumaq, silmək, süpürmək, zəhərli üst qatı
qazımaq və çırpmaqla kənar etməkdən ibarətdir.
Fiziki-kimyəvi üsul zəhərli səthləri turşu, qələvi və ya adi yuyucu məhlulları ilə yuyub
təmizləməkdən ibarətdir. Dezaktiıvasiya nəticəsində radioaktiv maddələr məhv olmur, onlar
yalnız əşyaların səthindən kənar edilir.
Ə
razini və ordakı obyektləri, nəqliyyatı və müxtəlif əşyaları 2 üsulla mexaniki və fiziki-
kimyəvi üsulla dezaktivasiya etmək olar. Mexaniki üsulun mahiyyəti zəhərlənmiş
obyektlərin, nəqliyyat vasitələrinin və əşyanın üzərindən radioaktiv tozu süpürərək,
çırparaq, silkələyərək, su şırnağı ilə yuyaraq kənar etməkdən ibarətdir.
Zəhərlənmə dərəcəsi yolverilən həddən yüksək oluqda dezaktivasiya aparılır.
Ə
razinin dezaktivasiyası aşağıdakı üsullarla aparılır:
- asfalt və beton örtüklü ərazilərdən küçəsüpürən-yığışdıran maşınların köməyilə
süpürülməsi;
- bərk örtüklü ərazilərdən yuyucu maşınların köməyilə radioaktiv tozun yüksək təzyiqlə
su şırnağı ilə yuyulması;
- buldozerlər vasitəsilə zəhərlənmiş qruntun 5-10 sm qalınlığında qazılıb
kənarlaşdırılması;
- zəhərlənmiş sahələrin 8-10 sm qalınlığında təmiz qruntla örtülməsi;
- zəhərlənmiş zonanın traktorlarla 20 sm dərinliyində şumlanması;
- əgər yuxarıdakı üsulları tətbiq etmək mümükün deyilsə, o zaman zəhərlənmiş zonadan
keçmək üçün xüsüsi örtüklü yolların salınması;
- qış vaxtı qar və buz örtüyü 20 sm qalınlığında qazılıb bir yerə buz qalağı kimi yığılır.
Binaların və tikililərin dezaktivasiyası su ilə yuyulmaqla aparılır. Ədatən, yuyulma
yuxarıdın aşağıya aparılır. Pəncərələr, qapılar, eyvanlar, karnizlər və binaların aşağı
mərtəbələri xüsusilə təmiz yuyulmalıdır.
Daxili otaqların dezaktivasiyası əsgilərin, süpürgələrin və fırçaların köməyilə, həmçinin
su ilə yumaqla apaparılır.
Yaşayış otaqları aşağıdakı qaydada dezaktivasiya edilir:
Tavan yaş əsgi ilə silinir, mebellər divarlardan kənara çəkilir və yaş əsgi ilə silinir,
yumşaq mebel xüsusi sahələrdə, həyətldərdə çırpılır, xalçalar və digər əşyalar tozsoranla
təmizlənir, döşəmə isti su və sabunla yaxud, 2-3%-li sodalı su ilə yuyulur, sonra radiometrlə
ölçmələr aparılır; tikililərin daxilində zəhərlənmə 90 mR/saatdan artıq olmamalıdır.
Müəssisələrin sexlərində və qarajlarda dezaktivasiya su ilə tavanların, divarların,
döşəmənin yuyulması ilə aparılır. Dəzgahlar və cihazlar su və ya sabunlu-sodalı məhlulla
yuyulur, hissələri benzin və ağ neftlə silinir.
Nəqliyyatın və texnikanın dezaktivasiyası radioaktiv maddələrlə zəhərlənmə 180 mR/saat
həddini keçdikdə aparılır. Texnika və nəqliyyat vasitələri qismən və ya tam dezaktivasiya
edilə bilər. Aşağıdakı üsullarla aparılır: radioaktiv maddələrin 2-3 atmosfer təzyiq altında su
ş
ırnağı ilə yuyulması; texnikanın 0,15-0,3%-li yuyucu toz məhlulları ilə yuyulması;
texnikanın benzində, ağ neftlə və dizel yanacağında isladılmış əsgi ilə silinir.
Qismən dezaktivasiya zamanı maşınların metaldan, plastik kütlədən və taxtadan
düzəldilən hissələrini yaş əski ilə silib, yuyub və fırça ilə təmizləyirlər. Brezentləri,
kabinanın parçadan tikilmiş içəri örtüklərini süpürür, fırça ilə təmizləyir, çırpırlar.
Deqazasiya-
zəhərləyici maddələrin neytrallaşdırılması və ya zəhərli səthlərdən kənar
edilməsindən ibarətdir.
Davamlı zəhərli birləşmələrlə: iprit, zarin, zoman V-qazlarla zəhərlənmiş obyektlərin
deqazasiyası aparılır.
Zəhərləyici və güclü təsirli zəhərli maddələrlə kimyəvi reaksiyalara girən, onları
zərərsizləşdirən, qeyri-toksik və zəif toksiki birləşmələrə çevirən kimyəvi birləşmələrə və
yaxud qarışıqlara deqazasiya maddələri deyilir.
Deqazasiya maddələri xassələrinə və hər hansı bir zəhərləyici və ya güclü təsirli maddə
ilə qarşılıqlı kimyəvi reaksiyaya girməsi xüsusiyyətlərinə görə 2 qrupa təsnif olunur:
1) oksidləşdirici və xlorlaşdırıcı təsirli deqazasiya maddələri;
2) hidroliz təsirli deqazasiya maddələri.
Birinciyə aiddir- kalsium hipoxlorid, dixloramin, heksaxlormelanin, kalsium hidroksid,
kalsium xlorid, kalsium karbonat.
kinciyə aiddir- 2aş, 2bş №-li deqazasiya məhlulları, susuzlaşdırılmış kalsiumlu soda və
ammonium bikarbonat.
Deqazasiya
kimyəvi,
fiziki-kimyəvi,
fiziki
üsullarla
aparılır.
Deqazasiyanın kimyəvi üsulu deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərindəki
zəhərləyici maddələrlə kimyəvi reaksiyaya girməsinə əsaslanır. Nəticədə qeyri-toksiki
birləşmələr əmələ gəlir. Bu üsul zəhərlənmiş yerləri deqazasiya məhlulları (suspenziya),
yaxud xlorlu əhəngin sulu sıyığı ilə təmizlənməsi ilə aparılır. Bu üsulla deqazasiya zamanı
xüsusi maşınların deqazasiya məhlullarında isladılmış fırçalardan, əsgilərdən istifadə
olunur.
Zəhərləyici maddənin növü müəyyən edilməmişsə, zəhərlənmiş obyektləri əvvəlcə 1№-li
deqazasiya məhlulul ilə təmizlənir, sonra isə 2-aq (ammonyak-qələvi) №-li (aq)
(ammonyaksız - qələvili) deqazasiya məhlulundan istifadə edirlər. 1№-li deqazasiya
məhlulunun hazırlanmasında dixloretandan DT-6 (heksaxlormelanin), həm də DT-2 üçün
həlledici kimi istifadə olunur. V-qaz və ipritlə zəhərlənmiş texnikanın deqazasiyası və
dezinfeksiyası üçün istifadə olunur.
2-aq №-li məhlulun tərkibi 2 faiz yeyici natrium, 5% monoetanolamin və 93%
ammonyaklı su təşkil edir.
2-aq №-li məhlulun tərkibi 10% yeyici natrium, 25% monoetanolamin və 65% sudan
ibarətdir. Güclü qələvi xassələrinə malik olduğuna görə, zarinin deqazasiyası üçün istifadə
edilir. Bu məhlullar boyaları yumşaldıb yuyur, aliminium səthlərin korroziyasına səbəb
olur, yun, dəri və xəz əşyaları dağıdır, insan dərisinə düşdükdə onu qıcıqlandırır.
1№-li və 2№-li deqazasiya məhlulullarından istifadə olunduqda səthi deqazasiyaya
dərhal nail olunur, amma dərin deqazasiyaya müəyyən vaxt tələb olunur. Məhz bundan ötrü
texniuka və avadanlığın deqazasiyasından sonra müəyyən müddət ərzində təhlükəsizlik
qaydalarına riayət etmək lazımdır.
Deqazasiyanın fiziki-kimyəvi üsulu yuyucu məhlullar, yaxud həlledicilər vasitəsilə
zəhərlənmiş səthdən zəhərli maddənin yuyulmasına əsaslanir. Yuyucu məhlullar deqazasiya
məhlullarına nisbətən zəifdir. Onlar vasitəsilə ancaq səthi deqazasiyaya nail olunur. Yuyucu
məhlullardan deqazasiya məhlulları olmadıqda, yaxud 1№-li və 2№-li məhlullarla
deqazasiya aparmaq mümkün olmadıqda (təyyarələr, optika, rabitə vasitələri) istifadə
olunur.
Həlledicilərlə deqazasiya zamanı ZM zəhərsizləşmir, amma həll olunub həlledici
maddələrlə səthdən xaric olunur. Həlledicilərdən benzin, ağ neft, dizel yanacağı, dixloretan,
spirt daha çox işlədilir.
Deqazasiyanın fiziki üsulu yüksək tempraturlu qaz axının təsiri şəraitində zəhərlənmiş
səthlərdən ZM-nin buxarlanması və qismən parçalanmasına əsaslanır. Bu üsul istilik
maşınları vasitəsilə aparılır.
Mexaniki üsulla torpağın və ya başqa müəyyən maddələrin üst qatını qazıb (kəsib) atırlar.
Nəqliyyatın və texnikanın deqazasiyasının tam aparılmasını yoxlamaq məqsədilə kimyəvi
kəşfiyyat cihazından istifadə olunur.
Dostları ilə paylaş: |