- zədələnmişlərə ilkin tibbi və həkim yardımının edilməsi və onların tibb müəssisələrinə
köçürülməsi;
- təhlükəli zonalardan əhalinin çıxarılması;
- insanların sanitar təmizlənməsi, heyvanların veterinar təmizlənməsi, texnikanın,
mühafizə və geyim vasitələrinin dezaktivasiyası, dezinfeksiyası və deqazasiyası, ərazinin və
tikililərin, ərzağın, suyun, ərzaq xammalın və yemin zərərsizləşdirilməsi.
Qəza-xilasetmə işləri qısa müddətdə yerinə yetirilməlidir. Ona görə ki, zədələnmişlərə tez
bir müddətə yardım edilməlidir, əks halda ikincili zədələyici amillərin (yanğın, partlayış,
subasma və s.) təsirindən dağıntılar və itkilər arta bilər.
Qəza-xilasetmə işlərinin aparılmasına şərait yaratmaq, ikincili zədələyici amillərin
(yanğın, partlayış, subasma) təsirindən sonrakı dağıntı və itkilərin qarşısını almaq üçün,
həm də zərər çəkmiş əhalinin və iqtisadiyyat obyektlərinin fəaliyyətini təmin etmək üçün
təxirəsalınmaz tədbirlər yerinə yetirilir.
Bura daxildir:
- Dağıntı və zərər çəkmiş zonalarda yolların, keçidlərin salınması;
- qaz, enerji, su kəməri, kanalizasiya, istilik və texnoloji sistemlərində xilasetmə işlərinin
aparılması üçün təhlükəsiz şərait yaratmaq məqsədilə qəzaların lokallaşdırılması;
- dağılmaq təhlükəsi olan və xilasetmə işlərinin aparılmasına mane olan bina və tikililərin
konstruksiyaların bərkidilməsi və uçurulması;
- xilasetmə işlərinin aparılmasınin təmin edilməsi üçün dağılmış və zədələnmiş komunal-
enerji xətlərinin təmiri və bərpa edilməsi;
- partlamamış döyüş sursatlarının və partlayış təhlükəli predmetlərin aşkar edilməsi,
zərərsizləşdirilməsi və məhv edilməsi;
- zədələyici amillərin mümkün təkrari təsirindən mühafizə məqsədilə zədələnmiş
mühafizə qurğularının təmir və bərpa edilməsi;
- fövqəladə hadisə baş verən ərazidə sanitar təmizləmə işlərinin aparılması;
- zərərçəkmiş əhalinin həyat təminatının ilk növbədə təmin edilməsi.
Bunlardan xilasetmə işlərinə aiddir:
- insanlara bilavasitə yardım göstəriməsilə əlaqədar olan işlər - fəlakət yerlərində və
oraya gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyatın aparılması;
- həmin sahələrdə işə başlamaq mümkün olsun deyə, yanğınları söndürmək, yaxud
məhdudlaşdırmaq;
- zədələnmiş, yanan, tüstü, qaz bürümüş binalardan, uçqunlar altından insanların tapılıb
çıxarılması;
- üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularının açılıb oradan
insanların xilas edilməsi;
- süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilməsi;
- zədəlilərə ilk tibbi yardım göstərilməsi və onların müalicə müəssisələrinə göndərilməsi;
- insanların təhlükəli sahələrdən çıxarılması, lazımi hallarda sanitariya təmizliyindən
keçirilməsi, həmçinin avadanlığın, ərazinin, ərzaq və suyun zəhərsizləşdirilməsi.
Fövqəladə hadisələr zamanı həyata keçirilən digər təxirəsalınmaz işlər.
Digər təxirəsalınmaz işlər - xilasetmə işlərini sürətlə və təhlükəsiz yerinə yetirmək,
habelə fəlakətin genişlənməsinin qarşısını almaq məqsədilə görülən tədbirlərə deyilir.
Digər təxirəsalınmaz işlərə aiddir:
- uçqunlarda və zəhərlənmə baş vermiş sahərlərdə maşın yolu və keçidlərin düzəldilməsi;
- qaz, elektrik, texnoloji şəbəkələrdə, su, kanalizasiya xətlərində qəzaların
məhdudlaşdırılması;
- xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən qurğü və
konstruksiyaların bərkidilməsi;
- dağıdılmış - zədələnmiş rabitə, işıq, su xətlərinin müvəqqəti bərpa edilməsi.
Bütün bu işlər eyni zamanda yerinə yetirilir.
Hər bir konkret halda görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həcmi və növü
dağıntı (zədələnmə) ocağını törədən fəlakətin xarakterindən asılı olur.
Nüvə zədələnməsi ocağında və zəlzələ rayonlarında daha çətin və ağır işləri icra etmək
lazım gələ bilər. Bu işlərin ehtimal olunan səciyyəsini və həcmini müəyyənləşdirmək üçün
zərbə dalğasının ön xəttindəki izafi təzyiqin kəmiyyətinə görə nüvə zədələnməsi ocağını,
yəni izafi təzyiq 0,1 kq/sm
2
-dən artıq olan sahələri şərti olaraq dörd zonaya ayırırlar.
Bunlar:
- tam;
- güclü;
- orta dərəcəli;
- zəif dağıntı zonalarıdır.
Zəlzələ nəticəsində yaranan dağıntı ocaqlarını da buradakı bina və qurğuların
zədələnməsinin xarakterinə görə nüvə zədələnməsi ocağı ilə müqayisə etmək mümkündür.
Fərq yalnız ondan ibarətdir ki, bu zaman əsas meyar olaraq zərbə dalğasının yaratdığı izafi
təzyiq deyil, zəlzələnin balla maksimal fəallığı götürülür.
Məlum olduğu kimi, maqnitudası 4-ə bərabər (M=4), yəni təxminən 4 ballıq zəlzələnin
gücü trotil ekvivalenti 5 ton olan nüvə döyüş sursatının; 5 ballı zəlzələninki – 200 ton; 5,5
bal – 1000 ton; 8,5 ballı zəlzələninki isə trotil ekvivalenti təxminn 32 milyon ton olan nüvə
sursatının gücünə bərabərdir. Buna görə də 6-7,5 bal güclü zəlzələ nüvə zərbə dalğasının
0,1-0,3 kq/sm
2
izafi təzyiqinə oxşar tə’sir göstərir, nəticədə bina və qurğuların zəif və
qismən zədələnməsi baş verir. 7,5-9 bal zəlzələnin təsiri 0,3-1 kq/sm
2
izafi təzyiqinki
kimindir - bunlar orta dərəcəli və güclü dağıntılar törədir.
9 baldan güclü zəlzələ, eləcə də 1 kq/sm
2
-dən artıq izafi təzyiqə malik zərbə dalğası isə
tam və güclü dağıntılar zonası yaradır, xüsusən, seysmik təsirə hesablanmış tikililərin
tamamilə dağılmasına səbəb olurlar.
Zəlzələnin dağıdıcı təsirini təhlil edərkən aydın surətdə nəzərə çarpır ki, onun məhvedici
nəticələri nüvə partlayışının zərbə dalğasında olduğu kimidir.
Bununla belə, onların arasında fərqlər də var. Zəlzələ zamanı işıq şüalanması, nüfuzedici
radiasiya, ərazinin radioaktiv zəhərlənməsi və elektromaqnit impulsu mövcud olmur, uçmuş
binaların qırıntılarını, daş-kəsəyi və yerli əşyaları kənara atan qüvvə meydana çıxmır,
bunun sayəsində də belə binalardan bir qədər uzaqda açıq sahələrdəki adamlar
zədələnmələrə məruz qalmırlar. Zəlzələ yerində dağıdılan tikililərin hissələri kənara
atılmadan aşağı çöküb qalaqlanır, yəni yerli uçqunlar yaradır, nəticədə onların sahəsi nüvə
zədələnmə ocağındakına nisbətən az olur. Bu zaman adətən küçələrin orta hissəsi uçqun
qalaqları ilə tutulmur, burada nəqliyyat vasitələri, xilasetmə işlərinə cəlb edilən digər
texnika hərəkət edə bilir.
Bütün bu oxşarlıq və fərqlər zədələnmə ocaqlarında aparılan xilasetmə və digər
təxirəsalınmaz işlərin nəinki növlərini, həcmini və ardıcıllığını, eləcə də ümumiyyətlə
onların təşkili və icrası qaydalarını da xeyli dərəcədə müəyyən edir.
Xilasetmə tədbirlərinin həyata keəirilməsinə başçılıq etmək üzrə MM rəhbərlərinin,
qərargahının, dəstə komandirinin fəaliyyəti demək olar ki, bütün hallarda prinsipcə
eynididir. Bu məsələlər MM-in idarə edilməsinə dair mövzularda nəzərdən keçirildiyinə
görə onların üzərində dayanmadan, müxtəlif xəsarət ocaqlarında xilasetmə işlərinin icrası
üsullarına diqqət yetirək.
Ə
n əvvəl bütün xəsarət ocaqlarında xilasetmə işlərinə mümkün qədər tez başlamaq,
onları hər cür şəraitdə gecə-gündüz, bütün işlər sona çatanadək fasiləsiz davam etdirmək
Dostları ilə paylaş: |