Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə53/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   49   50   51   52   53   54   55   56   ...   75

1-ci sual. Fövqəladə vəziyyəşəraitində obyektlərdə işin dayanıqlığınin əsasları və 
mahiyyəti - 25 dəq. 
 
Dinc və ya müharibə dövründə mümkün olan ziyan və itkilərin həcminin maksimum 
azaldılması məqsədilə təsərrüfat obyektlərində işin dayanıqlığınin təmin edilməsi ölkənin 
iqtisadiyyatı  ilə  əlaqədər  vacib  məsələdir.  Bu  həmçinin  mülki  müdafiənin  qarşısında 
duran əsas vəzifələrdən biri sayılır. Respublikamızın ərazisindəki hər bir obyekt, müxtəlif 
kortəbii hadisələrin, o cümlədən də bunlardan ən fəlakətlisi olan zəlzələnin təsir dairəsinə 
düşə  bilər.  Ölkəmizin  ümumən  hər  yeri  8  baladək,  ərazinin  dörddə  biri  qədəri  də  9 
baladək  zəlzələ  ehtimallı  sahələr  sayılır.  9  ballıq  zonada  əhalinin  20%-i,  sel  təhlükəli 
rayonlarda isə 5%-dən çoxu yaşayır.  
Bütün  bunların  nəticəsində  yarana  biləcək  dinc  və  müharibə  dövrlərindəki  fövqəladə 
hadisələr zamanı təsərrüfat obyektlərinin zədələnmə dərəcəsi nəinki onların hansı gücdə 
kortəbii hadisə rayonunda yerləşdiyindən, həm də bu obyektlərin müdafiəyə hazırlaşması 
dərəcəsindən asılı olacaq. Bu hazırlığın əsasını isə obyektlərin binalarının və qurğularının 
fiziki  davamlığı  da  daxil  olmaqla,  işin  sabitliyini  artırmaq  üçün  görülən  tədbirlər  təşkil 
edir.  Belə tədbirlər  görülmüş  obyektlər,  nisbətən  az  zədə  alacaq,  fəhlə  və  qulluqçuların 
müdafiəsi etibarlı olacaq, obyekt daha qısa müddətdə yenidən iş fəaliyyətini bərps edib,  
məhsulların istehsalına başlayacaq. 
Fövqəladə hadisələr zamanı obyektdə işin sabitliyi nə deməkdir və onun yüksəldilməsi 
nədən ibarətdir?  
Obyektdə işin dayanıqlığı – obyektin qəzalara, kortəbii hadisələrə və müasir silahların 
zədələyici  təsirinə  davam  gətirməsi,  bunların  təsiri  şəraitində  belə,  planda  nəzərdə 
tutulmuş  həcmdə  məhsul  buraxması,  mühəndis-texniki  avadanlığı  zəif,  yaxud,  orta 
dərəcədə zədələndikdə istehsalın mümkün qədər tez bərpa olunması qabiliyyətinə deyilir. 
Maddi  vəsaitlər  istehsal  edilməyən  obyektlərin  (nəqliyyat,  rabitə,  səhiyyə,  tədris 
müəssisələri  və  s.)  işinin  dayanıqlığı  dedikdə,  onların  fövqəladə  hadisələr  zamanı  öz 
funksiyaların yerinə yetirməsi bacarığı nəzərdə tutulur.  şin sabitliyinin yüksəldilməsi isə, 
obyektlərin  məhz  bu  qabiliyyətinin  və  imkanların  artırılıb  müvafiq  normativ  sənədlərin 
tələbləri  səviyyəsinə  çatdırılmasından  ibarətdir.  şin  dayanaqlığının  artırılması  üçün 
obyektlərdə hələ əvvəlcədən mühəndis-texniki texnoloci və təşkilati tədbirlər kompleksi 
işlənib hazırlanır və vaxtında həyata keçirilir.  
Belə tədbirlərin görülməsində əsas konkret məqsədlər aşağıdakılardır:  
-  stehsalat qəzalarının qarşısını almaq; 
- qəzalar, təbii fəlakətlər vaxtı, habelə müasir silahların təsiri nəticəsində baş verə biləcək 
itki və zərəri azaltmaq; 
- fəlakətlərin, qəzaların, eləcə də düşmən hücumu nəticələrinin tez aradan qaldırılmasına 
şə
rait yaratmaq; 
- pozulmuş istehsal prosesinin qısa müddətdə bərpa olunması imkanını əldə etmək; 
- ekstremal şəraitdə işçilərin, onların ailə üzvlərinin normal həyat şəraitini təmin etmək.  
Fövqəladə  hadisələr  zamanı  istehsal  obyektlərində  və  sahələrində  işin  dayanıqlığının 
artırılması çox olduğu qədər, həm də geniş sahəli və mürəkkəb bir problemdir. 
Burada: 
- istehsalatların ərazidə düzgün yerləşdirilməsi; 
- əvəzedici istehsalat və müəssisələrin yaradılması; 
- etibarlı maddi-texniki təchizatın, nəqliyyat əlaqələrinin təmin olunması; 
-  əlavə  yanacaq  növünə,  digər  xammal  və  texnologiyalara  keçmək  üçün  hazırlıq 
tədbirlərinin görülməsi; 
- işçilərin müdafiə edilməsi; 


- fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması. 
Bunların  bir  qisminin  hələ  obyektlərin  layihələşdirilməsi  və  tikilməsi  vaxtı, 
digərlərinin  isə  sonradan  yerinə  yetirilməsi  nəzərdə  tutulur.  Bütün  bu  tədbirlər 
səlahiyyətli  orqanlar  tərəfindən  təsdiq  edilmiş  normativ  sənədlərə  uyğun  olaraq  icra 
edilir.  
 
2-ci sual. Dayanıqlığın artırılması məqsədi ilə mülki müdafiə mühəndis-texniki 
tədbirlərinin təyinatı və tətbiq olunması - 30 dəq. 
 
Mülki  müdafiə  orqanlarının  vəzifəsi  istehsalatın  tərkib  hissələrinin  -  işçi  qüvvəsinin, 
avadanlıqların,  xammalın,  hazır  məhsulların  müdafiəsinə  yönəldilmiş  mühəndis-texniki 
və  digər  tədbirlərin  işlənib  hazırlanması  və  yerinə  yetirilməsində  iştirak  etməkdir. 
Fövqəladə  hadisələr  zamanı  obyektdə  işin  dayanıqlığını  artıran  tədbirlər  kompleksində 
mühəndis  texniki  tədbirlərin  yerinə  yetirilməsi  xüsusən  böyük  əhəmiyyətə  malikdir. 
Yuxarıda deyildiyi kimi, belə tədbirlər bina və qurğuların, kommunikasiyaların müxtəlif 
dağıdıcı  təsirlərə  fiziki  davamlığının  artırmaq  üçün  görülür.  Yeni  müəssisələr,  digər 
müxtəlif  obyektlər  layihələşdirilərkən  və  tikilərkən  yerinə  yetirilən  mühəndis-texniki 
tədbirlər daha səmərəli və iqtisadi cəhətdən xeyli sərfəli olur.  
Bu  zaman  ilk  növbədə,  obyektin  ərazisində  bina  və  qurğuların  yerini  zonalar  üzrə 
planlaşdırmaq,  yəni  istehsalat  qurğularını,  ambarları,  zavod  idarəsi  binalarını  və  digər 
müxtəlif  məqsədli  tikililəri  ayrı-ayrı  qruplar  şəklində  (zonalarla)  yerləşdirmək  nəzərdə 
tutulur.  
Xüsusən  partlayış  təhlükəli  sexləri,  laboratoriyaları,  güclü  təsirli  zəhərli  maddə 
tutumlarını  ayrıca  yerləşdirmək  vacib  sayılır.  Təcrübə  göstərir  ki,  bütün  bunlar  həm  də 
qəzalar,  dağıdıcı  kortəbii  hadisələr,  başqa  kənar  təsirlər  şəraitində  ikinci  zədələyici 
amillər törəməsinin, uçqun qalaqları yaranmasının xeyli dərəcədə qarşısını alır.  
Obyektlər tikilən dövrdə həmçinin orada işləyəcək işçilərin müdafiəsi (mülki müdafiə 
qurğularının  tikilməsi)  məsələləri  də  həll  edilir.  Fəaliyyətdə  olan  obyektlərdə  isə  belə 
tədbirlər müəssisələrin yenidən qurulması vaxtı və itehsalatın təkmilləşdirilməsi qaydası 
ilə həyata keçirilir.  
Araşdırma  zamanı  obyektin  istehsal  prosesində  iştirak  edən  elementlərinin  mövcüd 
vəziyyəti  müasir  silahların  bütün  zəhərləyici  amillərinə,  ikinci  amillərə,  habelə  ehtimal 
edilən kortəbii hadisələrinin təsirinə davamlıq baxımından qiymətləndirilib təyin edilir. 
Bunda  məqsəd  –  obyektin  istehsal  fəaliyyətində  ən  zəif  sahələri  aşkara  çıxarmaq  və 
onların  etibarlığını,  eləcə  də  bütünlüklə  müəssisənin  sabit  işini  təmin  etmək  üçün  tələb 
olunan mühəndis-texniki, texnoloji və təşkilati tədbirləri müəyyənləşdirməkdir.  
Mühəndis texniki tədbirlər: 
-obyektdəki binaların, qurğuların, avadanlığın və kommunikasiyaların zədələyici təsirlərə 
fiziki davamlığını artırmaq üçün görülən tədbirlərdir.  
Texnoloci tədbirlər: 
-  ikinci  zədələyici  amillər  yaranması  ehtimalının  qarşısını  almaq  məqsədilə  obyektdə 
texnoloji rejimin dəyişdirilməsi nəzərdə tutulur.  
Təşkilatı tədbirlər:  
-  fövqəladə  hadisələr  zamanı  yaranan  şəraitdə  obyektdə  mülki  müdafiə  qərargahının, 
qüvvələrin,  habelə  işçilərin  ən  səmərəli  fəaliyyət  qaydalarını  müəyyən  etməkdən 
ibarətdir.  
Məhz  bütün  bu  tədbirləri  konkretləşdirmək  üçün  aparılan  araşdırmalar  mütəxəssislər 
tərfindən xüsusi metodika üzrə və müvafiq hesablama cədvəllərindən istifadə edilməklə 
aparılır. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  görüləcək  mühəndis  texniki  tədbirlərin  həcmi  və 
xarakteri obyektin vacibliyindən, dinc və müharibə dövrlərindəki fövqəladə hallar zamanı 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə